Onu qovdular - İl ərzində 2-ci dəfə

İtaliya A seriyasında növbəti məşqçi istefası baş verib. "Cenoa"nın baş məşqçisi İvan Yuriç istefaya göndərilib. O, "Sampdoriya"ya məğlubiyyətdən (0:2) sonra postundan uzaqlaşdırılıb.

İtaliya A seriyasında növbəti məşqçi istefası baş verib. "Cenoa"nın baş məşqçisi İvan Yuriç istefaya göndərilib. O, "Sampdoriya"ya məğlubiyyətdən (0:2) sonra postundan uzaqlaşdırılıb.

Maraqlıdı ki, Yuriç "Cenoa"dan 2017-ci ildə ikinci dəfə qovulub. 42 yaşlı xorvat, komandada 2016-cı ildən çalışırdı. Ancaq bu ilin fevralında istefaya göndərilmişdi. Bu ilin aprel ayında isə yenidən komandaya dəvət edilmişdi. "Cenoa" 12 turdan sonra 6 xal toplayaraq, 18-ci pillədə qərarlaşıb. Komanda.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31