"Azərbaycan Gənclərinin Beynəlxalq Təmsilçiliyi" mövzusunda konfrans keçirilib
Lənkəran şəhəri Heydər Əliyev Mərkəzində “Gənc Elçilər” Proqramı çərçivəsində "Azərbaycan Gənclərinin Beynəlxalq Təmsilçiliyi" mövzusunda konfrans keçirilib.
5 May 2017 14:41 İqtisadiyyatLənkəran şəhəri Heydər Əliyev Mərkəzində "Gənc Elçilər" Proqramı çərçivəsində "Azərbaycan Gənclərinin Beynəlxalq Təmsilçiliyi" mövzusunda konfrans keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, konfransın məqsədi Lənkəran gənclərinə beynəlxalq əlaqələr və təmsilçiliklə bağlı ətraflı məlumatın verilməsi və onların bu sahədə potensialının artırılmasıdır. Konfransın gedişatında Milli Şuranın beynəlxalq əlaqələr üzrə katibi İlhamə Qasımzadə tərəfindən "Gənc Elçilər" proqramının təqdimatı keçirilib. Təqdimatda proqramın məqsədi, imkanlarından və fəaliyyətindən danışılıb. Bundan başqa Milli Şuranın əməkdaşları Lənkəran gənclərini Azərbaycan gənclərinin beynəlxalq layihələrə qoşulmaq imkanları, Erasmus+ proqramı, Avropa Könüllülük Xidməti və digər imkanlar haqqında məlumatlandırıblar. Konfransın sonunda gəncləri maraqlandıran suallar cavablandırılıb və mövzu üzrə müzakirələr aparılıb.