"Qarabağ" Naxçıvandan KUBOKLA GƏLİR

Futbol üzrə Azərbaycan Kubokunda final matçı keçirilib. Naxçıvanda baş tutan oyunda "Qarabağ" və "Qəbələ" klubları üz-üzə gəlib. Görüş Ağdam təmsilçisinin komandasının 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hər iki qol ikinci hissədə vurulub. 51-ci dəqiqədə Mahir Mədətov künc zərbəsindən ötürülən topu qapıya göndərib.

Futbol üzrə Azərbaycan Kubokunda final matçı keçirilib. Naxçıvanda baş tutan oyunda "Qarabağ" və "Qəbələ" klubları üz-üzə gəlib. Görüş Ağdam təmsilçisinin komandasının 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hər iki qol ikinci hissədə vurulub. 51-ci dəqiqədə Mahir Mədətov künc zərbəsindən ötürülən topu qapıya göndərib. Oyunda son nöqtəni isə 68-ci dəqiqədə "Qəbələ"nin futbolçusu Ürfan Abbasov qoyub. O, topu öz komandasının qapısına göndərib. Beləliklə, "Qarabağ" ardıcıl ikinci mövsümü "qızıl "dubl"la başa vurub. Komanda tarixində 6-cı dəfə Azərbaycan Kubokuna sahib olub.

Qeyd edək ki, oyunu 12 minədək tamaşaçı izləyib. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31