İstanbulda türk dilinə tərcümə olunan Azərbaycan ədəbiyyatı nümunələrinin təqdimatı keçirilib

5-dən İstanbulun TÜYAP sərgi mərkəzindəki 36-cı Türkiyə Beynəlxalq Kitab Sərgisi çərçivəsində türk dilinə tərcümə olunub qardaş ölkədə nəşr olunan Azərbaycan ədəbiyyatı nümunələrinin təqdimatı keçirilib. “OLAYLAR”-ın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi milli pavilyonumuzda təşkil olunan təqdimatda Milli Məclisin deputatı, akademik Nizami Cəfərov, Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, tərcüməçi Yursevən Şən və başqaları çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, Sevinc Fırat Zənginin Yayınçılıq tərəfindən türk dilində nəşr olunan əsərlər Azərbaycan ədəbiyyatının Türkiyədə tanıdılmasında böyük əhəmiyyət daşıyır.

5-dən İstanbulun TÜYAP sərgi mərkəzindəki 36-cı Türkiyə Beynəlxalq Kitab Sərgisi çərçivəsində türk dilinə tərcümə olunub qardaş ölkədə nəşr olunan Azərbaycan ədəbiyyatı nümunələrinin təqdimatı keçirilib. "OLAYLAR"-ın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi milli pavilyonumuzda təşkil olunan təqdimatda Milli Məclisin deputatı, akademik Nizami Cəfərov, Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, tərcüməçi Yursevən Şən və başqaları çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, Sevinc Fırat Zənginin Yayınçılıq tərəfindən türk dilində nəşr olunan əsərlər Azərbaycan ədəbiyyatının Türkiyədə tanıdılmasında böyük əhəmiyyət daşıyır.

Təqdimatda elm və mədəniyyət adamları, tanınmış ədəbiyyatçılar, çox sayda azərbaycanlı, tələbələr, QHT və KİV təmsilçiləri iştirak ediblər

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31