Dəniz nəqliyyatında məsuliyyət artırılır
Dövlət Dəniz Administrasiyasında cari ilin 4 may tarixində Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycan Respublikasında dəniz nəqliyyatı sahəsində məsuliyyətin artırılmasında Dövlət Dəniz Administrasiyasına dəstək” adlı tvinninq layihəsinin rüblük iclası keçirilib.
5 May 2017 15:45 SosialDövlət Dəniz Administrasiyasında cari ilin 4 may tarixində Avropa İttifaqı tərəfindən maliyyələşdirilən "Azərbaycan Respublikasında dəniz nəqliyyatı sahəsində məsuliyyətin artırılmasında Dövlət Dəniz Administrasiyasına dəstək" adlı tvinninq layihəsinin rüblük iclası keçirilib. "OLAYLAR"-ın Dövlət Dəniz Administrasiyasına istinadən verdiyi xəbərə görə, iclasda Üzv Dövlət və Benefisiar Ölkə tərəfindən layihə rəhbərləri və müşavirləri ilə yanaşı, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin layihə üzrə Proqram meneceri, Proqram İdarəetmə Qurumunun nümayəndəsi, Dövlət Dəniz Administrasiyasının əməkdaşları iştirak ediblər. İclasda adıçəkilən layihənin həyata keçirilməsi üzrə hesabatlar dinlənilib, görülən işlər, son dövr ərzində əldə olunan nailiyyətlər barədə geniş məlumat verilib, maliyyə hesabatları iştirakçılara təqdim olunub. "Dəniz tələbləri ilə bağlı məsuliyyətin məhdudlaşdırılması haqqında" 1976-cı il tarixli Beynəlxalq Konvensiyaya dəyişikliklər edilməsi barədə" 1996-cı il tarixli Protokola qoşulmaqla bağlı müvafiq sənədlərin Tvinninq layihəsi çərçivəsində "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğun olaraq hazırlanıb aidiyyəti üzrə təqdim olunması və adıçəkilən Protokolun Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilməsi layihə rəhbərləri tərəfindən xüsusi olaraq vurğulandı. İclas zamanı, Beynəlxalq Dəniz Təşkilatına üzv ölkələrin məcburi audit yoxlamasına hazırlıq prosesi müzakirə olunub və bu prosesdə tvinninq layihəsinin göstərdiyi dəstək vurğulanaraq, normativ - hüquqi aktların işçi qaydada işlənib hazırlanması və qanunvericiliyin Avropa İttifaqı direktivlərinə uyğun olaraq təkmilləşdirilməsi istiqamətində bir sıra işlərin görüldüyü bildirilib.