Gündəm
Prokurorlara əlavə səlahiyyət verirlir
Azərbaycanda prokurorluq orqanlarına əlavə səlahiyyət verilir. “Olaylar”xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif edilir. Məcəllənin 54-cü (İnzibati xətalar haqqında işlər üzrə icraat zamanı prokuror nəzarəti) maddəsinə 538-1.4 (Müvafiq icra hakimiyyəti orqanı tərəfindən uyğunluğu qiymətləndirən qurumun akkreditasiyasından əsassız imtina olunmasına görə vəzifəli şəxslər üç yüz manat məbləğində cərimə edilir) və 538-1.6 (Müvafiq icra hakimiyyəti orqanı tərəfindən akkreditasiya tələblərinə cavab verən uyğunluğu qiymətləndirən qurumun akkreditasiya sahəsinin məhdudlaşdırılmasına və ya akkreditasiya attestatının ləğvinə görə vəzifəli şəxslər üç yüz manat məbləğində cərimə edilir) maddələri əlavə olunur.
İqbal Ağazadəyə qarşı etiraz aksiyaları hazırlanır
“Biz – mülkiyyət hüququ pozulan vətəndaşlar İqbal Ağazadənin rəhbərlik etdiyi Ümid partiyasının qarşısında etiraz aksiyası keçirməyə hazırlaşırıq”. “Olaylar” xəbər verir ki, bunu iş adamı Etibar Qasımov bildirib. Onun bildirdiyinə görə, onları buna vadar edən səbəb partiya sədrinin qardaşı İlqar Ağazadə ilə aralarında gedən mülkiyyət mübahisəsidir: “Mən və digər şikayətçilər Gəncə prospekti 29/35 A ünvanında yerləşən binanın birinci mərtəbəsindən obyekt almışıq. Düz 11 il əvvəl 200 min manat ödəyərək aldığım həmin yer daha sonra İqbal Ağazadənin şəxsi əlaqələri vasitəsi və məhkəmələrin haqsız qərarları ilə özününküləşdirmək istəyir. Hazırda öz hüququmuz uğrunda apardığımız mübarizə isə heç bir nəticə vermir.
Polis əməliyyat keçirdi: cibgirlər saxlandı
Noyabrın 2-də metronun “28 May” stansiyasında Bakı şəhər sakini Z.İbrahimlinin cibindən mobil telefonunu oğurlanıb.“Olaylar” DİN-ə istinadən xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Seyidov tutulub. Onun bir gün əvvəl eyni yerdə Bakı şəhər sakini A.İsgəndərovanın cibindən mobil telefon oğurlaması da müəyyən edilib.
Azərbaycanda daxili və xarici borcalmaya görə cinayət məsuliyyəti nəzərdə tutulur
Azərbaycan Cinayət Məcəlləsinə yeni 195-2 (Daxili və xarici borcalma) maddəsinin əlavə edilməsi üçün prezidentİlham Əliyev tərəfindən Milli Məclisə layihə təklif olunub. Məlumata görə, layihəyə əsasən maddədə bildirilir ki, dövlətə məxsus olan hüquqi şəxslərin müvafiq icra hakimiyyəti orqanının razılığını almadan daxili və ya xarici borcalması dövlətə xeyli miqdarda ziyan vurduqda 3 il müddətinə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə cinayət nəticəsində vurulmuş ziyanın bir mislindən üç mislinədək miqdarda cərimə, yaxud 2 ilədək azadlığın məhdudlaşdırılması və ya 2 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.
Fatma Mahmudova Musiqili Teatrın səhnəsində
Azərbaycan Dövlət Musiqili Teatrının “3 gün sizinlə” layihəsi çərçicəsində Xalq artisti, Prezident təqaüdçüsü Fatma xanım Mahmudova 3 gün ard-arda tamaşaçıların qarşısında çıxış edib. Teatrın Mətbuat katibi Samir Sədaqətoğlu Olaylar.az – a bildirib ki, Fatma Abdullayeva C. Məmmədovun “www.ferzeli-kef.com” tamaşasında Bağdagül, R. Mirişli, M. Haqverdiyevin “Amerikalı kürəkən” əsərində Səkinə, Elçinin “Baladadaşın toy hamamı” musiqili-lirik komediyasında isə Zibeydə obrazını canlandırıb.
Şamaxıda QORXUNC OLAY: 55 yaşlı kişi özünü 12 metrlik su quyusuna atdı
Şamaxı rayonunda 55 yaşlı kişi özünü su quyusuna ataraq intihara cəhd edib. Məlumata görə, hadisə rayonun Şərədil kəndi ərazisində baş verib. Belə ki, həmin kəndin sakini, 1962-ci il təvəllüdlü Əlimuxtar Mayis oğlu Muxtarov özünü yaşadığı evin həyətində yerləşən 12 metir dərinliyi olan su quyusuna atıb.
