Sürücülər daha sükan arxasında yuxulaya bilməyəcək
AzTU-nun SABAH qruplarının tələbələri ADA universitetində keçirilən «Seedstars World» adlı yarışda qalib gəliblər. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, ixtiraçılar universitetin «Kompüter mühəndisliyi» ixtisasının IV kurs tələbələri olan Şahin Xəlilov, Taleh Qurbanov, Alim Babazadə və İdrak Əsədbəylidən ibarət «Wake Me UP» adlı startap komandası ilə yarışa qatılıblar.
5 May 2017 16:01 SosialAzTU-nun SABAH qruplarının tələbələri ADA universitetində keçirilən "Seedstars World" adlı yarışda qalib gəliblər. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, ixtiraçılar universitetin "Kompüter mühəndisliyi" ixtisasının IV kurs tələbələri olan Şahin Xəlilov, Taleh Qurbanov, Alim Babazadə və İdrak Əsədbəylidən ibarət "Wake Me UP" adlı startap komandası ilə yarışa qatılıblar. Tələbələrin hazırladığı qeyri-adi eynəklər hər kəsin böyük marağına səbəb olub. Beləki gənc ixtiraçıların hazırladıqları eynək sürücünün yuxuya getməsini 3 saniyə ərzində müəyyən edir və yuxudan ayılması üçün xəbər darlıq siqnalı verir. Qeyri-adi ixtiraları ilə qalib gələn komanda üzvləri hazırda bu layihənin həyata keçirilməsi üçün şirkətlər və iş adamları ilə görüşürlər.
Qeyd edək ki, AzTU tələbələrindən ibarət "Wake Me UP" komandası ölkəmizi Qazaxıstanda keçiriləcək regional və İsveçrədə baş tutacaq qlobal sammitdə təmsil edəcək.