Polis əməliyyat keçirdi: cibgirlər saxlandı
Noyabrın 2-də metronun “28 May” stansiyasında Bakı şəhər sakini Z.İbrahimlinin cibindən mobil telefonunu oğurlanıb.“Olaylar” DİN-ə istinadən xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Seyidov tutulub. Onun bir gün əvvəl eyni yerdə Bakı şəhər sakini A.İsgəndərovanın cibindən mobil telefon oğurlaması da müəyyən edilib.
6 Noyabr 2017 13:49 KriminalNoyabrın 2-də metronun "28 May" stansiyasında Bakı şəhər sakini Z.İbrahimlinin cibindən mobil telefonunu oğurlanıb."Olaylar" DİN-ə istinadən xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Seyidov tutulub. Onun bir gün əvvəl eyni yerdə Bakı şəhər sakini A.İsgəndərovanın cibindən mobil telefon oğurlaması da müəyyən edilib. Telefon oğurlamaqda şübhəli bilindiyinə görə Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən tutulan Elman Ələkbərovun ətrafında Qaradağ RPİ-nin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun cari il avqust ayının 28-dən sentyabr ayının 14-dək olan müddətdə ayrı-ayrı vətəndaşlara məxsus 10 mobil telefon oğurlaması da müəyyən edilib. Noyabrın 1-də paytaxt sakini C.Vəliyevin "Hyundai" markalı avtomobilindən mobil telefon oğurlamaqda şübhəli bilinən Şamaxı rayon sakini, əvvəllər məhkum olunmuş Teymur Temirov Nəsimi RPİ 22-ci PB-nin əməkdaşları tərəfindən tutulub. Onun sentyabrın 26-dan oktyabrın 27-dək olan müddətdə ayrı-ayrı vətəndaşlara məxsus 9 avtomobildən mobil telefon və planşet oğurlaması da müəyyən edilib.