Erməni maraqlarına xidmət edən vətəndaş cəmiyyəti nümayəndələri
Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra ölkədə müşahidə edilən müsbət tendensiyalardan biri də vətəndaş cəmiyyətinin inkişafı, QHT sektorunun yaradılması oldu. Etiraf etmək lazımdır ki, bu sektorda qısa müdətdə bir canlanma, inkişaf baş verdi. Xüsusilə, Qərbin, Avropanın müəyyən dairələrinin müstəqil respublikalarda vətəndaş cəmiyyətini inkişaf etdirmək məqsədilə yeni yaranan təşkilatlara qrantlar ayırması bu sahəni ayrı-ayrı şəxslər üçün daha cəlbedici edirdi.
5 May 2017 15:19 SiyasətAzərbaycan öz müstəqilliyini əldə etdikdən sonra ölkədə müşahidə edilən müsbət tendensiyalardan biri də vətəndaş cəmiyyətinin inkişafı, QHT sektorunun yaradılması oldu. Etiraf etmək lazımdır ki, bu sektorda qısa müdətdə bir canlanma, inkişaf baş verdi. Xüsusilə, Qərbin, Avropanın müəyyən dairələrinin müstəqil respublikalarda vətəndaş cəmiyyətini inkişaf etdirmək məqsədilə yeni yaranan təşkilatlara qrantlar ayırması bu sahəni ayrı-ayrı şəxslər üçün daha cəlbedici edirdi. Ona görə də qısa müddətdə ölkədə onlarla qeyri-hökumət təşkilatı yaranmağa başladı. Ancaq mənfi məqamlardan biri ondan ibarət idi ki, heç də yaradıllan qeyri-hökumət təşkilatlarının hamısı sağlam təməl prinsiplərə xidmət etmir, Qərbdəki bəzi dairələrin, xüsusilə Azərbaycanı hər imkanda gözdən salmağa çalışan çevrələrin maraqlarına uyğun fəaliyyət qururdular. Xüsusilə, bu kimi antimilli fəaliyyətlərdən erməni lobbisi səmərəli istifadə edərək həmin QHT-lərin fəaliyyətini Azərbaycan əleyhinə yönəltməyə müvəffəq olurdular. Təssüflər olsun ki, o illərdən davam edən bu mənfi tendensiya günümüzdə də davam edir. Hazırda Azərbaycana qarşı vətəndaş cəmiyyəti nümayəndəsi, hüquq müdafiəçisi adı altında antimilli fəaliyyət göstərənlərdən biri də Xədicə İsmayıldır. Əsasən ermənilərlə işbirliyində olan birisi kimi tanınan Xədicə İsmayılın bu günlərdə "Əl Cəzirə" televiziyasının ingilis dilli saytında yer alan qərəzli yazısı bunu bir daha sübut edir. Məsələnin maraqlı tərəfi isə ondan ibarətdir ki, "hüquq müdafiəçisi" Xədicə İsmayılın qərəz və böhtan yolu yazısına Azərbaycan tərəfindən verilən cavaba qarşı əks reaksiya gözlənildiyi kimi Ermənitandan gəlib və Xədicə İsmayıl erməni "həmkarları" tərəfindən nəyi var müdafiə edilib. Ermənistanın ictimai-siyasi fəallarından və yazarlarından biri kimi tanınan Eni Vandaryan xanım İsmayılın sanki qəhrəman obrazını yaradıb. Bu faktın özü bir daha sübut edir ki, Azərbaycanda fəaliyyət göstərən bəzi qeyri-hökumət təşkilatları və "hüquq müdafiəçiləri" Qərbdəki maraqlı dairələr və erməni lobbisinin maddi dəstəyi hesabına onların sifarişlərini canla-başla icra edirlər. Bu mənfi tendensiya isə haqlı olaraq cəmiyyət tərəfindən etirazla qarşılanır.
Hüquqşünas Rövşən Məmmədli də deyir ki, Azərbaycan müstəqillik əldə etdiyi ərəfələrdə və ondan sonra içimizdən bir sıra şəxslər çıxdılar və öz fəaliyyətləri ilə Azərbaycanla bağlı ATƏT-də, Avropa İttifaqında və Avropanın digər qurumlarında siyasətçi, insan hüquqçusu və s.şəklində fikirlər söylədilər, əməkdaşlıq etdilər. Bununla da onlar Azərbaycanda həmin qurumlarla işləyən şəxslər kimi tanındılar: "Sonralar Azərbaycanda çoxlu QHT-lər yarandı ki, onlar da fəaliyyətlərini əsasən bu istiqamətdə qurdular. İlk öncə bu insanların, QHT-lərin fəaliyyəti qəbul edilən, alqışlanan idi. Ancaq zaman-zaman şəxsi marağını milli maraqdan üstün tutan işbazlar bu qurumlara yol açdılar.Qərbin ölkəmizə qarşı təxribat, ya Qərbdən asılı salmaq kimi proqramlarına xidmət etməyə başladılar, əvəzində isə haram pullar aldılar. Əlbəttə mən sözün həqiqi mənasında öz nəfsini qoruyan, paraya görə yox, şəxsi əqidəsinə, müşahidələrinə və müxalif mövqeyinə görə o qurumlarda sözçülük edənləri, əlaqə saxlayanları, münasibət bildirənləri nəzərdə tutmuram. Əksinə onların mərdanə mübarizələrinə görə alqışlayıram. Ancaq gəlin etiraf edək ki, o qurumlardan paralar alıb onların xeyrinə, ölkəmizin əleyhinə işləyənlər də var və bu yolverilməz haldır. Bu mövqelərə fürsətdən istifadə edib çoxlu savadsız və vətənpərvərliyi olmayanlar da ayaq açıblar. Belələrinin cahil çıxışlarından, savadsız yazılarından, ermənilər bizə qarşı çox bacarıqla bəhrələnirlər. Odur ki, ermənilərə belə fürsəti verənlərə qarşı barışmaz olmaq, ölkəmizin həyatı maraqlı problemlərində harada olmağımızdan asılı olmayaraq çəkici bir yerə vurmalıyıq". Rövşən Məmmədli deyib ki, yalançı müxalif adı ilə öz maraqlarına çalışanları, müxalifət adına ləkə gətirənləri, eləcə də savadsızcasına, qərəzli olaraq müxalifəti söyənləri, alçadanları səhnədən uzaqlaşdırmağı bacarmalıyıq: "Beynəlxalq aləmə açılan səhnəmizdə yalnız Vətən marağı, Vətən sevgisi, Vətənin gələcək qayğısı və xalqımıza ölkəmizə sayğı əsas olmalıdır. Qalan davamızı öz içimizdə aparmalı, səhvlərimizi özgələrə yox, özümüzə deməli, rüşvətxoru, inhisarçını, dələduzu yadların əli ilə yox öz əlimiz, .qələmimizlə ifşa etməliyik. Düz olanı ortaya qoyub hamını o yolla getməyə səsləməliyik., Çünki illərin təcrübəsi göstərir ki, Qərb Azərbaycanda insan hüququ, siyasi məhbus, demokratiya, demokratik seçkilərin keçirilməsindən daha çox öz imperialist maraqları üçün istifadə edir. Və onlar hər bir fürsətdən istifadə edib Azərbaycan dövlətini sıxışdırıb sonucda öz xəbis maraqlarına, Azərbaycanın sərvətlərini suyu qiymətinə daşımalarına çalışırlar".
Süleyman