Vergilər Nazirliyində kollegiya iclası keçirilib
Vergilər Nazirliyində vergi orqanlarına daxil olan vətəndaş müraciətlərinə baxılması və vergi proqnozlarının icra vəziyyətinə həsr olunmuş kollegiya iclası keçirilib. Nazirliyin Media və Kommunikasiya Mərkəzindən “Olaylar”a verilən məlumata görə, kollegiyanın sədri, vergilər naziri Fazil Məmmədov hər iki məsələnin çox aktual olduğunu vurğulayaraq, vətəndaş müraciətlərinə baxılması zamanı qanunvericiliyin bütün tələblərinə ciddi əməl olunmasının təmin edilməsi hesabına vətəndaş məmnunluğunun səviyyəsinin yüksəldilməsi, habelə son kollegiya iclasında qəbul edilmiş “2017-ci ilin son 4 ayı üçün dövlət büdcəsinin proqnoz gəlirlərinin icrası üzrə Tədbirlər Planı”nın icra vəziyyəti barədə danışaraq, dövlət büdcəsinin gəlirlərinin təmin edilməsi istiqamətində görülən işlərin daha intensiv və səmərəli aparılmasının zəruri olduğunu diqqətə çatdırıb.
6 Noyabr 2017 15:42 İqtisadiyyatVergilər Nazirliyində vergi orqanlarına daxil olan vətəndaş müraciətlərinə baxılması və vergi proqnozlarının icra vəziyyətinə həsr olunmuş kollegiya iclası keçirilib. Nazirliyin Media və Kommunikasiya Mərkəzindən "Olaylar"a verilən məlumata görə, kollegiyanın sədri, vergilər naziri Fazil Məmmədov hər iki məsələnin çox aktual olduğunu vurğulayaraq, vətəndaş müraciətlərinə baxılması zamanı qanunvericiliyin bütün tələblərinə ciddi əməl olunmasının təmin edilməsi hesabına vətəndaş məmnunluğunun səviyyəsinin yüksəldilməsi, habelə son kollegiya iclasında qəbul edilmiş "2017-ci ilin son 4 ayı üçün dövlət büdcəsinin proqnoz gəlirlərinin icrası üzrə Tədbirlər Planı"nın icra vəziyyəti barədə danışaraq, dövlət büdcəsinin gəlirlərinin təmin edilməsi istiqamətində görülən işlərin daha intensiv və səmərəli aparılmasının zəruri olduğunu diqqətə çatdırıb. Bildirilib ki, ölkədə yaranmış əlverişli biznes mühiti vergi ödəyicilərinin sayının artması ilə nəticələnib ki, bu da, öz növbəsində, vergi nəzarətinin təmin edilməsi və vergi ödəyicilərinə göstərilən xidmətlərin əhatəsinin genişləndirilməsini və vergi orqanı əməkdaşlarının məsuliyyətinin artırılmasını tələb edir. Kollegiya üzvlərinin nəzərinə çatdırılıb ki, vergi sistemində həyata keçirilən bütün tədbirlər sistemli və koordinasiyalı xarakter daşımalı, daxili kommunikasiya daha səmərəli qurulmalı, vergi risklərinin təhlili və vergi ödəyicilərinə xidmət göstərən sahələrdən tutmuş vergi nəzarəti tədbirlərini həyata keçirən bütün strukturlar fəaliyyətlərini əlaqələndirməli və vergi orqanları qarşısında duran əsas vəzifələrin icrasına yönəltməlidirlər.