“Sazımız bu günümüz” adlı konsertdə

"Səda" Tədris Teatrında Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti fakültəsinin Aşıq sənəti ixtisasında təhsil almış məzunlarının konserti keçirilib. Universitetdən "Olaylar" - a bildirlib - a ki, "Sazımız bu günümüz" adlı konsertdə Elvin Axundov, Bəxtiyar Qurbanov, Qəlbinur İbrahimli, Şəmistan Məmmədov və Sahib İsmiyev, Murad Səmədzadə, Hafiz Kərimov, Məharət Şəfilinin ifasında  Ü.Hacıbəylinin "Koroğlu" operasından uvertüra, "Koroğlu" operasından mahnı, türkülər, Şirvan gözəlləməsi, Misri, T.Quliyev "Sevgi valsı", Aşıq havası Ruhani, Osmanlı divanisi, Bayatışiraz-kompozisiyası, Yüngül şərili aşıq havası, Güllü şəşəngi aşıq havası səslənib.

Tədbirə  Elvin Axundov, Bəxtiyar Qurbanov, Qəlbinur İbrahimli, Şəmistan Məmmədov, Sahib İsmiyev və Murad Səmədzadənin ifasında Dədə Qorqud kompozisiyası  ilə yekun vurulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31