111 dövlət əmlakı hərraca çıxarılıb

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dekabrın 5-də dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək. Komitədən “Olaylar”a verilən məlumata görə, onlardan 19-u səhmdar cəmiyyətləri, 17-i kiçik dövlət müəssisə və obyekti, 75-i isə istifadəsiz qeyri-yaşayış sahəsidir.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dekabrın 5-də dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək. Komitədən "Olaylar"a verilən məlumata görə, onlardan 19-u səhmdar cəmiyyətləri, 17-i kiçik dövlət müəssisə və obyekti, 75-i isə istifadəsiz qeyri-yaşayış sahəsidir. Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr vardır. Belə səhmdar cəmiyyətlərinə "Zaqatala Fındıq", "Anar", "Salyan Kəndkimya", "Xəzər Avtonəqliyyat", "Lənkəran Mebel" və digər bu kimi səhmdar cəmiyyətləri aiddir. Qeyd edilməlidir ki, hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir. Prosesə çıxarılan səhmdar cəmiyyətlərin səhm paketləri nizamnamə kapitalının 30-45%-ni təşkil edir. Bu kateqoriyaya aid edilənlər arasında səhmlərinin özəlləşdirməyə çıxarılan ilkin start qiyməti ən çox olan əmlak "Zaqatala Fındıq" Açıq Səhmdar Cəmiyyətidir. Adı çəkilən əmlakın səhminin 30%-i 126 min manata yaxındır. Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrinə aiddir. Bu əmlaklar paytaxtla yanaşı Qazax, Mingəçevir, Yevlax, Cəlilabad, Siyəzən, Beyləqan, Şirvan və digər şəhər və rayonlarda yerləşir. Özəlləşdirilən əmlakların ümumi faydalı sahəsi 20 kv.m ilə 756 kv.m arasında dəyişir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31