Gündəm

Dünyanın təhlükəsizliyi üçün yeganə yol

5 May 2017 17:18

Mayın 5-də IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimi başlayıb. Mərasimdə Azərbaycan prezidenti İlham Əliyev iştirak edib. Dövlət başçısı çıxışında bildirib ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu qlobal platformaya çevrilib. Prezident bildirib ki, Forumun iştirakçılarının sayı ilbəil artır: "Foruma 120 ölkədən iştirakçı qatılıb.

Cari ilin yanvar-aprel aylarında “İş yerinə dair arayış” elektron xidmətinə 87 039 dəfə müraciət olunub

5 May 2017 17:17

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Elektron hökumət” portalı üzərindən təqdim etdiyi “İş yerinə dair arayış” elektron xidmətindən istifadə göstəricisi  artmaqda davam edir.

Səlim Müslümov: “Azərbaycanın müasir əsaslarla fəaliyyət göstərən sosial müdafiə sistemi vasitəsilə üç ayrı istiqamət üzrə 1 milyon 319 min nəfər əmək pensiyası”

5 May 2017 17:15

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda həyata keçirilən uğurlu dövlət siyasəti nəticəsində ölkəmizdə sosial müdafiəyə xas olan bütün elementləri özündə cəmləşdirən əhatəli və ünvanlı sosial müdafiə sistemi formalaşmışdır. Ötən dövr ərzində bu sahədə ciddi islahat tədbirləri həyata keçirilmiş və sosial müdafiə sisteminin müasir tələblərə uyğunlaşdırılması istiqamətində əsaslı nailiyyətlər qazanılmışdır. Bunu Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müsümov “Azərbaycan” qəzetində dərc olunan “Effektiv sosial müdafiə strategiyasının banisi” məqaləsində vurğulayıb.

Dini Komitə Neftçalada tədbir keçirib

5 May 2017 17:10

Mayın 5-də Neftçala Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə rayonun 2 saylı tam orta məktəbində “Gəncləri narkotik vasitələrdən və digər zərərli vərdişlərdən çəkindirmək: bu yolda dini icma və din xadimlərinin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə Neftçala Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Elnur Bağırov, DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Yusif Yusifli, Qafqaz Müsəlmanları İdarəsinin Neftçala rayonu üzrə səlahiyyətli nümayəndəsi Mirseymur Əliyev, din xadimləri, rayonun təhsil işçiləri və şagirdlər iştirak ediblər.

BNA-dan xəbərdarlıq

5 May 2017 17:11

IV İslam Həmrəyliyi Oyunlarının Açılış və Bağlanış mərasimlərində tamaşaçı kimi iştirak edəcək şəxslər mütləq qaydada ekspress xətt dayanacaqlarında avtobusa minərkən bilet və şəxsiyyətini təsdiq edən sənədi nəzarətçilərə təqdim etməlidir. “OLAYLAR”-ın xəbərinə görə, məlumatı Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsi yayıb. Bildirilib ki, bileti təqdim etməyən şəxslərin ekspress avtobuslarına minməsinə icazə verilməyəcək. Bileti onlayn əldə edən tamaşaçılardan isə bunu təsdiq edən sənədi təqdim etmək tələb edilir.

"Sumqayıt"da yeni müqavilə

5 May 2017 16:54

"Sumqayıt" klubu daha bir futbolçu ilə müqavilənin müddətini artırıb. Qapıçı Fərhad Vəliyev daha 1 il komandasının şərəfini qoruyacaq. 37 yaşlı son çempionatda 28 turun hamısında əvəzlənmədən meydanda olub (2520 dəqiqə). Bununla da ötən mövsümün ən yaşlı futbolçusu rekordçu olub.

Məhkəmə Cahangir Hacıyevin 12 vəsatətini rədd etdi

5 May 2017 16:53

Bakı Apellyasiya Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyev və digərlərinin Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətinə baxılıb.

Mixail Qusman: "Polad Bülbüloğlunun baş direktor seçilməsi üçün böyük şansı var"

5 May 2017 16:51

"Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun YUNESKO-nun baş direktoru vəzifəsinə seçilməsi üçün böyük şansı var". Bunu Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Rusiyanın TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman deyib.

Leyla Əliyeva BMT-nin Ətraf Mühit Proqramının icraçı direktorunun müavini ilə görüşüb

5 May 2017 16:42

Mayın 5-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyeva IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktorunun müavini İbrahim Thiau ilə görüşüb.

Ermənistandakı baza İŞİD-lə mübarizədə istifadə olunacaq?

5 May 2017 16:40

Rusiyanın xarici işlər naziri Serqey Lavrov İŞİD qruplaşmasının axırına çıxmağa söz verib, baxmayaraq ki, terrorçular təslim olmaq istəmirlər. Bu haqda o "Dünya 24" telekanalına müsahibəsində danışıb. Lavrovun sözlərinə görə, İŞİD Yaxın Şərqdə, Afrikanın şimalında, həmçinin Əfqanıstanın şimal rayonlarında, hansılar ki, Rusiyanın qonşuları və müttəfiqlərinin əraziləri ilə həmsərhəddirlər, məskən salıb.