Gündəm
İstədi vermədilər - Qaçan bacısını yaraladı, oğlanı öldürdü - VİDEO
Türkiyənin Qaziantep rayonunda 24 yaşlı gənc qaçırdığı sevgilisinin qardaşı tərəfindən tapançayla öldürülüb. Sevgilisini ailəsindən istəyən, ancaq narazıçılıqla qarşılaşan gənc çıxış yolunu qaçırmaqda görüb. Ali Pire 19 yaşlı Sevda K.-ni qaçırıb. Bu səhər telefonla Sevda K.-yla əlaqə saxlayan ailəsi barışmaq istədiklərini bildirərək cütlüyü görüşmək üçün çağırıb.
Binəqədi şossesinin asfaltlanması işlərinə başlanılıb
Bakı şəhərində vətəndaşların rahat gediş-gəlişini təmin etmək, həmçinin yağış-kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar olaraq Prezident İlham Əliyevin tapşırıq və sərəncamlarına uyğun olaraq Binəqədi şossesində aparılan yenidənqurma işlərinin 2-ci mərhələsinə start verilib.
“İslami dəyərlər və Şəhidlik” mövzusunda seminar-treninq keçirilib
Noyabrın 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Masallı rayonu Rəhim Tağıyev adına Tarix-Diyarşunaslıq Muzeyinin birgə təşkilatçılığı ilə “İslam Həmrəyliyi İli” çərçivəsində“İslami dəyərlər və Şəhidlik” mövzusunda seminar-treninq keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyində baş tutan seminar-treninqdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamil Bağrov, Muzeyin direktoru Əntiqə Tağıyeva və əməkdaşları, Masallı Regional Dövlət Kollecinin tələbələri, eyni zamanda ictimaiyyət nümayəndələri iştirak ediblər.
Zərrabın məhkəməsində mövqelər dəyişəcək
Türkiyə və İran vətəndaşı, azərbaycanlı iş adamı Rza Zərrabın növbəti məhkəməsində şahidlə təqsirləndirilən şəxsin mövqeyinin dəyişdiriləcəyi gözlənilir.
Leninin cəsədi Rusiyada xaos yaradacaq - XƏBƏRDARLIQ
Rusiya Kommunist Partiyası keçmiş SSRİ lideri Vladimir Leninin cəsədinin basdırılmasına imkan verməyəcək. Bu haqda partiyanın lideri Gennadi Züqanov deyib. Onun sözlərinə görə, Lenin basdırılması haqqında deyilənlər kütləvi qarışıqlıqlar təşkil etmək və keçmiş nəsli Qırmızı Meydana itələmək cəhdindən başqa heç bir şey deyil. “Biz bu fitnələrə imkan verməyəcəyik”, - Züqanov bildirib.
Azərbaycanda fikir, söz, ifadə və məlumat azadlığı möhkəm dayaqlara malikdir
Adətən demokratik cəmiyyətlər bir neçə mühüm xüsusiyyətlərinə görə fərqlənir, seçilirlər. Hansı ki, həmin xüsusiyyətlər, ölçülər demokratik inkişaf yolunu tutmuş, bu yolla addımlamağı qarşına məqsəd qoymuş ölkələr, dövlətlər üçün xarakterikdir. Bir qayda olaraq, həmin norma və prinsiplərin biri olmadıqda, əksiklik yarandıqda, yaxud onun təmin olunması minimum səviyyədə belə özünü göstərmədikdə həmin cəmiyyət, ölkə, antidemokratik cəmiyyət, dövlət kimi xarakterizə edilir.
Prezident İlham Əliyev Bakı Metropoliteninin retro vaqonları ilə tanış olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 6-da Bakı Metropoliteninin 50 illik yubileyi münasibətilə bərpa edilmiş retro vaqonlarla tanış olub.
Ərdoğan Rusiyaya gedəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfər edəcək. Səfər noyabrın 13-də baş tutacaq. Səfər zamanı R.T.Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə ikitərəfli münasibətləri müzakirə edəcək. Bundan başqa, Suriya məsələsinin müzakirə olunacağı da gözlənilir.