KİV: İŞİD lideri İraqdan Suriyaya qaçıb
İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr Əl-Bağdadi hazırda Suriya ərazisindədir. Bu barədə Misirin “Addustour” qəzeti İraq kəşfiyyatındakı mənbələrə istinadən məlumat verib.
Yaponiyanın baş naziri: “Dialoq xatirinə dialoq aparmağın vaxtı deyil”
ABŞ və Yaponiya Koreya Xalq Demokratik Respublikasına maksimum təzyiq göstərmək üçün razılığa gəliblər. Bu barədə Yaponiyanın Baş naziri Sindzo Abe Tokioda ABŞ Prezidenti Donald Trampla görüşünün yekunu üzrə mətbuat konfransında bəyan edib.
Dövlət Məşğulluq Xidməti tələbə və məzunlar üçün aktiv məşğulluq tədbiri keçirib
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti gənclərin əmək bazarına inteqrasiyasına yönələn tədbirlərin davamı olaraq, Odlar Yurdu Universitetində “Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbiri keçirib.
Ekologiyanı pozanlara qarşı 46 min manatlıq cərimə
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları ekoloji qanunvericiliyi pozanlara qarşı 46 min manatlıq cərimə tətbiq edib. Nazirlikdən verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 245 akt və protokol tərtib olunub. Nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 43 müddətli “məcburi göstəriş” verilib.
Asim Mollazadə: “ABŞ-da silah satışı məhdudlaşdırılmalıdır”
“Ümumiyyətlə dünyada baş verən terror hadisələri ən böyük cinayətlərdən sayılır. Azərbaycanda terrordan əziyyət çəkmiş və xeyli vətəndaşını itirmiş bir ölkədir”. Bunu açıqlamasında millət vəkili Asim Mollazadə deyib.
Siyasi şərhçi: “Biz həmişə Azərbaycanı örnək olaraq göstərmişik”
“ABŞ kimi ölkələrdə terror hadisələrinin baş verməsi təsadüfi deyil. Çünki bu ölkələrdə insan haqları deyərək bu ad altında silah sənayesinin inkişafına rəvac verilib. Yəni silahların açıq şəkildə istənilən vətəndaşa satılması üçün şərait yaradılır. Təbiidir ki, əlində silah olan insan bir gün mütləq ondan istifadə edəcək. Bu adi bir vətəndaş və yaxud keçmiş bir hərbiçi də ola bilər” . Bunu siyasi şərhçi Azər Həsrət deyib.
Turizm sahəsində PR-ın təşkilinə dair seminar keçiriləcək
Noyabrın 14-də “Excelsior Hotel & Spa Baku” otelinin “Dəhnə” zalında “AtaTravel” MMC-nin dəstəyi ilə turizm ixtisası üzrə təhsil alan tələbələr üçün turizmdə PR-ın təşkili və əhəmiyyəti mövzusunda seminar keçiriləcək. “OLAYLAR”-ın xəbərinə görə, təlimçilər “Alibayov Consulting” şirkətinin rəhbəri, Avropa İctimaiyyətlə Əlaqələr İnstitutunun eksperti Vəli Əlibəyov və "AtaHolding"-in Korporativ Kommunikasiyalar şöbəsinin rəisi Dilarə Zamanova iştirakçılara turizm sahəsində PR fəaliyyətinin təşkili, əhəmiyyəti, turizmin müxtəlif məsələləri ilə bağlı ictimai rəyin düzgün formalaşdırılması üsulları, turoperatorlarla müştərilər arasında xeyirxah münasibətlərin qurulması yolları öyrədiləcək, həmçinin bu sahədə yeni kommunikasiya texnologiyalarından istifadə vərdişləri aşılanacaq.
Bərdə rayonunda Tərtərçay üzərində yerləşən körpü bərpa olunur
Respublika əhəmiyyətli Yevlax-Xocalı-Laçın avtomobil yolunun 29-cu km-də, Tərtərçay üzərində yerləşən və qəzalı vəziyyətdə olan körpüdə bərpa işlərinə başlanılıb. “OLAYLAR”-ın xəbərinə görə, “Azəravtoyol” ASC-nin rəhbərliyinin birbaşa nəzarəti altnda texnoloji ardıcıllığa riayət edilməklə aparılan bərpa işləri zamanı körpünün dayaqlarında əlavə bərkitmə işləri görülür.
Fiziki qüsurlu məktəblilər üçün yeni imkan
“Fiziki qüsurlu istedadlı məktəblilərin I Ümumrespublika Forumu” adlı layihəyə start verilib. “OLAYLAR”-ın xəbərinə görə, layihəyə başlanılması ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 59 nömrəli tam orta məktəbdə tədbir keçirilib. Tədbirdə BŞTİ-nin sektor müdirləri Anar Qədiməliyev və Bəşarət Məmmədov, Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov, məktəbin direktoru Kəmalə Şıxlinskaya, müəllimlər, 55 və 95 nömrəli tam orta məktəblərin sağlamlıq imkanları məhdud olan şagirdləri və media nümayəndələri iştirak edib.




.jpg)









