Ermənistandakı baza İŞİD-lə mübarizədə istifadə olunacaq?
Rusiyanın xarici işlər naziri Serqey Lavrov İŞİD qruplaşmasının axırına çıxmağa söz verib, baxmayaraq ki, terrorçular təslim olmaq istəmirlər. Bu haqda o "Dünya 24" telekanalına müsahibəsində danışıb. Lavrovun sözlərinə görə, İŞİD Yaxın Şərqdə, Afrikanın şimalında, həmçinin Əfqanıstanın şimal rayonlarında, hansılar ki, Rusiyanın qonşuları və müttəfiqlərinin əraziləri ilə həmsərhəddirlər, məskən salıb.
5 May 2017 16:40 DünyaRusiyanın xarici işlər naziri Serqey Lavrov İŞİD qruplaşmasının axırına çıxmağa söz verib, baxmayaraq ki, terrorçular təslim olmaq istəmirlər. Bu haqda o "Dünya 24" telekanalına müsahibəsində danışıb. Lavrovun sözlərinə görə, İŞİD Yaxın Şərqdə, Afrikanın şimalında, həmçinin Əfqanıstanın şimal rayonlarında, hansılar ki, Rusiyanın qonşuları və müttəfiqlərinin əraziləri ilə həmsərhəddirlər, məskən salıb. O qeyd edib ki, KTMT-yə üzv ölkələrin silahlı bölmələri istənilən an hərəkətə keçməyə hazır vəziyyətdədir. "Rusiyanın Tacikistanda, Qırğızıstanda və Ermənistanda yerləşən bazaları da hazırdır. Nə qədər ki, həmin infeksiya məhv edilməyib, bu prioritetlər qalacaq", - deyə xarici siyasət idarəsinin başçısı vurğulayıb.