Gündəm

"The Jerusalem Post": İlham Əliyevin strategiyası sayəsində Azərbaycan qitələrin tranzit və logistika habına çevrilib

6 Noyabr 2017 16:15

Müasir mərhələdə Cənubi Qafqaz regionunda bir-birinin ardınca qlobal miqyaslı geosiyasi və geoiqtisadi layihələr həyata keçirilir. Hamıya məlumdur ki, həm İsrail, həm də Avropa ölkələri üçün strateji əhəmiyyət kəsb edən Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri bu regiondan keçir. Bir neçə gün bundan əvvəl isə daha bir mühüm layihənin açılışı olub - transxəzər beynəlxalq nəqliyyat marşrutunun və daha qlobal miqyaslı "Yeni İpək Yolu" layihəsinin çox mühüm tərkib hissəsi olan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun açılışı olub.

“Azərbaycan heç vaxt buna imkan verməz”

6 Noyabr 2017 16:13

“Ermənistan vaxtilə Bakı-Tbilisi-Qars (BTQ) layihəsinə böyük şübhəylə yanaşırdı. Ermənilər hesab edirdi ki, bu layihə heç vaxt reallaşa bilməz. Onlar çox mürəkkəb problemlərin olduğunu və bu problemləri həll etməyin elə də asan olmadığını iddia edirdilər. Lakin bu layihə gerçəkləşdi”.

Türkiyədə 80 terrorçu zərərsizləşdirilib

6 Noyabr 2017 16:11

Türkiyədə 30 oktyabr - 6 noyabr tarixləri arasında terrorçulara qarşı Jandarma Xüsusi Hərəkat, Polis Xüsusi Hərəkat, Jandarma Komando Birlikləri və Türk Silahlı Qüvvələri tərəfindən hava və qurudan 476 əməliyyat təşkil edilib. 

“Ermənistan işğalçılıq siyasətindən əl çəkərsə, BTQ-nin imkanlarından istifadə edə bilər”

6 Noyabr 2017 16:09

Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Xəzər Televiziyasında yayımlanan “Gündəm” proqramında ötən həftə açılışı həyata keçirilən Bakı-Tbilisi-Qars dəmiryolunun əhəmiyyətindən danışıb. 

ABŞ-da xüsusi prokuror Nigar Talıbovanın hesablarını araşdırır, Trampa doğru irəliləyir

6 Noyabr 2017 16:07

ABŞ-da Rusiyanın president seçkilərinə Donald Trampın xeyrinə müdaxiləsini araşdıran xüsusi prokuror, FTB-nin keçmiş direktoru Robert Müller yaxın günlərdə prezidentin yaxın ətrafına daxil olmuş şəxslərə qarşı yeni ittihamlar irəli sürəcək. 

Putin azərbaycanlı həkimlə bağlı sərəncam imzaladı

6 Noyabr 2017 16:04

Rusiya prezidenti Vladimir Putin azərbaycanlı Fuad Əliyevə “Rusiya Federasiyasının əməkdar həkimi” adının verilməsi barədə sərəncam imzalayıb. Tümen Dövlət Tibb Universitetinin cərrahiyə kafedrasının müdiri Fuad Əliyev bu ada tibb sahəsindəki xüsusi xidmətlərinə görə layiq görülüb. Fuad Əliyev 5 monoqrafiyanın, 280 elmi məqalənin, 10 ixtiranın müəllifidir. 

İraqda vəfat edən azərbaycanlı zəvvar tanınmış prodüser imiş...

6 Noyabr 2017 16:02

İraqın Nəcəf şəhərinə, Ərbəin ziyarətinə gedən və orada dünyasını dəyişən azərbaycanlı zəvvar, Göyçay rayon sakini, 1972-ci il təvəllüdlü Ağakişiyev Fikrət Abdulxaliq oğlu Bakıda uzun illər bir neçə tanınmış müğənninin prodüseri, eləcə də şoumen kimi çalışıbmış.

“Ekran və efirdə ədəbi dil normaları” layihəsi Gəncə və Tovuzda

6 Noyabr 2017 15:57

Bilik Fondunun Milli Televiziya və Radio Şurasının dəstəyi ilə keçirilən “Ekran və efirdə ədəbi dil normaları” layihəsi davam edir. Olaylar.az bildirir ki, AMEA - nın Nəsimi adına Dilçilik İnstitutu, Bakı Dövlət Universiteti, Mədəniyyət və İncəsənət Universitetinin təcrübəli professor və müəllimləri, eləcə də praktik jurnalistlərin iştirakı ilə keçirilən mühazirələr və təlimlər dinləyicilərin böyük marağına səbəb olub. AMEA-nın Dilçilik İnstitutu Monitorinq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Əliyeva Gəncənin “Kəpəz ARB” Müstəqil Teleradio Şirkətində olub. Alim bu dəfə “Telekanallarda üslub xətalarının aradan qaldırılması” mövzusunda çıxış edib. İnstitutun Monitorinq şöbəsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Nəzakət Qazıyeva “Terminlər, neologizmlər, xüsusi adlar və abbreviaturalardan efirdə şifahi və yazılı formada istifadə qaydaları” mövzusunda danışıb. Alimlər televiziya işçilərinə ekran və efirdə ədəbi dil normalarının qorunması ilə bağlı lazımı materiallar təqdim ediblər.

