ADMİU-da H.Əliyevin anadan olmasının 94-cü il dönümünə həsr olunmuş elmi-nəzəri konfrans

Mədəniyyət və İncəsənət Universitetində Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü il dönümünə həsr olunmuş "Azərbaycan mədəniyyəti və incəsənəti Heydər Əliyevin Azərbaycançılıq ideologiyasının ideya-fəlsəfi əsası kimi" adlı elmi-nəzəri konfrans keçirilib. Universitetedən "Olaylar" - a bildirlib ki, professor-müəllim və tələbə heyətinin iştirak etdiyi konfransı giriş sözü ilə açan Universitetin Tədris işləri üzrə prorektoru, əməkdar İncəsənət xadimi, professor Validə Məmmədova iştirakçıları salamlayaraq, Azərbaycanın müxtəlif dövrlərdə keçdiyi tarixi yol, müstəqillik uğrunda mübarizəsində Heydər Əliyevin Azərbaycan tarixində oynadığı rol və ölçüyə gəlməz xidmətləri haqqında fikrini bildirib.

Konfransda tarix elmləri doktoru, professor İradə Hüseynova "Böyük siyasətçi və dövlət xadimi" adlı məruzəsində Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyəti, müstəqil Azərbaycan dövlətinin yaranması, inkişafı və möhkəmləndirilməsində əvəzsiz xidmətləri haqqında çıxış edib. Kitabşünaslıq və kitabxanaçılıq kafedrasının müdiri, filologiya elmləri üzrə fəlsəfə doktoru, professor Aqşin Babayev "Fenomenal şəxsiyyət", Elm və yaradıcılıq üzrə prorektor, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Məryəm Əlizadə "Heydər Əliyev və teatr sənəti" və filologiya elmləri üzrə fəlsəfə doktoru,professor Nizaməddin Şəmsizadə "Mədəniyyət dövlətçilik konsepsiyasının əsası kimi" adlı məruzələri ilə Heydər Əliyevin müdrikliyi, tarixçilik fəlsəfəsi haqqında çıxış edib, xatirələrini bölüşüblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31