Ukraynadakı Azərbaycan diasporu sədrindən tarix elminə böyük tövhə  

Bu günlərdə Ukraynada Azərbaycan diasporunun fəal üzvlərindən biri, “Ukraynalı və Azərbaycanlı Ziyalılar Asambleyası”nın rəhbəri Fərhad Turanlı “Türk-Osmanlı yazılı mənbələrində XVI–XVIII əsrlərdə Kazak dönəmi Ukrayna tarixi” tarix elmlər doktorluğu disertasiyası mövzusunda yazdığı monoqrafiyasını Taras Şevçenko adına Kyiv Milli Universitetinin Xüsusi Elmi Şurasında– tarix yazıcılığı, mənbəşünaslıq və xüsusi tarixi fənlər ixtisası üzrə elmi müdafiə edib. Bu barədə məlumat “OLAYLAR”-a “Ukraynalı və Azərbaycanlı Ziyalılar Asambleyası”ndan daxil olub.

Bu günlərdə Ukraynada Azərbaycan diasporunun fəal üzvlərindən biri, "Ukraynalı və Azərbaycanlı Ziyalılar Asambleyası"nın rəhbəri Fərhad Turanlı "Türk-Osmanlı yazılı mənbələrində XVI-XVIII əsrlərdə Kazak dönəmi Ukrayna tarixi" tarix elmlər doktorluğu disertasiyası mövzusunda yazdığı monoqrafiyasını Taras Şevçenko adına Kyiv Milli Universitetinin Xüsusi Elmi Şurasında- tarix yazıcılığı, mənbəşünaslıq və xüsusi tarixi fənlər ixtisası üzrə elmi müdafiə edib. Bu barədə məlumat "OLAYLAR"-a "Ukraynalı və Azərbaycanlı Ziyalılar Asambleyası"ndan daxil olub.

Qeyd edək ki, Ukrayna vətəndaşı olan Fərhad Turanlı 1992-ci ildə Vasil Stefanik adına İvano-Frankivsk (Urayina) Dövlət Pedagoji İnstitutunun tarix fakultəsini bitirib. 1997-ci ildə Tarix elimləri namizədliyi üzrə elmi dərəcəyə nail olmaq üçün, Ukrayna Milli Elmlər Akademiyasının Mihaylo Hruşevskiy adına Qədim Əlyazmalar və Məmbəşünaslıq institutunun (Kyiv ş.) xüsusi Elmi Şurasında disertasiyasa müdafiə edib. 2003-cü ildə isə həmin institutun doktoranturasını bitirib. 2017-ci il oktyabr ayının12-də də "Türk-Osmanlı yazılı məmbələrində XVI-XVIII əsrlərdə Kazak dönəmi Ukrayna tarixi" tarix elmlər doktorluğu disertasiyası mövzusunda yazdığı monoqrafiyası Ukrayna Təhsil və Elm Nazirliyi Taras Şevçenko adına Kyiv Milli Universitetində müdafiə edib. Hazırda, "XVI-XIX yüzillərdə Türk-Osmanlı İmperatorluğu, Ukrayna Kazak Dövləti, Kırım Hanlığı və Şərqi Avropa Dövlətləri arsındaki münasibətlər" mövzusunda elmi tədqiqatını davam etdirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31