Avropa Şurası siyasi simasını çoxdan itirib

AŞPA-nın Türkiyə dövlətinə qarşı monitorinqin bərpası qərarı qardaş ölkənin prezidenti Rəcəb Tayyub Ərdoğan tərəfindən “rədd edildi”. Düzgün yanaşma idi. Avropa Şurasının qurucularından olan, Türkiyəyə qarşı bu sayaq davranma siyasi etiketlərə də uyğun deyildi. Məsələ ilə bağlı millət vəkilləri və siyasi ekspertlər müvafiq şərhlər verərək AŞ-nın bu qərarını müxtəlif səbəblərlə əlaqələndirdilər.

Avropa da avropada nüfuzunu itirməkdədir

AŞPA-nın Türkiyə dövlətinə qarşı monitorinqin bərpası qərarı qardaş ölkənin prezidenti Rəcəb Tayyub Ərdoğan tərəfindən "rədd edildi". Düzgün yanaşma idi. Avropa Şurasının qurucularından olan, Türkiyəyə qarşı bu sayaq davranma siyasi etiketlərə də uyğun deyildi. Məsələ ilə bağlı millət vəkilləri və siyasi ekspertlər müvafiq şərhlər verərək AŞ-nın bu qərarını müxtəlif səbəblərlə əlaqələndirdilər. Avropa Şurası qardaş ölkədə insan və vətəndaş hüquq və azadlıqlarının pozulmasını, referendumdakı hüquqpozmaları şişirdərək "öz gözündəki tiri" görmür. Atlı polislərin ayaqları altında əzilən, Egey dənizində üfürülmüş rezin qayıqlarla Avropaya pənah gətirən, nicat istəyən müsəlman qardaş və bacılarımızın, uşaqların və imdad diləyən qocaların suda qərq olmalarına, Almaniyada qaçqın düşərgələrinin yandırılmasına göz yumur, kordurlar; onların səsini eşitmir, kardırlar, laldırlar. "Polisə Dəstək" İctimai Birliyinin rəhbəri Şəmsəddin Əliyev hesab edir ki, bu məslədə başqa səbəblər də var. Müharibədən, qeyri-insani şəraitdən qaçmaq istəyən insanların problemləri həmin ölkələrdə həll olunmayanda, başqa ölkələrə üz tutmaq qaçılmaz olur. AŞPA-nın Türkiyəyə və Azərbaycana qarşı ikrah hissi doğuran münasibəti Azərbaycana ərazi bütövlüyünün işğala məruz qalmasını, onun bərpasını unutdurmağa, qardaş Türkiyəni isə Avropa İttifaqına üzv olmaq niyyətindən əl çəkməyə məcbur edən aşkar bir mesajdır. Amma, bu siyasi bumeranq, Avropa üçün acı nəticələr doğura bilər və doğurur: "Bu gün, Avropanın dünyadakı siyasəti avropa dövlətlərinin insan hüquq və azadlıqlarının qorunmasına əsaslanmır, mənəvi dəyərlərə söykənmir, neofaşist siyasətinin zənginliyi ilə güclənir və davam edir. Belə hərəkətlər, Avropanın da özündə ikrah hissi ilə qarşılanır. Fikir verin, Fransa Prezidentinə şanslı namizəd indidən "seçilərsə AŞ-dan çıxmağı barədə düşünəcək" mesajını verir. Çox ciddi hədədir. Deməli Avropa ilk növbədə məhz, Avpropada nüfuzunu ititməkdədir. Bu sistem, dəyişikliyə uğramasa qala bilməz. Vyetnam müharibəsi ABŞ üçün hansı mənəvi böhrana səbəb oldusa, dünyada Amerikanın siyasətinə və həyat tərzinə necə inamı zəiflətdisə, AŞ-nın da dünyada, ən azı müsəlman dünyasında inamı çox zəiflədi, çox! Qənaətimə görə, Avropa riyakarlığa, qeyri obyektivliyə və saxtakarlığa söykənən siyasət aparmamalı, fəaliyyətində səmimi olmalı, əməli qloballığı və cəlbediciliyi ilə fərqlənməli, müəyyən prinsiplərə söykənməlidir. Məs; Avropa hamıya nümunə ola biləcək insan haqlarına sədaqət nümayiş etdirməli, insanlara mənşəyinə, dərisinin rənginə və dininə görə fərq qoymamalıdır. Yaşadığımız dünya mükəmməl olduğu qədər də, mürəkkəb və dolaşıqdır, yəqin belə də qalacaq. Avropa bunun fərqində olmalıdır. Dünyanın hər bir yerində şəxsiyyətin dövlət hakimiyyət orqanlarının özbaşınalıqlarından qorunmasının xeyli yaxşılaşdığı bir dövrdə AŞ-nın SSRİ-yə xas tərzdə imperiyaya meyilliyini sezməmək olmur. Bu böyüklük deyil, dominantlıqdır. Ona görə də, Böyük Britaniya Avropanın digər qurumunu tərk etməli oldu. Məcburi enmə zolağına qayıdaraq təhlükədən sovuşdu". Onun sözlərinə