Gündəm
Ermənilər azərbaycanlı generalın fotosunu paylaşdı
Erməni “facebook” istifadəçiləri ehtiyatda olan azərbaycanlı general-leytenant Yaşar Aydəmirovun fotosunu paylaşıb. “OLAYLAR”-ın xəbərinə görə, general-leytenant Yaşar Aydəmirov fotoda Şəhid anasının əlini öpür. Erməni “facebook” istifadəçisi Haykaz Gevorgyan fotonun “Azərbaycanlı general şəhid anasının hüzurunda. Təəssüf ki, bizdə belə deyil” başlığı ilə paylaşıb.
Vergilər Nazirliyində kollegiya iclası keçirilib
Vergilər Nazirliyində vergi orqanlarına daxil olan vətəndaş müraciətlərinə baxılması və vergi proqnozlarının icra vəziyyətinə həsr olunmuş kollegiya iclası keçirilib. Nazirliyin Media və Kommunikasiya Mərkəzindən “Olaylar”a verilən məlumata görə, kollegiyanın sədri, vergilər naziri Fazil Məmmədov hər iki məsələnin çox aktual olduğunu vurğulayaraq, vətəndaş müraciətlərinə baxılması zamanı qanunvericiliyin bütün tələblərinə ciddi əməl olunmasının təmin edilməsi hesabına vətəndaş məmnunluğunun səviyyəsinin yüksəldilməsi, habelə son kollegiya iclasında qəbul edilmiş “2017-ci ilin son 4 ayı üçün dövlət büdcəsinin proqnoz gəlirlərinin icrası üzrə Tədbirlər Planı”nın icra vəziyyəti barədə danışaraq, dövlət büdcəsinin gəlirlərinin təmin edilməsi istiqamətində görülən işlərin daha intensiv və səmərəli aparılmasının zəruri olduğunu diqqətə çatdırıb.
AFFA "Kəpəz"in futbolçusu ilə bağlı məlumat verəcək - UEFA-ya
Azərbaycan Premyer Liqasının 11-ci turunda Gəncə şəhər stadionunda keçirilmiş "Kəpəz" - "Qarabağ" oyununda (0:2) fair-play nümunəsi qeydə alınıb. Oyunun 26-cı dəqiqəsində, hesab 0:0 olarkən "Kəpəz"in futbolçusu Viktor Oseqeyl ilə "Qarabağ"ın qapıçısı İbrahim Şehiç arasında cərimə meydançası daxilində mübarizədən sonra qarşılaşmanın baş hakimi 11 metrlik cərimə zərbəsi təyin edib. Viktor Oseqeyl referiyə yaxınlaşaraq, ona qarşı qayda pozuntusu olmadığını bildirib və hakim penalti qərarını ləğv edib.
Azərbaycan Teleradiosu: böyük uğurlar yolunda
91 il əvvəlin gözəl bir payız günündə - 1926-cı ilin 6 noyabrında Bakıda baş verən əlamətdar hadisə ilə böyük bir yol başladı, möhtəşəm bir salnamənin ilk səhifəsi yazıldı.
Livanın Baş Naziri Saad Haririnin istefasının pərdəarxası məqamları
Saad Hariri Livanın Baş Nazir vəzifəsindən istefa verir və bu qərarı qəbul etməsinə səbəb kimi İranı və onun Livandakı tərəfdarı Hizbullahı göstərir. Televiziya vasitəsi ilə müraciətində o həyatına qarşı su qəsd hazırlandığını və bu təhlükədən qurtulmaq üçün istefa verdiyini bildirir. Amma təhlükənin və bu qəsdin digər detalları barədə bilgi vermir. Təbii ki, Baş Nazirin bu addımı xüsusən bəyanatın Səudiyyə Ərəbistanında elan erdilməsi ortalığa müəyyən suallar çıxarır. Bu Livanın Yaxın Şərqdə münaqişə bölgəsinə əlavə edilməyə cəhddirmi? İranın bölgədə artan nüfuzunun qarşısının alınmasına yönələn addımdırmı?
İşə qəbul üzrə imtahanlar başa çatıb
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), psixoloq və kitabxanaçı vəzifələrinə işə qəbul üzrə elan edilmiş müsabiqənin test imtahanı mərhələsi başa çatıb. “OLAYLAR”-a Təhsil Idarəsindən bildirilib ki, imtahanda təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə işə qəbul üzrə dəvət olunan 367 nəfərdən 229-u,tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) vəzifəsinə işə qəbul üzrə dəvət olunan 168 nəfərdən 119-u, psixoloq vəzifəsinə işə qəbul üzrə dəvət olunan 179 nəfərdən 108-i, kitabxanaçı vəzifəsinə işə qəbul üzrə dəvət olunan 65 nəfərdən42-si iştirak edib. Təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) və psixoloq vəzifələri üzrə müsabiqəyə qatılan şəxslər 40 sualdan ibarət test tapşırığını 1 saat ərzində cavablandırıblar. Kitabxanaçı vəzifəsi üzrə müsabiqəyə qatılan şəxslərə isə 30 sualdan ibarət test tapşırığını cavablandırmaq üçün 45 dəqiqə vaxt verilib.
