“Britaniya və İrlandiyanın tarixi” Azərbaycan dilində

Bakıda Britaniya tarixinə dair fundamental kitab nəşr olunub. "Britaniya və İrlandiyanın tarixi" adlı kitabda Britaniya adalarının bir neçə minillik tarixi, britaniyalıların yaratdığı zəngin mədəniyyət, onların sosial-iqtisadi həyatı, ənənələri, dövlətçiliyin inkişaf pillələri, bu qüdrətli imperiyanın yaranma, çiçəklənmə vətənəzzül mərhələləri geniş işıqlandırılır.

Avropa Azərbaycan Cəmiyyətindən "Olaylar" - a bildirlib ki,  TEAS Press Nəşriyyat evi tərəfindən nəfis tərtibatda çap olunmuş 400 səhifəlik illüstrasiyalı soraq kitabı Britaniya adalarının ilk insan məskənlərindən,ilk britaniyalılardan, Daş dövründən ta müasir günümüzə qədərki zəngin və dramatik tarixini əks etdirir. Bu kitab romalıların işğalı, vikinqlərin hücumları, vətəndaş müharibələri və eramızın qlobal münaqişələri də daxil olmaqla Britaniyanın savaşlardan yıpranmış keçmişini canlandırır.

Kitabda həmçinin Orta əsrlər kilsə quruculuğundan və Yelizaveta dövrünün mədəni intibahından tutmuş Viktorian dövrü sənayesinə və qüdrətli Britaniya imperiyasının yaranmasına qədərki zəngin irs araşdırılır. Mötəbər mənbələrdən əldə edilmiş məlumatlarla zənginolan bu kitab Britaniya tarixinin həlledici hadisələrinin möhtəşəm illüstrasiyalı salnaməsidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31