"Antuan 100 milyon funtdursa, onda Ronaldu 200 milyon olmalıdır"
İngiltərə millisinin sabiq hücumçusu Stiv Makmanaman Çempionlar Liqasının yarımfinalında baş tutmuş "Real" - "Atletico" qarşılaşması barədə danışıb.
5 May 2017 18:57 İdmanİngiltərə millisinin sabiq hücumçusu Stiv Makmanaman Çempionlar Liqasının yarımfinalında baş tutmuş "Real" - "Atletico" qarşılaşması barədə danışıb. İngilis ekspert Ronaldu və Qrizmannın komandası üçün oynadığı rolu müqayisə edib.
"Hamı gözləyirdi ki, bu cür hücum gücünə malik olan "Atletiko" səfərdə "Real"a qol vura bilər. Görüşün taleyini ulduz futbolçuların maksimum çalışması həll etdi. Deyirlər ki, Qrizmannı qiyməti 100 milyon funtdur. Amma "Real"la oyunda bu hücumçu fövqəladə bir şey göstərmədi. Onu, ümumiyyətlə meydanda görmədim. Bu, özü üçün ciddi antireklam oldu. Antuan 100 milyon funtdursa, onda Ronaldu 200 milyon olmalıdır. Kriştianu qol imkanlarından mükəmməl yaralanır, rəqiblərini bağışlamır. Oyundan öncə Ronaldunu Qrizmannla müqayisə edirdik. Bu qarşıdurmada qalibin kim olduğu aydın göründü". Goal.az