Türkiyədə 80 terrorçu zərərsizləşdirilib
Türkiyədə 30 oktyabr - 6 noyabr tarixləri arasında terrorçulara qarşı Jandarma Xüsusi Hərəkat, Polis Xüsusi Hərəkat, Jandarma Komando Birlikləri və Türk Silahlı Qüvvələri tərəfindən hava və qurudan 476 əməliyyat təşkil edilib.
6 Noyabr 2017 16:11 DünyaTürkiyədə 30 oktyabr - 6 noyabr tarixləri arasında terrorçulara qarşı Jandarma Xüsusi Hərəkat, Polis Xüsusi Hərəkat, Jandarma Komando Birlikləri və Türk Silahlı Qüvvələri tərəfindən hava və qurudan 476 əməliyyat təşkil edilib.
Bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, əməliyyatlar çərçivəsində PKK/KCK, İŞİD, FETÖ və PDY terror təşkilatlarına üzv olan, onlarla əlaqə saxlayan 974 nəfər saxlanılıb. Aparılan əməliyyatlar zamanı 68 terrorçu öldürülüb, 6 nəfər sağ ələ keçirilib, 6-sı isə təslim olub. Ümumilikdə, 30 oktyabr - 6 noyabr tarixləri arasında 80 terrorçu zərərsizləşdirilib.
Əməliyyatlar çərçivəsində terrorçulara aid edilən Diyarbakırda 26, Bitlisdə 10, Tuncelidə 8, Mardində 2 və Erzincanda 1 ədəd ümumilikdə 47 sığınacaq yararsız vəziyyətə gətirilib. Bu sığınacaq və mağaralarda terrorçuların qışa hazırlığı olan təxminən 4 ton qida ləvazimatı, 23-ü ağır və uzun lüləli 36 silah, 637 kiloqram partlayıcı istehsalında istifadə edilən maddə, 16 əl bombası, 1572 müxtəlif sursat ələ keçirilib. Ayrıca 18 əl istehsalı partlayıcı və mina məhv edilib. Azadinform.az