Turizm sahəsində PR-ın təşkilinə dair seminar keçiriləcək
Noyabrın 14-də “Excelsior Hotel & Spa Baku” otelinin “Dəhnə” zalında “AtaTravel” MMC-nin dəstəyi ilə turizm ixtisası üzrə təhsil alan tələbələr üçün turizmdə PR-ın təşkili və əhəmiyyəti mövzusunda seminar keçiriləcək. “OLAYLAR”-ın xəbərinə görə, təlimçilər “Alibayov Consulting” şirkətinin rəhbəri, Avropa İctimaiyyətlə Əlaqələr İnstitutunun eksperti Vəli Əlibəyov və "AtaHolding"-in Korporativ Kommunikasiyalar şöbəsinin rəisi Dilarə Zamanova iştirakçılara turizm sahəsində PR fəaliyyətinin təşkili, əhəmiyyəti, turizmin müxtəlif məsələləri ilə bağlı ictimai rəyin düzgün formalaşdırılması üsulları, turoperatorlarla müştərilər arasında xeyirxah münasibətlərin qurulması yolları öyrədiləcək, həmçinin bu sahədə yeni kommunikasiya texnologiyalarından istifadə vərdişləri aşılanacaq.
6 Noyabr 2017 13:17 SosialNoyabrın 14-də "Excelsior Hotel & Spa Baku" otelinin "Dəhnə" zalında "AtaTravel" MMC-nin dəstəyi ilə turizm ixtisası üzrə təhsil alan tələbələr üçün turizmdə PR-ın təşkili və əhəmiyyəti mövzusunda seminar keçiriləcək. "OLAYLAR"-ın xəbərinə görə, təlimçilər "Alibayov Consulting" şirkətinin rəhbəri, Avropa İctimaiyyətlə Əlaqələr İnstitutunun eksperti Vəli Əlibəyov və "AtaHolding"-in Korporativ Kommunikasiyalar şöbəsinin rəisi Dilarə Zamanova iştirakçılara turizm sahəsində PR fəaliyyətinin təşkili, əhəmiyyəti, turizmin müxtəlif məsələləri ilə bağlı ictimai rəyin düzgün formalaşdırılması üsulları, turoperatorlarla müştərilər arasında xeyirxah münasibətlərin qurulması yolları öyrədiləcək, həmçinin bu sahədə yeni kommunikasiya texnologiyalarından istifadə vərdişləri aşılanacaq. Təlim zamanı həmçinin Azərbaycan üçün yeni olan Qeobrendinq barədə də məlumat veriləcək. Təlimin yekununda iştirakçılara sertifikatlar təqdim ediləcək. Təlimdə iştirak etmək istəyən tələbələr [email protected] ünvanına CV göndərə bilərlər.
Qeyd edək ki, tədbir turizm ixtisasları üzrə təhsil alan tələbələrin bilik və bacarıqlarını, yeni dövrün tələblərinə cavab verən kommunikasiya vərdişlərini artırmaq, həmçinin, Azərbaycan turizminin inkişafına töhfə vermək məqsədilə keçirilir.