Siyasi şərhçi: “Biz həmişə Azərbaycanı örnək olaraq göstərmişik”

“ABŞ kimi ölkələrdə terror hadisələrinin baş verməsi təsadüfi deyil. Çünki bu ölkələrdə insan haqları deyərək bu ad altında silah sənayesinin inkişafına rəvac verilib. Yəni silahların açıq şəkildə istənilən vətəndaşa satılması üçün şərait yaradılır. Təbiidir ki, əlində silah olan insan bir gün mütləq ondan istifadə edəcək. Bu adi bir vətəndaş və yaxud keçmiş bir hərbiçi də ola bilər” . Bunu  siyasi şərhçi Azər Həsrət deyib.

"ABŞ kimi ölkələrdə terror hadisələrinin baş verməsi təsadüfi deyil. Çünki bu ölkələrdə insan haqları deyərək bu ad altında silah sənayesinin inkişafına rəvac verilib. Yəni silahların açıq şəkildə istənilən vətəndaşa satılması üçün şərait yaradılır. Təbiidir ki, əlində silah olan insan bir gün mütləq ondan istifadə edəcək. Bu adi bir vətəndaş və yaxud keçmiş bir hərbiçi də ola bilər" . Bunu  siyasi şərhçi Azər Həsrət deyib.

Onun sözlərinə görə, ABŞ-da belə hadisələrin baş verməsi sadəcə olaraq o ölkədəki aşınmanın, çökmənin bir göstəricisidir: "İnsanlar o həddə çatıblar ki, artıq biri dükandan bir silah alıb başqa insanlara rahat şəkildə atəş aça bilirlər. Bu həm də onların əsəbi, psixoloji durumu ilə bağlıdır. Çünki o və yaxud ona bənzər ölkələrdə bizə nağıllar danışılır ki, insan haqları ən yüksək səviyyədə qorunur, insanlar ən yüksək rifah halına yüksəlir və s. Amma əslinə qalanda biz görürük ki, oradakı problemlər bizim kimi ölkələrdəki problemlərdən qat-qat artıqdır. Biz həmişə Azərbaycanı örnək olaraq göstərmişik. Azərbaycan dövləti sözün həqiqi mənasında o cür yad təsirlərdən bizi qorumaqla təhlükəsizliyimizi öz güvənci altına alır. Düşünürəm ki, Azərbaycan vətəndaşları buna görə bu gün öz dövlətimizə təşəkkür etməlidirlər ki, bu ölkədə hər yoldan ötən əlinə silah alıb kimə necə gəldi atəş aça bilmir". Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31