“Azərbaycan inkişaf etmiş ölkələrlə müqayisədə....”
Bu gün Azərbaycan Pentenssiar Xidmətin inkişafı və məhkumların həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı dövlət səviyyəsində qısa müddətdə çox böyük islahatlar həyat keçirməyi bacarmış dövlətlərdən demək olar ki, birincisidir. Belə ki, hər bir cəmiyyətdə cinayətlərin anlaqlı və yaxud anlaqsız olmasından aslı olmayaraq baş verə biləcəyi mümkünlüyü nəzərdə tutulsa da, hər bir cinayətə görə cəzanın ədalətli və yaxud ədalətsiz təyin edilməsi, cəza çəkən şəxsin məhkumluqla bağlı həyat şəraiti hər bir ölkə üçün fərqli şəkildə səciyyəvidir.
6 Noyabr 2017 14:46 Sosialİnsan hüquq və azadlıqlarına edilən hörmət, məhkumların azadlıq hüququ xaricində heç bir hüququn məhdudlaşdırımaması reallığına görə təqdir edilə bilər
Bu gün Azərbaycan Pentenssiar Xidmətin inkişafı və məhkumların həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı dövlət səviyyəsində qısa müddətdə çox böyük islahatlar həyat keçirməyi bacarmış dövlətlərdən demək olar ki, birincisidir. Belə ki, hər bir cəmiyyətdə cinayətlərin anlaqlı və yaxud anlaqsız olmasından aslı olmayaraq baş verə biləcəyi mümkünlüyü nəzərdə tutulsa da, hər bir cinayətə görə cəzanın ədalətli və yaxud ədalətsiz təyin edilməsi, cəza çəkən şəxsin məhkumluqla bağlı həyat şəraiti hər bir ölkə üçün fərqli şəkildə səciyyəvidir. Müstəqil ekspert Samir Zeynalov deyir ki, Azərbaycan bu baxımdan inkişaf etmiş ölkələrlə müqayisədə belə insan hüquq və azadlıqlarına edilən hörmət, humanizim prinsipinə qayğı, məhkumların azadlıq hüququ xaricində heç bir hüququn məhdudlaşdırımaması reallığına görə təqdir edilə bilər. Onun sözlərinə görə, 2012-ci ildə qəbul edilən "Milli Fəaliyyət Proqramı" çərçivəsində məhkumların həyat şəraitinin yaxşılaşdırılması ilə əlaqədar olaraq yeni və müasir standartlara cavab verən cəza çəkmə müəssisələri tikilmiş, məhkumların bir cəza çəkmə müəssisəsində rahatlıq baxımından yaranan disbalans aradan tezliklə qalxmışdır: "Birmənalı olaraq qeyd edilməlidir ki, cinayətə görə cəza qeyri-insani şərait içərisində reallaşmır. Lakin əsas problemlər məhkumlar cəzalarını çəkib qurtardıqdan sonra onların yenidən azad həyata daxil olması ilə bağlı yaranır. Bəzi məhkumlar hətta cəzaları bitdiyinə görə getməyə və yaşamağa ünvanları olmadığı üçün təəssüf hissi keçirdirlər. Əksəriyyət məhkumlar isə bu baxımdan problem yaşamasa da, sosial adapatsiya ilə bağlı çox ciddi fenomenal problemlərlə üzləşməyə məhkum olurlar. Belə ki, tanış və qeyri-tanış insanlar tərəfindən haqlı və yaxud haqsız məkum olunmasından aslı olmayaraq bu insanlar cəmiyyətin əksər üzvləri tərəfindən poztiv qarşılanmır. Məhkumluğu olmuş şəxslər ilk növbədə işlə təmin olunma ehtiyyacının qarşılanmasında çox ciddi əngəllərlə qarşılaşırlar. Bu gün bildiyimizi kimi bir çox müəssisələr işə daxil olarkən vətəndaşlardan məhkumluqla bağlı araşyışda tələb