36 nömrəli uşaq musiqi məktəbində hesabat konserti
5 May 2017 15:36 MədəniyyətMədəniyyət və Turizm Baş İdarəsinin 36 nömrəli uşaq musiqi məktəbi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş hesabat konserti təqdim edib. Baş İdarədən "Olaylar" - a bildirlib ki, konsertdə Mədəniyyət və Turizm Nazirliyinin elm, təhsil və gənclərlə iş şöbəsinin müdiri Yaşar Əliyev, Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vuqar Zeynalov, Bakı şəhər uşaq musiqi və incəsənət məktəblərinin direktorları və digər qonaqlar iştirak ediblər. Konsertdə 36 nömrəli uşaq musiqi məktəbi istedadlı şagirdlərinin ifasında M.Maqomayev "Mavi əbədiyyət", S.Rüstəmov "Qaytağı", "Bayatı-Şiraz" kompozisiyası, A.Gəray "Şahnazsayağı", A.Zeynallı "Ölkəm", "Çahargah" kompazisiyası, C.Rossini "Oğru sağsağan", İ.S.Bax "Zarafat", C.Gardel "Por Una Gabeza" kimi Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib.