Qrant layihələrində qalib gələn alimlərlə görüş
5 May 2017 19:36 SosialAMEA Naxçıvan Bölməsində qrant layihələrdə qalib gələn alimlərlə görüş keçirilib.
Bölmədən "Olaylar" - a bildirilib ki, tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək bu gün ölkəmizdə elmin inkişafına yüksək səviyyədə diqqət və qayğının göstərildiyini bildirib. Akademik qrant müsabiqələrin keçirilməsində əsas məqsəd ölkədə müxtəlif elm sahələrində aparılan elmi-tədqiqatları dəstəkləmək olduğunu qeyd edib.
İsmayıl Hacıyev 2011-ci ildən ehtibarən bölmə əməkdaşlarının elmin müxtəlif istiqamətləri üzrə 20 beynəlxaq və respublika səviyyəli qrant layihələrində qalib gəldiyini bildirib. Qeyd olunub ki, qalib olan qrant layihələri çərçivəsində 3 monoqrafiya (1 xaricdə) işıq üzü görüb, 1 monoqrafiya isə hazırlanaraq nəşrə təqdim olunub. Eyni zamanda 10 məqalə (3 xaricdə) nəşr etdirilib. O cümlədən 1 nəfər Bakı şəhərinə, 2 nəfər Türkiyə Cümhuriyyətinə, 1 nəfər əməkdaş isə Londona ezam olunaraq arxivlərdə tədqiqat işləri aparıblar.
Tədbirdə "Naxçıvan Muxtar Respublikasında bəbirin monitorinqinin aparılması və onun mühafizə strategiyası" mövzusu üzrə beynəlxalq qrant layihəsinin və "Naxçıvan Muxtar Respublikasının tətbiq yönümlü perspektivli yabani və mədəni qida bitkilərinin genefondunun elmi əsaslarla kompleks tədqiqi" mövzusu üzrə respublika qrant layihəsinin rəhbəri, akademik Tariyel Talıbov, "Azərbaycançılıq ideologiyası işığında Naxçıvan ədəbi mühiti, folkloru, dialekt və şivələri və yer adlarının toplanması, kompleks tədqiqi və nəşri" və "Naxçıvan tarixinin arxeoloji, etnoqrafik, epiqrafik və Şərq mənbələri əsasında tədqiqi, arxeoloji abidələrin elektron qeydiyyatı və xəritələşdirilməsi" mövzusu üzrə qrant layihələrinin rəhbərləri, AMEA-nın müxbir üzvüləri Əbülfəz Quliyev və Vəli Baxşəliyev çıxış edərək udulan layihələr barəsində ətraflı məlumat veriblər.