Gündəm

Azərbaycanda corab istehsalı müəssisələri yaradılacaq

6 Noyabr 2017 14:46

Azərbaycanın Pirallahı rayonunda corab istehsalı üzrə müəssisə yaradılması nəzərdə tutulub. Belə ki, Trend-in Nazirliyə istinadən verdiyi məlumata görə, Azərbaycan İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Pirallahı rayonunda prioritet sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayıb.

“Azərbaycan inkişaf etmiş ölkələrlə müqayisədə....”

6 Noyabr 2017 14:46

Bu gün Azərbaycan Pentenssiar Xidmətin inkişafı və məhkumların həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı dövlət səviyyəsində qısa müddətdə çox böyük islahatlar həyat keçirməyi bacarmış dövlətlərdən demək olar ki, birincisidir. Belə ki, hər bir cəmiyyətdə cinayətlərin anlaqlı və yaxud anlaqsız olmasından aslı olmayaraq baş verə biləcəyi mümkünlüyü nəzərdə tutulsa da, hər bir cinayətə görə cəzanın ədalətli və yaxud ədalətsiz təyin edilməsi, cəza çəkən şəxsin məhkumluqla bağlı həyat şəraiti hər bir ölkə üçün fərqli şəkildə səciyyəvidir.

Ukraynadakı Azərbaycan diasporu sədrindən tarix elminə böyük tövhə  

6 Noyabr 2017 14:40

Bu günlərdə Ukraynada Azərbaycan diasporunun fəal üzvlərindən biri, “Ukraynalı və Azərbaycanlı Ziyalılar Asambleyası”nın rəhbəri Fərhad Turanlı “Türk-Osmanlı yazılı mənbələrində XVI–XVIII əsrlərdə Kazak dönəmi Ukrayna tarixi” tarix elmlər doktorluğu disertasiyası mövzusunda yazdığı monoqrafiyasını Taras Şevçenko adına Kyiv Milli Universitetinin Xüsusi Elmi Şurasında– tarix yazıcılığı, mənbəşünaslıq və xüsusi tarixi fənlər ixtisası üzrə elmi müdafiə edib. Bu barədə məlumat “OLAYLAR”-a “Ukraynalı və Azərbaycanlı Ziyalılar Asambleyası”ndan daxil olub.

Narkotik hazırlayanların cəzaları dəyişdirilir

6 Noyabr 2017 14:39

Cinayət və İnzibati Xətalar məcəllələrinə, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” qanuna, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nda əlavə və dəyişiklik edilməsi, o cümlədən “Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında prekursorlardan istifadə məqsədi ilə törədilən əməllərlə əlaqədar həmin prekursorların xeyli və külli miqdarının Siyahısı”nın təsdiqlənməsi təklif olunur.

Ölkədə niyə vəkil qıtlığı yaşanır?

6 Noyabr 2017 14:34

Ölkədə nümayəndəlik institunun ləğvi bu gəaliyyətlə məğul olan şəxsləri razı salmayıb. Elə bu səbədən də bir neçə hüquqşünaslar təşkilatı, eyni zamanda nümayəndəlik fəaliyyəti göstərən şəxslər oktyabrın 31-də Milli Məclisdə Azərbaycanda nümayəndəlik institutunun fəaliyyətini məhdudlaşdıran “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna, Mülki Prosessual və İnzibati Prosessual məcəllələrinə dəyişikliyin qəbul olunmasından narahatlıq keçirdiklərini ifadə edərək, Azərbaycan prezidentindən öz müstəsna səlahiyyətindən istifadə edərək qanuna yenidən baxılması barədə göstəriş verməsini xahiş ediblər. Hüquqşünaslar hesab edirlər ki, Azərbaycanda lazımi səviyyədə vəkil korpusunun olmadığı bir şəraitdə nümayəndəlik institutunun ləğvi məhkəmələrdə insanların keyfiyyətli müdafiəsinin təşkil edilməsində deyil, əksinə ciddi narazılığın yaranmasına şərait yaradacaq. Hüquqşünaslar yaranmış vəziyyətlə bağlı öz təkliflərini də veriblər.

Alkoqolizmin insana və cəmiyyətə zərərləri

6 Noyabr 2017 14:31

ünümüzdə cəmiyyətin üzləşdiyi prolemlərdən biri də alkoqolizmdir. Hər gün küçədə, mərkəzi meydanlarda onlarla insanla rastlaşırıq ki, onlar məhz alkoqolizmdən əziyyət çəkirlər. Gün ərzində əzab-əziyyətlə qazandıqları pulları gün sonunda araq və ya digər spirtli içkiyə verərək beləcə ömürlərini, həyatlarını yola verirlər.

2018-ci ilin dövlət büdcəsi iqtisadi inkişafın davamlı olacağından xəbər verir

6 Noyabr 2017 14:28

Gələn ilin dövlət büdcəsi layihəsi yaxın günlərdə müzakirəyə çıxarılacaq. Növbəti ilin dövlət büdcəsinin gəlirləri 20 127 milyon manat nəzərdə tutulub ki, bu da keçən illə müqayisədə 20 faiz çoxdur.

