IV Türk Dünyası Beynəlxalq Araşdırmalar Simpoziumu
5 May 2017 16:43 MədəniyyətÖmer Halisdemir Universiteti, Qazaxıstan Dövlət Qızlar Pedaqoji Universiteti, M.Akmulla Başqırdstan Dövlət Pedaqoji Universiteti və Bakı Avrasiya Universitetinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əməkdaşları IV Beynəlxalq Türk Dünyası Araşdırmalar Simpoziumunda iştirak ediblər.
Tələbə Elmi Cəmiyyətinin rəhbərliyi ilə simpoziumda Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının müəllimi Günel Seyidəhmədli "Azərbaycanın monumental memorial qəbirüstü abidələri" adlı məruzəsi ilə çıxış edib. Bədii hissə çərçivəsində təşkil olunan "Kökümüz bir Türküz" festivalı və "Türk Dünyası Qardaşlıq" konsertində Universitetin əməkdaşları Murad Kəngərli (xanəndə), Ramin Rzayev (tar) və kamançada Kamal Abdullayev (kamança) ölkəmizi yüksək səviyyədə təmsil ediblər. Simpoziuma on altı ölkə və yüzə yaxın fərqli universitet, akademiyadan 553 alim 431 məruzə ilə iştirak edib. Sonda iştirakçılar fəxri diplom ilə təltif olunublar.