Gündəm

Məşhur müğənninin 1MİLYON TL TAPILDI

6 Noyabr 2017 12:24

Yeni evinə köçən məşhur türk müğənnisi Demet Akalının itirdiyi 1 milyon TL keçmiş evində tapılıb.  Olaylar.az  bildirir ki,  müğənnin keçmiş evindəki  yataq otağındakı  dolabın içində olan çantası gərəksiz hesab edilərək, atılacaq olan əşyalar sırasında olub. Lakin, müğənninin evində çalışan keçmiş işçisinin diqqətini paketin dolu olması çəkir. Paketi içərisindəkiləri evə  tökən işçi yerə tökülən pulları gördükdən sonra Demet Akalına zəng edərək pularını keçmiş evində unutduğunu bildirir.

Baş ssenarist kino sənətinin inkişafından danışdı

6 Noyabr 2017 12:22

Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Suraxanı rayon Heydər Əliyev Mərkəzində Xəzər TV-nin “Qələm ssenarist qrupu”nun baş ssenaristi Valeh Əhmədovla görüş keçirilib. Olaylar.az bildirir ki, görüşün aparıcısı Kamran İsrafilov  yaradıcı və istedadlı gənclərə dəstək məqsədilə belə layihələrin mütamadi keçirildiyini qeyd edib. Görüş qarışlıqlı müzakirələrlə davam edib, iştirakçıların sualları cavablandırılıb.

Dünyanın ƏN BƏDBƏXT 3 ÖLKƏSİ - Adlar açqılandı

6 Noyabr 2017 12:15

Qellap institutunun ictimai rəyin öyrənilməsi mərkəzi planetin ən bədbəxt 3 ölkəsinin adlarını açıqlayıb. Bunlar Cənubi Sudan, Haiti və Ukraynadır. Ukrayna anti-reytinqdə Avropanın yeganə ölkəsi olub.

Valideynləri tərəfindən atılan məşhurlar

6 Noyabr 2017 12:14

Ekranlarda tez-tez gördüyümüz, yaşayışlarına qibtə etdiyimiz bəzi məşhurların həyatı, əslində, acı gerçəklərlə doludur. Bəziləri valideynləri tərəfindən atılıb, uşaq evində böyüyüb, yaxud başqa ailə tərəfindən övladlığa götürülüb.

"Damri" 44 can aldı

6 Noyabr 2017 12:11

Vyetnamın mərkəzi rayonlarını cənginə almış "Damri" tufanının qurbanları üç gün ərzində 44 nəfərə çatıb və itkin düşmüş daha 19 nəfərdən xəbər yoxdur. Bu barədə yerli “Tin Tuc” nəşri məlumat yayıb. Ölkənin təbii fəlakətlərin nəticələri ilə mübarizə üzrə milli koordinasiya şurasının məlumatlarına əsasən, güclü leysanlar nəticəsində yaranmış daşqınlara görə, 40 mindən çox yaşayış evi su altında qalıb. Təxminən 30 min insan öz evlərini tərk etməyə məcbur olub. Bir sıra rayonlar elektrik qüvvəsi təchizatından məhrum olub.

İstanbulda türk dilinə tərcümə olunan Azərbaycan ədəbiyyatı nümunələrinin təqdimatı keçirilib

6 Noyabr 2017 12:09

5-dən İstanbulun TÜYAP sərgi mərkəzindəki 36-cı Türkiyə Beynəlxalq Kitab Sərgisi çərçivəsində türk dilinə tərcümə olunub qardaş ölkədə nəşr olunan Azərbaycan ədəbiyyatı nümunələrinin təqdimatı keçirilib. “OLAYLAR”-ın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi milli pavilyonumuzda təşkil olunan təqdimatda Milli Məclisin deputatı, akademik Nizami Cəfərov, Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, tərcüməçi Yursevən Şən və başqaları çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, Sevinc Fırat Zənginin Yayınçılıq tərəfindən türk dilində nəşr olunan əsərlər Azərbaycan ədəbiyyatının Türkiyədə tanıdılmasında böyük əhəmiyyət daşıyır.

Keçən ay Təhsil Nazirliyinin “Qaynar xətti”nə 11 218 zəng daxil olub

6 Noyabr 2017 12:08

Cari ilin oktyabr ayında Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzinə ümumilikdə 15 767 müraciət daxil olub. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, Telefon Məlumat Mərkəzində 11 218 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 4 549 vətəndaşa xidmət göstərilib. Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1 920 sənəd (950 məktub, 660 ərizə, 310 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb.

