Gündəm

Sən demə, insan öləndən sonra ... - Alimlər TƏSDİQLƏDİ

6 Noyabr 2017 13:13

ABŞ-dan olan alimlər ölümdən sonra insanların nə hiss etməsini aydınlaşdırmağa çalışıblar. Nyu-York universiteti nəzdində tədqiqat mərkəzinin alimləri qeyd ediblər ki, onlar belə nəticəyə bir sıra testlər tətbiq edərək gəliblər. Öz tədqiqatları çərçivəsində alimlər qrupu ölmüş insanların vəziyyətini müşahidə edib və nəticə çıxarıblar ki, insanın ölümündən sonra onun şüuru bir müddət yaşayır. Bundan başqa, beyin də bu zaman hələ aktiv qalır.

Hava qeyri-sabit keçəcək

6 Noyabr 2017 13:11

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.

1937-ci ilin repressiya hadisələri Dram Teatrın səhnəsində

6 Noyabr 2017 13:08

Akademik Milli Dram Teatrında “Cəhənnəm sakinləri” tamaşası nümayiş olunub. Teatrın mətbuat xidmətindən Olaylar.az – a verilən məlumata görə, Xalq yazıçısı Elçin Əfəndiyevin eyniadlı pyesi əsasında hazırlanan səhnə əsərinin müəllifi, quruluşçu rejissoru və rəssamı xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rejissor assistenti Dilbər İsmayılova, musiqi tərtibatçısı Kamil İsmayılovdur. Tamaşada Azər Dadaşovun musiqisindən istifadə olunub.

Fikrət Qocanın oğlunun ölümündə təqsirləndirilən şəxslərin məhkəmə istintaqı başa çatıb

6 Noyabr 2017 13:05

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xalq şairi Fikrət Qocanın oğlunun qətlində təqsirləndirilən Elnur Nəhmədov, onun xuliqanlıqda təqsirləndirilən tanışları - Ruslan Məmmədov və Pərviz Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam edib. Məlumata görə, hakim Novruz Kərimovun sədrlik etdiyi iclasda məhkəmə istintaqının başa çatdığı elan edilib. Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.

Molla Pənah Vaqif İstanbul Beynəlxalq kitab sərgisində anıldı

6 Noyabr 2017 13:04

İstanbul Beynəlxalq kitab sərgisində Azərbaycan stendi iştirakşılara təqdim edilib. Sərgi zamanı ölkəmizin İstanbuldakı baş konsulluğu və TÜRKSOY – un  birgə təşkilatçılığı ilə XVIII əsr Azərbaycan şairi, məşhur siyasi və ictimai xadim Molla Pənah Vaqifin xatirəsinə  həsr olunmuş tədbir keçirilib. Tədbirin açılışında iştirak edən baş konsul Məsim Hacıyev, məhşur ədəbiyyatşünas, professor Nizami Cəfərov, professor Mahirə Qurbanova, publisit Rəşad Məcid çıxış edərək Molla Pənah Vaqifin türk şeir ədəbiyyatında və tarixindəki müsətsna xidmətləri haqqında iştirakçılara məlumat verdilər.

111 dövlət əmlakı hərraca çıxarılıb

6 Noyabr 2017 13:00

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dekabrın 5-də dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək. Komitədən “Olaylar”a verilən məlumata görə, onlardan 19-u səhmdar cəmiyyətləri, 17-i kiçik dövlət müəssisə və obyekti, 75-i isə istifadəsiz qeyri-yaşayış sahəsidir.

“Türkiyə bütöv qalmaq üçün...” - Putinin adamından ŞOK İDDİALAR

6 Noyabr 2017 12:57

Beynəlxalq Avrasiya Hərəkatının lideri, Kremlin ideoloqu hesab olunan rusiyalı filosof Aleksandr Duqin Türkiyəyə ABŞ-ın iqtisadi sanksiyaları ilə bağlı xəbərdarlıq edib. Duqin Qərbin Türkiyənin zəif yerlərindən istifadə etməyə çalışacağını bildirib. Onun sözlərinə görə, Ankara İraq işğalından sonra yeni təhlükənin Qərb olduğunu başa düşüb.

Ətirlərinə hər ay 5 min manat XƏRCLƏYƏN APARICI

6 Noyabr 2017 12:53

Burcu Esmersoy bir ayda parfumlarına rekord məbləğ xərcləyir. Məşhur aparıcı ən böyük ehtirasını açıqlayıb.

