Dünyanın ƏN BƏDBƏXT 3 ÖLKƏSİ - Adlar açqılandı
Qellap institutunun ictimai rəyin öyrənilməsi mərkəzi planetin ən bədbəxt 3 ölkəsinin adlarını açıqlayıb. Bunlar Cənubi Sudan, Haiti və Ukraynadır. Ukrayna anti-reytinqdə Avropanın yeganə ölkəsi olub.
6 Noyabr 2017 12:15 DünyaQellap institutunun ictimai rəyin öyrənilməsi mərkəzi planetin ən bədbəxt 3 ölkəsinin adlarını açıqlayıb. Bunlar Cənubi Sudan, Haiti və Ukraynadır. Ukrayna anti-reytinqdə Avropanın yeganə ölkəsi olub. Bu haqda "Rosbalt" məlumat yayıb.
Ukraynada özünü bədbəxt hesab edənlər 41%, Haitidə 43%, Cənubi Sudanda 47%-dir.
UNİAN agentliyinin məlumatına görə, Ukraynanın yalnız 9% əhalisi özünü xoşbəxt və çiçəklənən adlandıra bilib, qalan 50%-i isə aralıq vəziyyətdə olduqlarını bildiriblər.
Ən xoşbəxt ölkələrə gəlincə, geniş miqyaslı sosial sorğuya görə, top-3-ə Norveç, Danimarka və İslandiya daxil olub. Publika.az