Bakıda İstanbul Prosesində iştirak edən ölkələrin nazirlərinin konfransı keçiriləcək

6 Noyabr 2017 12:06

“Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində “Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” mövzusunda 7-ci nazirlər konfransı 30 noyabr – 1 dekabr 2017-ci il tarixində Bakıda keçiriləcək. XIN-in mətbuat xidmətindən verilən məlumata görə, 7-ci nazirlər konfransında “Asiyanın Qəlbi” - İstanbul Prosesində iştirak edən və bu prosesə dəstək verən ölkələr və beynəlxalq təşkilatlar iştirak edəcək. Nazirlər konfransından öncə 30 noyabr tarixində yüksək səviyyəli rəsmilərin iclası keçiriləcək.

Sürücülərə ŞAD XƏBƏR - Bu qayda pozuntusu daha məsuliyyət yaratmayacaq

6 Noyabr 2017 12:04

Nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etməyə görə cəza nəzərdə tutan müddəa qanunvericilikdən çıxarılır. Bununla bağlı İnzibati Xətalar Məclləsinə dəyişiklik təklif olunur.

"Formula-1”in biletləri satışa çıxarıldı

6 Noyabr 2017 11:58

Gələn il 27-29 aprel tarixlərində Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran Prisi üçün biletlərin satışına start verilib. Noyabrın 6-dan 2017-ci il dekabrın 31-dək həm xarici, həm də yerli avtoyürüş həvəskarları biletləri 20% endirimlə əldə edə biləcəklər. Bundan başqa, sırf yerli sakinlərə əlavə 25%-lik endirim də tətbiq olunur. İlkin endirim kampaniyası yalnız tribunaya olan və aprelin 26-29 tarixlərini əhatə edən 4 günlük biletlər üçün keçərlidir. İlkin endirim kampaniyası müddətində yerli sakinlər üçün tribunalara 4 günlük biletlərin qiyməti tribunadan asılı olaraq 160-600 AZN arasında dəyişir. Azyaşlılar üçün bu qiymət müvafiq olaraq 120-420 AZN təşkil edir.

Nazpəridən efirdə İlhamə Quliyeva barədə GÖZLƏNİLMƏZ QƏRAR - O sirrin üstünü heç vaxt açmayacağam 

6 Noyabr 2017 11:52

Bu gün ARB telekanalında "Səhər-Səhər" verilişinin qonağı xalq artisti Nazpəri Dostəliyeva olub. Verilişin aparıcısı Elgiz Əkbərin xanım müğənniyə "İllər keçib üstündən. Nəhayət İlhamə xanımla aranızdakı o davanın səbəbini açıqlayın. Sizdən çox xahiş edirəm, bu sirri açın burada. Əsl səbəbi nə idi?" sualına Nazpəri Dostalıyeva maraqlı cavabı ilə yadda qalıb:

6 yaşlı azərbaycanlı Rusiyanı HEYRAN ETDİ - VİDEO

6 Noyabr 2017 11:50

"Rusiya 1” telekanalında yayımlanan "Удивительные люди” (Heyrətamiz insanlar) şousunda iştirak edən 6 yaşlı azərbaycanlı Ruslan Səfərov növbəti çıxışında yenidən hər kəsi təəccübəndirə bilib.

Milli Məclisdə büdcə müzakirələri başlayır

6 Noyabr 2017 11:47

Noyabrın 7-dən Milli Məclisin komitələrinin birgə iclasında 2018-ci il üzrə Azərbaycanın dövlət və icmal büdcəsinin layihələri müzakirəyə çıxarılacaq. “Olaylar” xəbər verir ki, müzakirələr iki gün davam edəcək. Noyabrın 21, 22, 23-də isə büdcə zərfinin layihəsi hökumət nümayəndələri ilə birlikdə Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.

Simone: "Qarabağ"dan aldığımız zərbədən sonra..."

6 Noyabr 2017 11:41

"Atletiko" klubunun baş məşqçisi Dieqo Simone Çempionlar Liqasındakı təmsilçimiz "Qarabağ"la görüş zamanı bərabərlik, La Liqanın XI turunda isə "Deportivo" ilə matçda qələbə qoluna imza atan Tomas Parteyi təbrik edib.

Səudiyyə Ərəbistanında həbs dalğası başlayıb

6 Noyabr 2017 11:40

Yəmənə raket hücumundan sonra Səudiyyə Ərəbistanında həbs dalğası başlayıb. Ölkənin ən böyük bankı Əl-Rajhinin sahibi və dünyanın ən varlı 37 adamı arasında olan Süleyman ibn Abdul Əl Rajhi həbs edilib.