Azərbaycanda “Rəşadət” ordeni təsis edilir

6 Noyabr 2017 12:51

Azərbaycanın bütün silahlı qüvvələri üçün yeni “Rəşadət” ordeni təsis edilir. Məlumata görə, ordenin təsdiq olunması ilə bağlı layihə prezident İlham Əliyev tərəfindən Milli Məclisə təqdim olunub. Layihəyə görə, “Rəşadət” ordeni Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçulara aşağıdakı xidmətlərinə görə təqdim olunacaq:  - Əhəmiyyətli və ya strateji ərazinin, yaşayış məntəqəsinin, rayonun və ya şəhərin düşmən işğalından azad olunması ilə nəticələnmiş döyüş əməliyyatları zamanı hərbi hissə və birləşmələrə yüksək peşəkarlıqla rəhbərlik etdiklərinə görə;

Azərbaycanda nikaha girmək istəyən cütlüklər ŞOK OLDU

6 Noyabr 2017 12:49

Bu ilin oktyabr ayında nikaha girmək istəyən cütlüyün hər ikisində talassemiya daşıyıcılığı aşkarlanıb. Bu barədə  B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Qanköçürmə İnstitutundan məlumat verilib. Ötən ay ərzində 11328 nəfər nikahdan əvvəl icbari tibbi müayinədən keçib. Müayinə nəticəsində 300 nəfərdə talassemiya daşıyıcılığı, 26 nəfərdə siflis, 8 nəfərdə QİÇS aşkarlanıb.

Onu qovdular - İl ərzində 2-ci dəfə

6 Noyabr 2017 12:29

İtaliya A seriyasında növbəti məşqçi istefası baş verib. "Cenoa"nın baş məşqçisi İvan Yuriç istefaya göndərilib. O, "Sampdoriya"ya məğlubiyyətdən (0:2) sonra postundan uzaqlaşdırılıb.

Consul General Nasimi Aghayev’s article published by renowned “Forum” magazine in the United States

6 Noyabr 2017 12:27

The renowned “Forum” magazine of the National Association of Foreign Consuls in the U.S. published an article by Azerbaijan’s Los Angeles Consul General Nasimi Aghayev in its fall  2017 issue. Titled “Azerbaijan: Land of Hope, Diversity, Tolerance and Opportunity,” the article speaks about the long-standing traditions of multiculturalism and interfaith tolerance in Azerbaijan, the peaceful co-existence, acceptance and harmony among not only Muslims, Christian and Jews, but also Shiites and Sunnis in the country.

İtaliyaya gəmi gəldi - İçində 26 meyit

6 Noyabr 2017 12:26

İtaliyanın cənubundakı Salerno şəhərinin limanına içərisində 375 miqrantın olduğu gəmi daxil olub. Məlumata görə, Sahil-Mühafizə Xidmətinin əməkdaşları gəmidə 26 qadının meyitini də aşkar edib. Hazırda onların ölüm səbəbləri araşdırılır. İlkin ehtimal olaraq həmin qadınların gəmidəki şəraitsizlik və sıxıntıdan ölmələri qeyd olunur.

Baş konsul Nəsimi Ağayevin məqaləsi ABŞ-ın “Forum” jurnalında

6 Noyabr 2017 12:26

Amerikada geniş oxucu kütləsinə malik, ABŞ-dakı Xarici Konsulların Federal Assosiasiyası tərəfindən nəşr olunan “Forum” jurnalının 2017-ci ilin payız buraxılışında Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevin “Azərbaycan: ümid, müxtəliflik, tolerantlıq və imkanlar diyarı”adlı məqaləsi çap olunub. Baş konsuluqdan Olaylar.az – a bildirilib ki, Bakının və Azərbaycanın digər gözəl diyarlarının rəngarəng şəkilləri ilə əhatə olunan məqalədə baş konsul, Azərbaycanda mövcud olan multikulturalizm və tolerantlıq ənənələri haqqında geniş məlumat verərək, ölkəmizdə müsəlman, yəhudi və xristianların, eləcə də şiə və sünnilərin dinc yanaşı və sülh şəraitində yaşadıqlarını, bu müxtəliflik və harmoniyanın ölkəmizdə çiçəklənməkdə davam etdiyini qeyd edir.

Daşkənddə “Xəmsə”nin özbəkcə nəşrinin təqdimatı keçirilib

6 Noyabr 2017 12:24

Ə.Nəvai adına Özbəkistan Milli Kitabxanasında dahi Nizami Gəncəvinin “Xəmsə”sinin özbəkcə nəşrinin təqdimatı keçirilib. Əsəri orijinaldan şair və tərcüməçi Olimcan Buriyev tərcümə edib.