Gündəm

"Nardaran işi" üzrə ikinci dəstənin məhkəməsi davam etdirildi

5 May 2017 18:07

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Müsəlman Birliyi" adlı təşkilatın sədr müavini Elçin Qasımov və təşkilatın üzvləri Nahid Qəhrəmanov, Ağaəli Yəhyayev, Seyfəddin Şirvanov, Fərhad Muradov, Ramil Əliyev, Elgün Axundov, Vüsal Alış, İsa İbrahimov, Seymur Aslanov, Əli Şahbazov və Əmirli Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Əmək Nazirliyində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə tədbir keçirilib

5 May 2017 18:05

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində tədbir keçirilib.

Rusiya-ABŞ müharibəsi? - Qərarı Çin verəcək

5 May 2017 18:03

“Şimali Koreyanın dəniz blokadası onun limanlarına daxil olan bütün gəmilərin yoxlanılması deməkdir. Belə ölçülərə Kremlin reaksiyasını proqnozlaşdırmaq çətindir”. Bunu ABŞ Konqresinin Nümayəndələr Palatası tərəfindən qəbul edilmiş qanun layihəsini şərh edən Rusiya hərbi eksperti və jurnalisti Pavel Felqenqauer Ukraynanın “Obozrevatel” nəşrinə deyib.

Azərbaycanda 13 yaşında ana olan uşaqlar var

5 May 2017 17:57

"Azərbaycanda ailələrin gizlətdiyi ekstra genital patologiyaların həkimlər tərəfindən aşkarlanması mümkün olacaq". Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu, Doğuşayardım Komissiyasının sədri Sevinc Məmmədova bildirib ki, komissiya tərəfindən bununla bağlı təkliflər hazırlanaraq Səhiyyə Nazirliyinə təqdim ediləcək.

"NATO Azərbaycanla əməkdaşlığı genişləndirməyə çalışır"

5 May 2017 17:56

"NATO Azərbaycanla əməkdaşlığı genişləndirməyə çalışır". Bunu  NATO-nun Gürcüstandakı əlaqələndirici ofisinin rəhbəri Uilyam Laxyu deyib. O bildirib: "Azərbaycanın vətəndaş cəmiyyəti üçün NATO haqqında informasiya təqdim etməklə, ictimai diplomatiya sahəsində əməkdaşlığımızı genişləndirəcəyik". 

Adam vuran yeniyetmə "sürücü" cinayət məsuliyyətinə cəlb ediləcək? 

5 May 2017 17:53

İş adamı Füzuli Fərəcovun 15 yaşlı oğlu Ağəli Fərəcovun "Porsche Cayenne Magnum" markalı, 99 BS 999 dövlət nömrə nişanlı avtomobillə Bakıda yolu keçən 24 yaşlı Xəyalə Məmmədovanı vuraraq, öldürməsi cəmiyyətdə geniş müzakirələr yaradıb.

"Uşaqları qırxı çıxmadan sünnət etdirməyin"

5 May 2017 17:51

"Valideynlər hələ də ləzgi dəllək tapıb uşaqlarını sünnət etdirirlər". Bunu respublikanın baş pediatrı Nəsib Quliyev Masallıda azyaşlı uşağın sünnətdən sonra ölməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

Bakıda polis arıqlama gellərini onlayn satan şəxsi yaxaladı

5 May 2017 17:39

İnsan orqanizminə ciddi zərər vuran, standartlara cavab verməyən keyfiyyətsiz, eləcə də müvafiq dövlət qurumlarından sertifikat alınmadan ölkəyə qanunsuz yolla gətirilən qeyri-qida əlavələri və kosmetik vasitələrin satışının qarşısının alınması istiqamətində daxili işlər orqanları tərəfindən əməliyyat-axtarış tədbiri həyata keçirilib.

"Mədəniyyətlərarası dialoq qlobal problemləri həll etməyə kömək edə bilər"

5 May 2017 17:37

"Bu gün dünyada çox hadisələr baş verir və IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu kimi tədbirlər qlobal problemlərin həlli üçün faydalı ola bilər". Bunu IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Macarıstanın Xarici iqtisadi əlaqələr və xarici işlər nazirliyinin mədəniyyət və elm diplomatiyası üzrə dövlət katibi İştvan İydyaro deyib.

"Həkim, məni plastik əməliyyatla Cennifer Lopezə oxşat" - Bakıda inanılmaz hadisə...

5 May 2017 17:35

Son illər plastik cərahiyyə ciddi inkişaf mərhələsinə qədəm qoyub. Bir neçə il öncəyə qədər yalnız müğənnilər və sənət adamları öz görkəmini dəyişdirməyə cəsarət etsə də, artıq sadə insanlar, evdar qadınlar arasında da əməliyyat stoluna uzananlar az deyil.

Bunu etməyənlər İslamiadanın açılış və bağlanış mərasimlərinə buraxılmayacaq

5 May 2017 17:32

IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimlərində tamaşaçı kimi iştirak edəcək şəxslər mütləq qaydada ekspress xətt dayanacaqlarında avtobusa minərkən bilet və şəxsiyyətini təsdiq edən sənədi nəzarətçilərə təqdim etməlidirlər.

Biznesmen oğlunun törətdiyi hadisəyə görə cinayət işi açılıb - Yol polisi hələ gözləyir

5 May 2017 17:30

Mayın 3-də Bakı şəhərinin Sabunçu rayonu ərazisində hərəkətdə olan "Porsche" markalı 99 BS 999 dövlət qeydiyyat nişanlı avtomobilin gənc qadını vurub öldürməsi hadisəsi cəmiyyətdə geniş müzakirə olunur. Hadisəni tərədən 15 yaşlı Ağəli Fərəcov biznesmen Füzuli Fərəcovun oğludur. Çoxları onun cinayət məsuliyyətindən kənar tutulacağını düşünür.

Bakıda manyak peyda oldu: Məktəbli qızlara yaxınlaşır…

5 May 2017 17:29

Bakıda yeniyetmə qızların qarşısını kəsərək, əxlaqsızlıq edən manyak peyda olub. Bu barədə  istəməyən valideynlərdən biri məlumat verib. Valideyn bildirib ki, Xətai rayonunda, Ali Məhkəmənin yanında "keşik çəkən" manyak yaxınlıqda yerləşən məktəblərdən çıxan yeniyetmə qızların qarşısını kəsir, onlara əlində tutduğu planşetdəki əxlaqsız fotoları göstərməyə çalışır: "Artıq 15 günə yaxındır ki, eyni hal təkrarlanır. Ötən gün məktəbli uşaqlardan biri manyakın bu qəfil hərəkətindən özünü necə itiribsə, avtomobillərin sürətlə hərəkət etdiyi prospektə çıxıb. Xoşbəxtlikdən, qəza baş verməyib. Valideyn olaraq çox narahatıq".

Putin Mirzoyevi vəzifədən çıxardı - Sərəncam

5 May 2017 17:28

Rusiya Prezidentinin İşlər İdarəsinin Baş İstismar İdarəsinin rəisi Vladimir Mirzoyevi vəzifəsindən azad edilib. Bu barədə Rusiya Prezidenti Vladimir Putin sərəncam imzalayıb.

Mətbuat və söz azadlığı bütün ölkə üzrə təmin edilir

5 May 2017 17:19

Bu günlərdə bütün dünya “Beynəlxalq Mətbuat və Söz Azadlığı Günü”nü qeyd edir. Məlumat üçün qeyd edək ki, hər il may ayının 3-ü Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin 1993-cü il dekabr ayının 20-də qəbul etmiş olduğu qərarla qeyd edilir.