Rusiya-Türkiyə əlaqələrinin dərinləşməsi Qarabağ probleminin həllini yaxınlaşdırır

6 Noyabr 2017 14:26

Son günlər Azərbaycan gündəmini zəbt edən məsələlərdən, mövzulardan biri də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında baş tutacaq növbəti görüşdür. Daha doğrusu həmin görüş zamanı müzakirə ediləcək məsələ. Yayılan xəbərlərə görə, Ərdoğan-Putin görüşündə Qarabağ probleminin həlli məsələsi əsas müzakirə mövzusu olacaq və görüşün nəticəsi olaraq Azərbaycanın işğal altında olan 5 rayonu işğaldan azad ediləcək.

Əgər söhbət keyfiyyətli müdafiədən gedirsə...

6 Noyabr 2017 14:23

Ölkədə nümayəndəlik institunun ləğv edilməsi bu sahə ilə məşğul olanları narahat etməklə yanaşı, mütəxəssilər arasında fikir ayrılığına da səbəb olub. Gətirlən əsas arqument ondan ibarətdir ki, Azərbaycanda vəkillərin sayının az olması səbəbindən nümayəndəlik institutunun ləğvi ciddi problemlərə yol aça bilər.

Elçin Hüseynbəyli yazır... Ədəbiyyatımızın maralları

6 Noyabr 2017 14:21

Ötən yazımda demişdim ki, ölkəmizdə ədəbiyyat maralları çoxdur. Onların ədəbiyyata gəlişi Böyük Ruhla bağlı olmasa da, bəzi kasıb qələm əhlini dolandırmaqla özlərinə savab qazanırlar. Belələrindən bir neçəsini şəxsən tanıyıram. Amma qəribə birisi haqqında mütləq deməliyəm. Onun şeir yazması şöhrətpərəstlikdın daha çox, var-dövlət qazanmaq istəyindən irəli gəlirdi.

Fransız deputatdan gözlənilməz açıqlama: KRIM RUSİYAYA AİDDİR

6 Noyabr 2017 14:19

“Krım yarımadasının Ukraynanın tərkibində olması təsadüfi idi”. Bu sözləri Fransa parlamentinin deputatı Tyerri Mariani Yaltada jurnalistlərə bildirib. Yaltada 6-7 noyabrda ilk dəfə "Rusiya, Krım və müasir beynəlxalq münasibətlər" beynəlxalq konfransı çərçivəsində Krımın dostlarının forumu keçirilir. Forumda demək olar ki, 30 ölkədən 90 xarici qonaq iştirak edir. "Krımın bütün dostları hesab edirlər ki, Krım referendumu tam qanuni keçirilib. İnsanlar fikrini bildirərək, Krımın Rusiyanın tərkibinə qaytarılmasına səs verib. Krım haraya aid olmalı idisə, elə oraya aiddir. Yarımada sadəcə qısa vaxt ərzində Xruşovun iradəsi ilə Ukraynanın tərkibində olub", - Mariani izah edir.

Rüstəm Behrudi xəstəxanaya yerləşdirildi

6 Noyabr 2017 14:17

Tanınmış şair Rüstəm Behrudi özəl xəstəxanaların birinə yerləşdirilib. Şair bu saatlarda əməliyyat olunacaq. Şairin həkimi Cəfər Nəsirli xəbəri yenicag.az-a təsdiqləyib: "Bu dəqiqələrdə Rüstəm Behrudi əməliyyata hazırlanır. O, əzələ yırtığından əziyyət çəkir. İnşallah, əməliyyat uğurla keçəcək”.

Ordudan rüsvayçılıqla qovulub – 26 şəxsin qatili bilindi

6 Noyabr 2017 14:03

ABŞ-ın Texas ştatında “Birinci Baptist” kilsəsinə silahlı hücum təşkil edən Hərbi Hava Qüvvələrində xidmət etmiş Devin Kelli adlı şəxsdir. Bu barədə CBS telekanalı informasiya yayıb. Telekanalın rəsmi saytında Devin Kellinin fotosu yerləşdirilib və onun 1991-ci il 21 fevral tarixində anadan olduğu göstərilib. “Onun 26 yaşı var. 2010-cu ildən 2014-cü ilə qədər Hərbi Hava Qüvvələrində xidmət edib. 2014-cü ilin mayında tribunala verilib və rüsvayçılıqla xidmətdən qovulub”, - xəbərdə qeyd olunub. Hazırda qatilin terror qruplaşmaları ilə əlaqəsinin olub-olmadığını yoxlamaq üçün sosial şəbəkə hesabları, xüsusən hücumdan əvvəlki bir neçə gün ərzindəki yazışmaları yoxlanılır.

İraqdan yekun Kürdüstan qərarı – Federal Məhkəmə

6 Noyabr 2017 14:01

İraq Federal Məhkəməsi Kürd Muxtariyyətində keçirilən referendumdan sonra hansısa bölgənin ölkədən ayrılmasının mümkünsüz olması haqda qərar qəbul edib. Bu barədə “Röyter” məlumat yayıb. Məsələ ilə bağlı danışan məhkəmə rəsmisi İyas Samuk bildirib ki, ölkə konstitusiyasına görə, İraqın bütövlüyü qorunmalıdır və qanunlar toplusunda hansısa bölgənin, şəhərin ayrılması ilə bağlı maddə yoxdur.

Qışda yenə donacağıq? – Rəsmi açıqlama

6 Noyabr 2017 14:00

Azəristiliktəchizat Açıq Səhmdar Cəmiyyətinin (ASC) istilik təsərrüfatlarında 2017-2018-ci illər istilik mövsümünə hazırlıq tədbirləri çərçivəsində nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı işlər yekunlaşmaq üzrədir.