Fatma Mahmudova Musiqili Teatrın səhnəsində
Azərbaycan Dövlət Musiqili Teatrının “3 gün sizinlə” layihəsi çərçicəsində Xalq artisti, Prezident təqaüdçüsü Fatma xanım Mahmudova 3 gün ard-arda tamaşaçıların qarşısında çıxış edib. Teatrın Mətbuat katibi Samir Sədaqətoğlu Olaylar.az – a bildirib ki, Fatma Abdullayeva C. Məmmədovun “www.ferzeli-kef.com” tamaşasında Bağdagül, R. Mirişli, M. Haqverdiyevin “Amerikalı kürəkən” əsərində Səkinə, Elçinin “Baladadaşın toy hamamı” musiqili-lirik komediyasında isə Zibeydə obrazını canlandırıb.
6 Noyabr 2017 13:45 MədəniyyətAzərbaycan Dövlət Musiqili Teatrının "3 gün sizinlə" layihəsi çərçicəsində Xalq artisti, Prezident təqaüdçüsü Fatma xanım Mahmudova 3 gün ard-arda tamaşaçıların qarşısında çıxış edib. Teatrın Mətbuat katibi Samir Sədaqətoğlu Olaylar.az - a bildirib ki, Fatma Abdullayeva C. Məmmədovun "www.ferzeli-kef.com" tamaşasında Bağdagül, R. Mirişli, M. Haqverdiyevin "Amerikalı kürəkən" əsərində Səkinə, Elçinin "Baladadaşın toy hamamı" musiqili-lirik komediyasında isə Zibeydə obrazını canlandırıb.
Bu səhnə əsərlərində onun tərəf-müqabilləri Xalq artisti İlham Namiq Kamal, Əməkdar artistlər Novruz Qartal, Almaz Ələsgərova, Çingiz Əhmədov, Əkbər Əlizadə və başqaları çıxış ediblər.
Hər üç tamaşa böyük uğurla keçib, tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.