görə, Qərbin lokomotivi, Böyük Britaniyanın Aİ-dən qopması bu birliyin deformasiyaya uğramasının bariz nümunəsi idi. Qeyd olunanlar onun göstəricisidir ki, AŞ siyasi simasını çoxdan itirib. Vaxtilə Fransanın prezidenti general De Qollun tərəddüd etmədən NATO-dan çıxması bu qurumun vecsiz bir nitfəyə çevrildiyinin nəticəsi idi. AŞ da ümidləri doğrultmadı. Siyasi riyakarlıq, qeyri-ciddi diplomatik addımlar, Avropanın sütunlarının korrupsiyaya uğraması və müstəsna hörmətsizliklə ifadə olunan ikili standartlı qərarlar bu qurumun dəyərini heçə endirib. Diplomatiyada riyakarlıq uzun sürmür. Problem dünya səviyyəsində liderlərin -Tetçerin, Helmut Kolun, Fransua Mitteranın və başqaları olmamasında, idarəçilikdə başqa maraqlara üstünlüyün verilməsindədir. Hər bir dövlətin siyasəti bəşəriyyətə xidmət etmək üçün düşünülməlidir. Suriyanı, Liviyanı, İraqı, Misiri (Yaxın Şərqi) qorumaq və insanları yarı kölə, yarı azad vəziyyətdən qurtulması, möhkəm sülhün bərqərar olması üçün ciddi addımlar atılmadı, məsləhətləşmələr və razılaşmalar aparılmadı. Adlarını DİKTATOR qoydular və insan ləyaqətini alçaldan hərəkətlərlə, bütün bəşəriyyətə "görk olsun"-deyə İİŞD-in əməllərinə xas tərzdə, vəhşiliklə məhv etdilər. Bu, "Avrofobiya" və yaxud, özlərinin yaratdığı mütəşəkkil bir dəstənin fəaliyyətinin tük ürpədici nəticəsi idi. İslam isə ən mütərəqqi, hər cürə ayrıseçkiliyi və qəddarlığı rədd edən, səmavi kitaba söykənən, rəhmliyin və mərhəmətin nümunəsi sayılan bir dindir: "Mən, Türkiyənin qədim tarixə malik, dövlətçilik və siyasi sisteminə inanıram. Qardaş ölkədə demokratiya özünü doğruldur, insan haqları əhalinin bəşəri sərvəti kimi qəbul edilir və qorunur. Uzun illlərdir Türkiyə Avropa İttifaqının üzvlüyünə layiq olsa da, müxtəlif bəhanələrlə ona dirsək göstərirlər. Türkiyə çoxdandır vahid iqtisadi bazarın iştirakçısıdır. Avropa isə guya Türkiyə 1993-cü il Kopenhagen Sammitinin tövsiyələrinə uyğun ölkə olmadığına, stabil demokratik hakimiyyət, hüququn və qanunun aliliyinə önəm vermədiyinə və azadlıq institutlarını yüksək tutmadığına görə, bu qurumda olmasını arzulamırlar, "yox" deyirlər. Guya, Türkiyə siyasi və iqtisadi şəraiti təmin olunan ölkələr sırasında hələlik olmadığından Aİ-yə üzv ola bilməz. Bu baxımdan, Türkiyə ilə bağlı monitorinqi bərpa etmək, Azərbaycanda "siyasi məhbus" məsələsi üzrə Kristofer Ştrasserin məruzəsi islam dövlətlərinə və islam dünyasına qarşı planlı siyasətin, neofaşist niyyətin davamıdır. Dünya islam dövlətlərinin güclənməsinə qarşıdır. AŞPA görünür hərəkətlərini ölçüb-biçmək iqtidarında deyil, ya da, nə etdiyini çox yaxşı bildiyi halda nəticəsini də arzulayır. Hər iki hal bütövlükdə Avropa üçün arzuolunmazdır.Yad ölkələrin fitnəsi nəticəsində doğma ocaqlarından didərgin düşənlərə Avropa qayğı ilə və humanistcəsinə yanaşmayanda intiqam hissi terrorlarla davam edəcək, çox canlar alınacaq. Yaşamağın bir qayəsi də, yaşamaq uğrunda mübarizədir, ölməkdir. Belə halda sual olunur: Aralıq dənizində batanların qisasını kim alacaq, Egey dənizində buzlu sularda həlak olan körpələrin günahkarı kimdir? Məhz elə islam "fədailərindən" Əl-kaidəni, Talibanları, İİŞD-i kim yaratdı və kim bu silahlı birləşmələri cəbbəxana və pul vəsaiti ilə təmin edir? Avropa qisasçılığa şərait yaradır. Çox təhlükəli bir oyundur... Bu gün Türkiyədə Avropanın bilavasitə günahı ucbatından başqa dövlətlərdə sığınacaq axtaran 3 milyon qaçqınlar yaşayırlar. Türkiyə sərhədlərini açsa, Avropa ağlagəlməz şəraitlə üz-üzə və aciz qalacaq. Bunu dərk etmək məgər çətindir?".

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31