Gündəm

Alış-veriş mərkəzinin tualetində qızlar saçyolduya çıxdı - VİDEO

5 May 2017 20:10

Amerikada çəkildiyi deyilən bu görüntülər sosial şəbəkələrdə yayılıb. Bir alış-veriş mərkəzinin tualetində sözləri çəp gələn qızlar əlbəyaxa olublar. Başqa bir qadın həmin anları mobil telefonunun kamerasına çəkərək sosial şəbəkədə paylaşıb.

Diana yarımfinala belə hazırlaşır -  fotolar

5 May 2017 20:02

Kiyevdə “Eurovision” təmsilçimiz Diana Hacıyevanın (Dihaj) məşqinin ikinci hissəsi baş tutub. Dihajın məşqdən fotoları yayılıb. Müğənninin səhnə şousunun müəllifi əməkdar artist Nailə Məmmədzadədir. Diana “Eurovision” səhnəsində mayın 9-da səkkizinci olaraq çıxış edəcək. 

Prinsipcə yeni tip qrafen dinamik yaradılıb

5 May 2017 19:55

Böyük Britaniyanın Ekseter Universitetinin alimləri qrafen materialından mexaniki vibrasiyasız, prinsipcə, yeni tip dinamik icad ediblər.  

IDC: “Apple” planşetlər bazarında liderliyini davam etdirir”

5 May 2017 19:50

“IDC” tədqiqat şirkəti hesablama apararaq planşet kompüterlər bazarının son 5 ildə ən pis nəticə göstərməsini, cari ilin birinci rübündə dünyada müxtəlif istehsalçılara məxsus 36,2 milyon qurğunun satılmasını və bunun bir il əvvəlin göstəricisindən 8,5 faiz az olmasını açıqlayıb.

Meraya Keri Bakıda konsert verəcək

5 May 2017 19:45

Superstar Meraya Keri Formula 1 Azərbaycan Qran Prisinin sonuncu günü Bakıda canlı konsert verəcək. Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən Trend-ə verilən məlumata görə, musiqi dünyasının əfsanəvi ulduzu iyunun 25-də Formula 1 yarışı başa çatdıqdan sonra axşam saatlarında səhnəyə çıxacaq.

Azərbaycanlı aktrisa Türkiyədə filmə çəkilir: "Təhlükəli səhnələr var"

5 May 2017 19:40

Ölkəsindəki müharibədən qaçıb Türkiyəyə sığınan suriyalı mühacirlərin həyatı ilə bağlı film çəkilir. "Yüzme öğreniyorum" adlanan film ər-arvad olan Ruksan və Hasanın həyatından bəhs edəcək. Baş rolları isə azərbaycanlı aktrisa Könül Nağıyeva və türkiyəli Ergün Kuyucu canlandıracaq. Filmin çəkilişləri İzmir və Ege dənizi sahillərində baş tutacaq.

Yeni “ağıllı” saat idarəetmə interfeysi yaradılıb

5 May 2017 19:35

Almaniyanın Maks Plank adına İnformatika İnstitutunun, Danimarkanın Kopenhagen Universitetinin və Finlandiyanın Aalto Universitetinin tədqiqatçıları barmaqları əl üzərində hərəkət etdirməklə mobil qurğuları idarə etməyə imkan verən yeni “WatchSense” interfeysini təqdim ediblər.

Gələcəyin daşınan elektronikası sirkə turşusunda həll olunur

5 May 2017 19:30

Stenford Universitetinin alimləri sirkə turşusunda həll edilən daşınan elektronika yaratmağı öyrəniblər. Yeni nəsil cihazlarda korpusun materialı bitki liflərindən hazırlanmış nazik plyonkadan ibarət olacaq, elektrodlar isə alüminium və dəmirdən düzəldiləcək. Sınaqlar zamanı alimlər müəyyənləşdiriblər ki, qurğu 1 ay sonra sirkə turşusunda tamamilə həll edilir.

“Facebook” canlı yayımda özünəqəsdlərlə mübarizə üsulunu tapıb

5 May 2017 19:24

“Facebook” sosial şəbəkəsinin qurucusu Mark Zukerberq məlumat verib ki, adıçəkilən sosial şəbəkə aqressiya ilə dolu nəşrlər və zorakılıq səhnələrinin yayımı ilə mübarizə aparmaq üçün 3 min nəfər işə götürəcək.

KİVDF-də Şimali Kiprin Beynəlxalq Final Universitetinin rəhbəri ilə görüş keçirildi

5 May 2017 19:19

Bu gün Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda (KİVDF) Şimali Kiprin Beynəlxalq Final Universitetinin  rektoru Abdullah Öztoprak ilə görüş keçirilib. Görüşdə Şimali Kipr Türk Respublikasının Azərbaycandakı sabiq nümayəndəsi Zeki Qazioğlu, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, ölkənin aparıcı KİV-nin rəhbərləri iştirak ediblər.

Dünyada internetin paylanması üçün ilk peyklərin nə vaxt buraxılacağı açıqlanıb

5 May 2017 19:18

ABŞ-ın “SpaceX” şirkəti xüsusi peyk qrupları vasitəsilə dünyada internetin paylanması üzrə proqramın istifadəyə veriləcəyi vaxtı açıqlayıb. “The Verge” saytı şirkətin vitse-prezidenti Patrisiya Kuperə istinadən məlumat verib ki, Yer orbitində şəbəkənin qurulmasına 2019-cu ildə başlanılacaq.

Minlərlə “Android” əlavəsi “Wi-Fi” ilə məlumatları mühafizəsiz şəkildə ötürür

5 May 2017 19:14

ABŞ-ın Miçiqan Universitetinin tədqiqatçılar qrupu “Google Play” mağazasında “AirDroid” (Android əməliyyat sistemi üçün qurğunu kompüterə simsiz şəbəkə vasitəsilə qoşmağa imkan verən proqram) ilə oxşar funksiyaları yerinə yetirən minlərlə əlavənin məlumatların ötürülməsi zamanı lazımi səviyyədə mühafizə olunmamasını aşkarlayıb.

Meyvə-tərəvəz istehsalı və ixracı ilə məşğul olan sahibkarlarla görüş keçirilib

5 May 2017 19:11

Mayın 5-də Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə meyvə-tərəvəz istehsalı və ixracı ilə məşğul olan sahibkarlarla görüş keçirilib.

Alimlərdən qəribə MƏSLƏHƏT: SÖYÜŞ SÖYÜN Kİ...

5 May 2017 19:10

Britaniya və Amerika alimlərinin fikrincə, aktiv şəkildə idman və ya fitneslə məşğul olanlar fiziki gərginlik zamanı söyüş söysələr, daha yaxşı nəticə verər.