'Neft Daşları”nda 1887 saylı özüldə yenidənqurma işləri həyata keçirilib

''Neft Daşları” yatağındakı 1887 saylı Stasionar Dəniz Özülündə əlavə 4 quyunun qazılması məqsədilə yenidənqurma işləri həyata keçirilib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, “Azneft” İstehsalat Birliyinin sifarişi ilə “Neftqaztikinti” Tresti tərəfindən 4 quyu şaxtası və istiqamətləndirici boru layihə dərinliyinə vurulub, sementləmə işləri yerinə yetirilmiş, quyular üçün yeni monifold bloku yığılıb.

chr("39")chr("39")Neft Daşları" yatağındakı 1887 saylı Stasionar Dəniz Özülündə əlavə 4 quyunun qazılması məqsədilə yenidənqurma işləri həyata keçirilib. "OLAYLAR"-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, "Azneft" İstehsalat Birliyinin sifarişi ilə "Neftqaztikinti" Tresti tərəfindən 4 quyu şaxtası və istiqamətləndirici boru layihə dərinliyinə vurulub, sementləmə işləri yerinə yetirilmiş, quyular üçün yeni monifold bloku yığılıb. Qazpaylayıcı qurğu quraşdırılaraq mövcud sistemlə əlaqələndirilmişdir. İşlər təhlükəsizlik və əməyin mühafizəsi üzrə bütün müasir tələblərə uyğun şəkildə aparılıb. Qeyd edək ki, əlavə qazılacaq yeni 4 quyudan sutkada ümumilikdə 120 ton neft hasil ediləcəyi nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31