Senatora hücum edildi – Qabırğaları sındırıldı

6 Noyabr 2017 15:55

ABŞ – ın  Respublikaçı partiyasının senatoru və prezident seçkilərində Donald Trampın rəqibi olan  Rendi Poll hücuma məruz qalıb. Belə ki, senatora ölkənin Kentuku ştatında yerləşən Boulinq Qreen qəsəbəsindəki evində qonşusu  Rene Bauçer tərəfindən müxtəlif bədən xəsarətləri yetirilib. Xəstəxanaya çatdırılan senatorun beş qabırğasının sındırıldığı bildirilir.

Stolüstü tennisçimiz Gənclərin Olimpiya Oyunlarına lisenziya qazanıb

6 Noyabr 2017 15:54

3-5 noyabr tarixlərində Xorvatiyanın Split şəhərində gənclər üzrə Olimpiya Oyunlarının Avropa təsnifat turniri keçirilib. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, turnirdə uğurla çıxış edən qız tennisçimiz Gənclərin Olimpiya Oyunlarına lisenziya qazanıb. Bu stolüstü tennis üzrə Azərbaycanın qazandığı ilk lisenziyadır.

Ödənişli yolların əhatə dairəsi dəqiqləşdirilir

6 Noyabr 2017 15:53

Azərbaycan parlamenti “Avtomobil yolları haqqında” qanuna dəyişiklik etməyə hazırlaşır. Dəyişiklik ödənişli yolların əhatə dairəsini dəqiqləşdirir.“Olaylar” xəbər verir ki, “Avtomobil yolları haqqında” qanuna dəyişikliklər edilməsi barədə layihə ödənişli avtomobil yolları yaradıla bilən yolların dairəsini (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi avtomagistrallar, ümumi istifadədə olan bələdiyyə və özəl avtomobil yolları) dəqiqləşdirmək, habelə ödənişli yolların yaradılması ilə bağlı zəruri məsələləri tənzimləmək məqsədi ilə hazırlanıb.

Nazir tapşırıq verdi: nöqsana yol vermiş əməkdaşlar intizam məsuliyyətinə cəlb ediləcək

6 Noyabr 2017 15:51

Vergilər Nazirliyinin kollegiya iclasında vergi orqanlarına daxil olan vətəndaş müraciətlərinə baxılması vəziyyəti geniş müzakirə edilib. Bildirilib ki, vətəndaş müraciətlərinə həssaslıqla yanaşılması, onlara vaxtında və obyektiv baxılaraq cavablandırılması ilə bağlı məsələlər həmişə Vergilər Nazirliyinin diqqət mərkəzində saxlanılır, hər ay vergi orqanlarında vətəndaş müraciətlərinə baxılması vəziyyəti haqqında vergilər nazirinə müvafiq hesabat təqdim edilir.

Odlar Yurdu Universitetində tələbə və məzunlar üçün əmək yarmarkası keçirilib

6 Noyabr 2017 15:49

Odlar Yurdu Universitetində gənclərin əmək bazarına inteqrasiyasına yönələn tədbirlərin davamı olaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rəhbərliyi ilə “Karyerada ilk addım” devizi altında əmək yarmarkası keçirilib. 

Vergilər Nazirliyində kadr dəyişikliyi aparılıb

6 Noyabr 2017 15:49

 Vergilər nazirinin əmri ilə Nazirliyin struktur vahidlərinin rəhbərliyində kadr dəyişiklikləri aparılıb. “Olaylar” xəbər verir ki, Vergilər Nazirliyinin Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi Departamentinin baş direktoru Zaur Fətizadə Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin baş direktoru, Milli Gəlirlər Departamentinin baş direktoru Natiq Şirinov Vergi risklərinin təhlili və nəzarəti Departamentinin baş direktoru vəzifəsinə keçiriliblər. Zöhrab Ömərov Vergi qanunvericiliyinin icrasına nəzarət Departamentinin baş direktoru, Zamin Rzayev Vergi öhdəliklərinin icrasına nəzarət Departamentinin baş direktoru təyin ediliblər.

UNEC Gənc Müəllimlər Şurası yaradılıb

6 Noyabr 2017 15:46

UNEC rektoru, professor Ədalət Muradov gənc müəllimlərlə görüşüb. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, görüşdə Ulu öndər Heydər Əliyevin 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin 70 illik yubileyinə həsr olunan təntənəli mərasimdə ali təhsil müəssisəsinin fəaliyyət istiqamətləri və qarşıda duran vəzifələrini səsləndirdiyi mühüm nitqi nümayiş etdirilib. Görüşdə UNEC-də həyata keçirilən “Gənc professorlar” və “Gənc müəllimlər” layihəsinin əhəmiyyəti vurğulanıb.