İraqdan yekun Kürdüstan qərarı – Federal Məhkəmə

İraq Federal Məhkəməsi Kürd Muxtariyyətində keçirilən referendumdan sonra hansısa bölgənin ölkədən ayrılmasının mümkünsüz olması haqda qərar qəbul edib. Bu barədə “Röyter” məlumat yayıb. Məsələ ilə bağlı danışan məhkəmə rəsmisi İyas Samuk bildirib ki, ölkə konstitusiyasına görə, İraqın bütövlüyü qorunmalıdır və qanunlar toplusunda hansısa bölgənin, şəhərin ayrılması ilə bağlı maddə yoxdur.

İraq Federal Məhkəməsi Kürd Muxtariyyətində keçirilən referendumdan sonra hansısa bölgənin ölkədən ayrılmasının mümkünsüz olması haqda qərar qəbul edib. Bu barədə "Röyter" məlumat yayıb. Məsələ ilə bağlı danışan məhkəmə rəsmisi İyas Samuk bildirib ki, ölkə konstitusiyasına görə, İraqın bütövlüyü qorunmalıdır və qanunlar toplusunda hansısa bölgənin, şəhərin ayrılması ilə bağlı maddə yoxdur.

Qeyd edək ki, İraq Baş naziri Heydər Abadi sentyabrın 25-də Kürd Muxtariyyətində keçirilən referendumun ölkə konstitusiyasına zidd olduğunu bildirərək, məhkəməyə müraciət etmişdi. Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31