Gündəm

Ağdamda dəhşətli qəza: ölən və yaralanan var

6 Noyabr 2017 18:30

Ağdam rayonunun Əfətli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən “Olaylar”a verilən mlumata görə, noyabrın 5-də saat 18 radələrində Ağdam rayonunun Əfətli kəndi ərazisində Mahrızlı kənd sakini Rahib Məmmədovun idarə etdiyi “VAZ-21011” və Qaradağlı kənd sakini Şamil Mirzəyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub. Nəticədə R.Məmmədovun sərnişini, həmkəndlisi Şakir Ağamalıyev hadisə yerində ölüb, özü və digər sürücü xəstəxanaya yerləşdiriliblər. Ş.Mirzəyev orada ölüb. Ağdam RPŞ tərəfindən araşdırma aparılır.

Bakıda qətl törədən tutulub

6 Noyabr 2017 18:25

Paytaxt sakini Zahir Hacıağayevi qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, noyabrın 5-də saat 19 radələrində Suraxanı rayonunun Əmircan qəsəbəsi ərazisində paytaxt sakini, əvvəllər məhkum olunmuş Zahir Hacıağayevin bıçaqla qətlə yetirilən meyiti tapılıb. Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən həmyerlisi Sadiq Nəhmətov tutulub.

Turistlər üçün ən bahalı şəhərlərin SİYAHISI açıqlandı

6 Noyabr 2017 18:22

Sinqapur turistlər üçün ən bahalı şəhər seçilib. Məlumata görə, Sinqapur artıq dördüncü dəfədir ki, ardıcıl bu titulu qazanan meqapolis olub. Britaniyanın "Economist Intelligence Unit" (EIU) jurnalının dərc etdiyi məlumata görə, burada avtomobil almaq kimi, paltar almaq da bahalı olsa da, ev üçün bəzi məhsulların, eləcə də gigiyena məhsullarının qiymətləri dünyanın bəzi meqapolislərindəki qiymətlərlə müqayisədə ucuzdur.

Metro işçiləri mükafatlandırılıb -  SİYAHI

6 Noyabr 2017 18:20

Prezident İlham Əliyev Bakı Metropoliteninin bir qrup işçisinə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Şəmkirin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına 10,1 milyon manat ayrıldı

6 Noyabr 2017 18:17

Prezident İlham Əliyev Şəmkir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Amerikalı diplomat Kiyevin mərkəzində döyüldü

6 Noyabr 2017 18:09

ABŞ-ın Ukraynadakı səfirliyinin ikinci katibi Ömər Kardenti Kiyevin Maydan meydanında naməlum şəxslərin hücumuna məruz qalıb. Hadisə noyabrın 5-də gecə saatlarında baş verib. Diplomatın xəsarət alması ilə bağlı heç bir məlumat verilmir.

Əli Kərimlinin malaçısı yenə “quş buraxdı”- TƏRS BAXIŞ

6 Noyabr 2017 18:06

AXCP-nin ali məclisinin sədri, müxalif kuluarlarda ayağısürüşkən siyasətçi kimi tanınan Nurəddin Məmmədlini nədənsə partiya sədri Əli Kərimlinin varidatı qayğılandırmağa başlayıb. Daha dəqiq desək, o cəbhə sədrinin real var-dövlətini ictimai rəydən gizlətmək qərarına gələrək, guya Kərimlinin ümumiyyətlə, bir həsir, bir də Məmmədnəsir olduğunu “sübut” etməyə çalışıb. Misal üçün, Ə.Kərimlinin gəlir mənbəyini Avropa Məhkəməsinin Azərbaycan dövlətinə qarşı çıxardığı qərarları ilə “əsaslandırmağa” çalışan N.Məmmədli üstəlik iddia edib ki, sən demə AXCP sədrinin şəhərdə və rayonda yaşadığı mülklərindən başqa heç bir mülkü yoxdur və s (?-R.N.) Halbuki...

Qurbanov nə qədər maaş alır? - SİYAHI

6 Noyabr 2017 18:01

Topaz Premyer Liqasında iştirak edən 8 komandanın baş məşqçilərinin məvacibi bəlli olub.

“Sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası”

6 Noyabr 2017 17:56

Hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində 330 nəfərdən çox uşaq daimi dövlət təminatında yaşayır. Heydər Əliyev Fondunun dəstəyi ilə müasir tələblərə uyğun şəraitin yaradıldığı həmin müəssisələrdə hər bir uşağa fərdi qaydada  yanaşılmaqla, onların dərk etmə, sosial və emosional bacarıqlarının inkişafı üçün sosial reabilitasiya yönümlü işlər də aparılır.  

Prezident qayğısının əyani təzahürü

6 Noyabr 2017 17:55

Ölkəmizdə yeni sosial xidmət müəssisələrinin, o cümlədən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacağın və Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsinin yaradılması ölkəmizdə müvafiq qruplardan olan şəxslərə Prezident qayğısının əyani təzahürü olmaqla, sosial təminat sisteminin əhatə dairəsinin daha da genişləndiyini göstərir.

Həbs olunan şahzadə Əbdüləziz ibn Fəhd öldü - SON DƏQİQƏ

6 Noyabr 2017 17:45

Səudiyyə Ərəbistanında şahzadələrin və nazirlərin həbs edilməsindən sonra daha bir xəbər yayılıb. Həbs edilənlərin saxlanıldığı “Ritz-Carlton” hotelində qarşıdurma yaşanıb. Kral Fəhdin oğlu Şahzadə Əbdüləziz ibn Fəhd qarşıdurma zamanı müqavimət göstərib və burada ölüb. 

“İlin sonuna kimi...” - Putinin işğal edilmiş ərazilərlə bağlı PLANI

6 Noyabr 2017 17:42

“Son iki ayda Rusiya Donbasa döyüş sursatları, hərbi texnika və yanar-sürtkü materialların daimi çatdırılmasını həyata keçirir, həmçinin şəxsi heyət yenidən komplektləşdirilir”.

Bakının brend mağazalarında niyə Azərbaycan MAHNILARI SƏSLƏNDİRİLMİR? - ARAŞDIRMA

6 Noyabr 2017 17:40

Yəqin ki, şəhərdə yerləşən brend mağazalara baş çəkmisiniz. Həmin dükanlara girəndə Kambocadan olan hansısa bir ifaçının mahnısını eşidirik. Xoşumuza gəlir, açırıq “Shazam”ı səsini ilk dəfə eşitdiyimiz birini “search” edirik və beləliklə, bu müğənninin bir mahnısını axtararkən onun ümumi sənətindən, digər əsərlərindən xəbərimiz olur. Vasitəçi kim oldu? Tişört almağa girdiyimiz həmin bu brend mağaza...

Denis Sammut: "Dağlıq Qarabağda baş verə biləcək müharibə əvvəlki kimi olmayacaq"

6 Noyabr 2017 17:36

"Hər kəsin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu həllinə töhfə vermək öhdəliyi var”. Məlumata görə, bu sözləri Bakıda səfərdə olan Londondakı LİNKS Araşdırmalar Mərkəzinin icraçı direktoru Denis Sammut deyib. D. Sammut bildirib ki, münaqişə yalnız sülh yolu ilə həll olunmalıdır: “Biz 2016-cı ilin aprelində olanlardan gördük ki, münaqişələrin çox ağır nəticələri olur. İnsanlar bir şeyi anlamalıdır ki, 2017-ci ildə baş verə biləcək müharibə 1989-ci ildəki kimi olmayacaq. Hər iki tərəfdə olan silahlar böyük dağıdıcı gücə malikdir. Sülh yolu ilə həll ilk növbədə münaqişədən birbaşa əziyyət çəkmiş insanların ehtiyaclarına uyğundur. Bu baxımdan qaçqın və məcburi köçkünlər öz evlərinə qayıtmalıdır. Biz bunların baş verməsi üçün şərait yaradılmasına çalışmalıyıq. Münaqişənin necə həll oluna biləcəyi ilə bağlı bir sıra təkliflər, ideyalar var. Vətəndaş cəmiyyəti kimi bizim rolumuz bu müzakirələrin uğurlu aparılması üçün düzgün şəraitin yaradılmasına töhfə verməkdir”.

Ankaranın yeni meri seçildi

6 Noyabr 2017 17:28

Türkiyənin paytaxtı Ankaranın yeni meri seçilib.  Bu vəzifəyə hakim Ədalət və İnkişaf Partiyasından (AKP) Mustafa Tuna seçilib. O, 2009-2014-cü illərdə Ankaranın Sincan rayonunun bələdiyyə başçısı olub.