AGBank ASC “Zolotaya korona” sistemi üzrə təcili pul köçürmələrini bərpa etdi
MDB və digər xarici ölkələri əhatə edən sistem vasitəsilə pulköçürmə xidmətləri bankın bütün filiallarında göstərilir. AGBank ASC müştəriləri üçün bu sistem vasitəsilə MDB və digər xarici ölkələrə 1%-dən başlayan (göndərilən məbləğ və istiqamətdən asılı olaraq) tariflərlə sərfəli şərtlərlə ani məqamda göndərə və ala bilərlər.
Bədii gimnastika komandamız Belçikada 5 medal qazanıb
Ötən həftənin sonu Belçikanın Gent şəhərində bədii gimnastika üzrə “Happy Cup” turniri keçirilib. Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, yığma komandamız 4 qızıl və 1 bir gümüş medal qazanıb. Bütün medalları komandanın üzvü Zöhrə Ağamirova əldə edib.
Ronaldo Raulun rekordunu qırıb
“Real”ın futbolçusu Kriştiano Ronaldo yeni rekorda imza atıb. Məlumata görə, portuqaliyalı hücumçu La Liqada son 25 ildə ən çox məhsuldar ötürmə edən oyunçu olub. O, La Liqanın son turunda “Las Palmas”da görüşdə (3:0) 84-cü qol ötürməsini edib. Bununla da 32 yaşlı futbolçu sabiq komanda yoldaşı Raul Qonsalesin rekordunu (83 ötürmə) qırıb.
"Əməkdaşlığımız iqtisadi inkişafı və təhlükəsizliyi təmin edir"
“İran, Rusiya, Azərbaycan Prezidentlərinin görüşü, üçtərəfli əməkdaşlığı regionda təhlükəsizliyin, iqtisadi inkişafın təmin olunmasına xidmət edəcək”. Bu sözləri SİA-ya açıqlamasında Eldəniz Səlimov deyib.
3 uşağını atıb başqasına qaçan ana barədə QƏRAR VERİLDİ
Bu barədə Olaylar.az – a Azərbaycan Uşaqlar birliyinin sədr müavini, uşaq sığınacağının koordinatoru, hüquq müdafiəçisi Vasif Akifli məlumat verib. Onun sözlərinə görə, uşaqların qəyyumluq hüququ Xəyalə Kərimovadan alınıb: “Uşaqların qəyyumluğu hazırda Azərbaycan Uşaqlar Birliyinə verilib. Uşaqların üçü də burdadır, vəziyyətləri də yaxşıdır”. Vasif Akifli onu da qeyd edib ki, Uşaqlar Birliyi tərəfindən nənənin uşaqları küçədə atması və valideyin diqqətsizliyi ilə bağlı məhkəməyə müraciət olunacaq.
Azərbaycan Ordusunun itlərinə erməni dili də öyrədiləcək
Azərbaycan Ordusunda Kinologiya mərkəzi 1992-ci ildən fəaliyyətə başlayıb. Hazırda mərkəzdə xüsusi itlər yetişdirilir və seçilərək təyinatı üzrə bölmələrə verilir. Burada ümumilikdə 30 baş xidməti itə təlim keçilir. Onlardan 13 başı erkək, 17 başı isə dişi itlərdir.
Azərbaycandan tutulan nəhəng balıq Türkiyədə məşhur oldu: şəkil çəkdirmək üçün növbədir
Azərbaycanda dənizdən tutulmuş nəhəng ton balığı Türkiyədə böyük maraq doğurub. Muş şəhərində bazara çıxarılan 65 kiloqramlıq ton balığı ilə foto çəkdirmək üçün insanlar növbəyə düzülüblər. Balıq satışı ilə məşğul olan Fırat Alaslan onu Azərbaycandan alaraq gətirdiyini deyib. Onun sözlərinə görə, bir gün bazarda nümayiş etdirəndən sonra satışa çıxarmaq niyyətindədir.
Alimdən QORXUNC RƏY: Yer daha sürətlə fırlanacaq və...
Son dövrlər Ayda müşahidə olunan xırdalı-irili partlayışlar elm adamlarını həyəcanlandırıb. Tədqiqatçılar qrupu bu nəticəyə gəliblər ki, Ayın mümkün partlayışı bəşəriyyətin məhv olmasına gətirib çıxaracaq.
Zakir Mirzəyevin yaradıcılıq gecəsi keçiriləcək
Noyabrın 7 – də Beynəlxalq Muğam Mərkəzində əməkdar artist,qarmon ifaçısı Zakir Mirzəyevin yaradıcılıq gecəsi keçiriləcək. Olaylar.az bildirir ki, tədbir Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə, Muğam Mərkəzinin və “Mədəniyyət” kanalının birgə təşkilatçılığı ilə keçiriləcək. Gecədə Xalq artisti,bəstəkar Tofiq Bakıxanov, Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi, Asəf Zeynallı adına Musiqi Kollecinin direktoru Nazim Kazımov, əməkdar incəsənət xadimi, bəstəkar Aydın Əzimov və Kənan Əsədov çıxış edəcəklər.














