Nənənin evindən 100 minlik oğurluq etdi - Mənzildə bir çöp də qoymayıb

Gəncədə nənəsinin evindən 100 min manatdan artıq oğurluq edən nəvənin məhkəmə prosesi başa çatıb.

Xitab24.az-ın əldə etdiyi məlumata görə, Gəncə Ağır Cinayətlər Məhkıməsində keçirilən prosesdə hakim qarşısına təqsirləndirilən şəxs qismində 1995-ci il təvəllüdlü Ayxan Əliyev çıxarılıb.

Məlum olub ki, Ayxan nənəsi Sədaqət Cəlalinin Türkiyəyə getməsində istifadə edərək evdə bir çöp belə qoymayıb. O, şəhərin Nəriman Nərimanov prospektində yerləşən mənzilə daxil olaraq, evin bütün əşyalarını - pərdəsindən boşqablarına qədər oğurlayaraq satıb.Ümumilikdə 102 110 manatlıq oğurluq edən Ayxan Əliyev ittihamların bir qismi ilə razılaşmadığını bildirib. O, oğurluq etməsini çoxlu borcu olması ilə əlaqələndirib.Məhkəmədə ifadə verən nənə isə ona dəymiş ziyanın bir hissəsinin qaytarıldığını, nəvəsi ilə barışdığını, ondan şikayətçi olmadığını deyib.Cinayәt Mәcәllәsinin 177.3.2-cü maddәsi ilә təqsirli bilinən A.Əliyevə hökm oxunub. Hökmə əsasən, təqsirlındirilən şəxs 5 il 4 ay 10 gün müddətinə azadlıqdan məhrum edilib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31