Gündəm

Binadan yıxılan 2 yaşlı qızı havada tutdular: o anlar kameraya düşdü - VİDEO

5 May 2017 19:07

Türkiyənin Şanlıurfa rayonunda möcüzə kimi olay baş verib. 3 mərtəbəli binanın birinci mərtəbəsindəki eyvandan yıxılan 2 yaşlı Elif Çakmakı həmin an o ərazidən keçən iki biznesmen havada tutmağı bacarıb. 

Monika Belluçinin 8 yaş kiçik sevgilisi

5 May 2017 19:05

2013-cü ildə aktyor Vensan Kasseldən boşanan aktrisa Monika Belluççinin yeni sevgilisi var. 53 yaşlı aktrisanın yeni sevgilisi olduğu iddia edilir. İtaliyalı ulduzun yeni sevgilisi fransız aktyor Jil Lelluşdur. J.Lelluş Monikadan 8 yaş kiçikdir.

Depressiyadan çıxmaq üçün evlənmək lazım imiş

5 May 2017 19:00

Depressiya müasir insanların ən çox məruz qaldığı haldır. Amma depressiyadan qurtulmaq üçün psixoloq və alimlər müxtəlif üsullar təklif edir. "Nyu-York Post" qəzetinin yazdığına görə, eksperimentlər zamanı alimlər 3000 ər-arvadın səhhətini və maddi vəziyyətini təhlil ediblər. Məlum olub ki, sarsılmış adamlar nikah qurduqdan sonra nikbin adamlara nisbətən daha xoşbəxt olurlar. Müəlliflərin fikrincə, özünü təsdiq edən və həmişə xoş əhvalda olan adamlar nikahdan heç nə gözləmirlər.

"Antuan 100 milyon funtdursa, onda Ronaldu 200 milyon olmalıdır"

5 May 2017 18:57

İngiltərə millisinin sabiq hücumçusu Stiv Makmanaman Çempionlar Liqasının yarımfinalında baş tutmuş "Real" - "Atletico" qarşılaşması barədə danışıb.

FİFA-dan Messiyə ŞAD XƏBƏR

5 May 2017 18:53

FIFA-nın Messiyə verdiyi 4 oyunluq cəza ləğv olunub. Ulduz futbolçu Argentina millisinin növbəti görüşlərində iştirak edə biləcək

"Qarabağ" Naxçıvandan KUBOKLA GƏLİR

5 May 2017 18:50

Futbol üzrə Azərbaycan Kubokunda final matçı keçirilib. Naxçıvanda baş tutan oyunda "Qarabağ" və "Qəbələ" klubları üz-üzə gəlib. Görüş Ağdam təmsilçisinin komandasının 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hər iki qol ikinci hissədə vurulub. 51-ci dəqiqədə Mahir Mədətov künc zərbəsindən ötürülən topu qapıya göndərib.

Demə, stress XEYİRLİ İMİŞ

5 May 2017 18:47

Bütün tibb mütəxəssisləri insanlara stressdən uzaq durmağı məsləhət görürlər. Həqiqətən də yaşanan bütün xəstəliklərin başında stress gəlir. Amma sən demə, stresin də xeyri varmış. Hər hada həkimlər belə deyirlər.

"Borussiya" futbolçunu transfer etməyə çalışır

5 May 2017 18:40

"Borussiya Dortmund" heyətinə daha bir gənc futbolçu qatmaq istəyir. Bundesliqa təmsilçisi PSG-nin 17 yaşlı müdafiəçi Dan-Aksel Zaqadu ilə maraqlanır. Zaqadu hazırda Paris klubunun əvəzedici komandasında çıxış edir.

"Hakimin son fiti bizi rahatlaşdırdı"

5 May 2017 18:39

"Ardıcıl 3-cü ildi "qızıl dubl" edirik. Futbolçular buna layiq idilər". Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib. Azərbaycan kubokunun final matçında "Qəbələ" üzərində 2:0 hesablı qələbə qazanan Ağdam təmsilçisi ardıcıl 3-cü dəfə mövsümü "qızıl dubl"la başa vurub.  

Mədəniyyətlərarası Dialoq Forumu panellərdə davam etdirilib

5 May 2017 18:31

IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Daha  yaxşı gələcəyin qurulması naminə turizmin transformativ gücündən istifadə: Müştərək məsuliyyət" mövzusunda panel keçirilib. Panel Ümumdünya Turizm Təşkilatının Baş katibi Taleb Rifainin moderatorluğu ilə baş tutub.

“Bu, güc ssenarisini nəzərdə tutur” - ABŞ-dan Rusiyaya MÜHARİBƏ ELANI

5 May 2017 18:26

“Uzaq Şərqdə Rusiya limanları üzərində ABŞ-ın nəzarəti haqqında qanun layihəsinin reallaşdırılması güc ssenarisini nəzərdə tutur və bu, müharibə elanına bərabərdir”.

Forumda miqrant problemləri müzakirə edilib

5 May 2017 18:24

Bu gün IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Bələdiyyə orqanlarında miqrant və qaçqınları qarşılama mədəniyyətinin təşviqi" mövzusunda panel keçirilib.  Panelin moderatoru YUNESKO Harare ofisinin proqram mütəxəssisi Şərəf Ahmimed olub.

Dövlət Komitəsinin sədr müavini: “Ermənistan Suriya ermənilərini işğal olunmuş ərazilərimizdə yerləşdirməyə çalışır”

5 May 2017 18:11

IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Bələdiyyə orqanlarında miqrant və qaçqınları qarşılama mədəniyyətinin təşviqi” mövzusunda panel  keçirilib. Panelin moderatoru UNESCO Harare ofisinin proqram mütəxəssisi Şərəf Ahmimed olub.

Nazir: "Turizmin inkişafı istiqamətində inadkar bir şəkildə irəliləyirik"

5 May 2017 18:09

“Ərəb körfəzi ölkələrindən Azərbaycana gələn turistlər çoxdur. Bizim ənənələrimiz, dinimiz birdir. Ərəblər burada özlərini çox rahat hiss edirlər. Lakin biz Avropadan, uzaq Şərqdən də turistlər gözləyirik”. Bunu mədəniyyət və turizm naziri Əbülfəz Qarayev IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Daha yaxşı gələcəyin qurulması naminə turizmin transformativ gücündən istifadə: Müştərək məsuliyyət” mövzusunda keçirilən paneldə çıxışı zamanı deyib.  

Doğuş zamanı 8 ana ölüb

5 May 2017 18:08

Bu il Azərbaycanda doğuş zamanı 8 ana ölümü hadisəsi baş verib. Respublika Perinatal Mərkəzin direktoru, Səhiyyə Nazirliyi Doğuşayardım Komissiyasının sədri Sevinc Məmmədova bildirib ki, bunların hamısı mətbuatda işıqlandırılıb, səbəbləri araşdırılıb. Ölümlərinin yarısı eksternal patologiyalar səbəbindən baş verib.