Bakıda erməni seks kölələri
Ermənistan kəşfiyyatının yeni casus şəbəkəsi. Erməni hüququnun müəllifi, 12-ci əsrdə yaşamış Mxitar Qoş ermənilərə qızlarını kölə kimi satmağa icazə verib. Məlumata görə, bu barədə “nyut.am” portalına müsahibə verən erməni kulturoloq Vardan Caloyan 100 il öncənin erməni ailələrində yalnız oğlan uşaqlarına qiymət verildiyini bildirir.
Türkiyənin bələdiyyə başqanları Cocuq Mərcanlıya səfər etdi
Türkiyənin 13 şəhər və rayon bələdiyyəsinin rəhbərləri Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər edib. Türkiyə nümayəndə heyəti öncə Füzuli rayonunun Horadiz qəsəbəsində 2015-ci ilin aprel döyüşlərində şəhid olanların xatirəsinə ucaldılan abidəni ziyarət ediblər.
Tanınmış alimin oğluna 10 il HƏBS
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Emin Quliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib. İclasda hökm oxunub. Hökmə əsasən E. Quliyev 10 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, "İG Academy" xaricdə təhsil şirkətinin rəhbəri olmuş Emin Quliyev vətəndaşlardan külli miqdarda pul alıb və onları xaricdə təhsil alması üçün gərəkli xidmətlər göstərəcəyini vəd edib. Cinayət işində 6 zərərçəkmiş var.
Azərbaycanda şəxsiyyət vəsiqələrinin müddəti ilə bağlı dəyişikliklər edilir
Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi müddəti ilə əlaqədar qanunvericiliyə bəzi dəyişikliklər edilməsi təklif olunur. Milli Məclisdən verilən məlumata görə, "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" qanuna təklif edilən dəyişikliklərə əsasən, 2019-cu il yanvarın 1-dək verilən şəxsiyyət vəsiqələri vətəndaş 25, 35, 50 yaşına çatanadək və ya vətəndaşın soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti, hərbi vəzifəsi dəyişilənədək, yaxud şəxsiyyət vəsiqəsi itənədək, yararsız hala düşənədək və ya vəsiqənin üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirilənədək qüvvədə qalır.
MSK-nın bəzi səlahiyyətləri əlindən alınır
Mərkəzi Seçki Komissiyasının bəzi səlahiyyətləri əlindən alınır. Məlumata görə, bununla bağlı Seçki Məcəlləsinin 25-ci maddəsinin (Mərkəzi Seçki Komissiyasının vəzifələri) 25.2.6-cı və 25.2.11-ci bəndlərinə dəyişiklik təklif edilir.
Deputatımız Rouz-Rout seminarına qatılacaq
Milli Məclisin deputatı Məlahət İbrahimqızı NATO Parlament Assambleyasının 96-cı Rouz-Rout seminarında iştirak etmək üçün noyabrın 6-da Sloveniyanın paytaxtı Lyublyana şəhərinə səfər edəcək. MM-dən “Olaylar”a verilən məlumata görə, tədbirdə Qərbi Balkanlarda təhlükəsizliyin təmin olunması, strateji kommunikasiyanın formalaşması, bölgədə hazırki iqtisadi durum, habelə Bosniya və Herseqovinanın inkişaf perspektivləri, Serbiyada iqtisadi islahatlar və demokratiyanın inkişafı, digər aktual mövzular ətrafında müzakirələr aparılacaq.
Milli Məclisə əlavə seçkilərin keçirilmə qaydası dəyişir
Milli Məclisə əlavə seçkilərin keçirilməsi qaydasında dəyişikliklər edilir. Məlumata görə, bununla bağlı Seçki Məcəlləsinin 176-cı maddəsinə (Milli Məclisə seçkilər zamanı seçki dairəsi üzrə əlavə seçkilərin keçirilməsi) dəyişikliklər təklif olunur.