edirlər. Bu tələb əmək məcəlləsi ilə qadağan olunsa da, nəticədə məhkum olunmuş şəxslərin məhkumluq bioqrafiyasının işəgötürənlər üçün aşkara çıxması həmin şəxslərin tərəddüdsüz işə daxilinin məhdudlaşdırılması ilə nəticələnir. Bu proses demək olar ki, bütün müəssisələrin vahid yanaşmasını əhatə edir. "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" Azərbaycan Respublikasının 2007-ci il 31 may tarixli 353-IIIQ nömrəli qanuna müvafiq olaraq "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin" icraçılığı ilə bağlı Sosial Adaptasiya mərkəzlərinin tikilib istifadəyə verilməsi, bu mərkəzlərin işin əsaslandırılması və kadr heyyətinin təlimatlandırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi çox ciddi ehtiyyac faktoru olmasına baxmayaraq bu barədə çox təəssüflər olsun ki, artıq 10 ildir heç bir əsaslı tədbir görülmür və nəticədə də məhkum olunmuş şəxslərin cəmiyyət üzvləri ilə yenidən sağlam birgəyaşayış normaları çərivəsində həyat tərzi keçirməsi məsələsi problemə çevrilir. Bu şəxslər bildiyimiz kimi vəziyyətdən və artan stressdən çıxış yolunu heç şübhəsiz yenidən cinayət törədərək cəza çəkmə müəsssisələrə qayıtmaqda görürlər. Mövcud klassik tendesiyası ilə təhlükəsiz cəmiyyət anlayışını praktiki təhdid altına almağa qabildir". Samir Zeynalov deyir ki, cəmiyyət üzvlərinin təhlükəsiz yaşamı məsələsinin problemə çevrilməsinin qarşısının alınmasında məhkum olunmuş şəxslərin sosial adapatisiya işinin gücləndirilməsi və qarşıya qoyulmuş vəziflərin həyata keçirilməsi mühüm rola malik olsa da, bir daha qeyd etmək lazımdır ki, bu istiqamətdə müvafiq qanunun olmasına baxmayaraq dövlət və qeyri-dövlət instituları bu problemlə bağlı diqqətçəkici fəaliyyətin təşkilinə maraq göstərmirlər: "Təşəbbüsümlə reallaşması gözlənilən "Təhlükəsiz Cəmiyyət Naminə" lahiyənin konseptual məqsədləri həyata keçərkən heç şübhəsiz mövcud problemin həlli ilə bağlı irəlləyişlərin olmasını istisna etmirəm. Ekspert onu da deyib ki, yaşadığımız cəmiyyətin yaşam tərzi ilə bağlı müxtəlif mövzular çərçivəsində sosial ədalətin təmini ilə bağlı destabilizasiya mövcuddur: "Misal üçün bir qrup şəxsin əmək hüquqlarının təmini ilə münasibətdə digər çoxsaylı qrup təşkil edən fərdlərin əmək hüquqsuzluğunu meydana gətirən qaysaqlanmış faktlar, cinayət törədən şəxsin imtiyazlı və yaxud sosial imtiyaz sahibi olan şəxslərə bilavasitə və birbaşa yaxınlığı ilə müşahidə olunan cəzasızlıq tendesiyası və yaxud sosial statusla ölçülən dırnaqarası dövlət və özəl statuslu karyera imkanları gerçəkliyi sosial ədalətsizliyin lokal və spesifik qlobal meyarları siyahısında ilkin səbəblər olaraq qeyd edilə bilər. Bu siyahıya daha çox aktualığı və cəmiyyət üzvlərinin təhülkəsiz yaşamı naminə ciddi həllolma əhəmiyyəti ilə seçilən "Pentenssiar Müəssisələrdən Azad Olunmuş Şəxslərin" sosial adapatasiyası ilə bağlı problemin əlavəsi tərəddüdsüz mümkündür".
Məhəmməd