Keçən ay Təhsil Nazirliyinin “Qaynar xətti”nə 11 218 zəng daxil olub

Cari ilin oktyabr ayında Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzinə ümumilikdə 15 767 müraciət daxil olub. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, Telefon Məlumat Mərkəzində 11 218 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 4 549 vətəndaşa xidmət göstərilib. Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1 920 sənəd (950 məktub, 660 ərizə, 310 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb.

Cari ilin oktyabr ayında Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə ("Qaynar xətt" xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzinə ümumilikdə 15 767 müraciət daxil olub. "OLAYLAR"-ın nazirliyə istinadən verdiyi xəbərə görə, Telefon Məlumat Mərkəzində 11 218 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 4 549 vətəndaşa xidmət göstərilib. Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1 920 sənəd (950 məktub, 660 ərizə, 310 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb.

Daxil olan müraciətlər daha çox ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), müəllimlərin işə qəbulu, dərs saatların verilməsi, şagirdlərin bir məktəbdən digərinə köçürülməsi ilə bağlı məsələləri əhatə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31