Əli Kərimlinin malaçısı yenə “quş buraxdı”- TƏRS BAXIŞ

AXCP-nin ali məclisinin sədri, müxalif kuluarlarda ayağısürüşkən siyasətçi kimi tanınan Nurəddin Məmmədlini nədənsə partiya sədri Əli Kərimlinin varidatı qayğılandırmağa başlayıb. Daha dəqiq desək, o cəbhə sədrinin real var-dövlətini ictimai rəydən gizlətmək qərarına gələrək, guya Kərimlinin ümumiyyətlə, bir həsir, bir də Məmmədnəsir olduğunu “sübut” etməyə çalışıb. Misal üçün, Ə.Kərimlinin gəlir mənbəyini Avropa Məhkəməsinin Azərbaycan dövlətinə qarşı çıxardığı qərarları ilə “əsaslandırmağa” çalışan N.Məmmədli üstəlik iddia edib ki, sən demə AXCP sədrinin şəhərdə və rayonda yaşadığı mülklərindən başqa heç bir mülkü yoxdur və s (?-R.N.) Halbuki...

AXCP sədrinin maliyyəsi və mal-mülkü göz qamaşdırır

AXCP-nin ali məclisinin sədri, müxalif kuluarlarda ayağısürüşkən siyasətçi kimi tanınan Nurəddin Məmmədlini nədənsə partiya sədri Əli Kərimlinin varidatı qayğılandırmağa başlayıb. Daha dəqiq desək, o cəbhə sədrinin real var-dövlətini ictimai rəydən gizlətmək qərarına gələrək, guya Kərimlinin ümumiyyətlə, bir həsir, bir də Məmmədnəsir olduğunu "sübut" etməyə çalışıb. Misal üçün, Ə.Kərimlinin gəlir mənbəyini Avropa Məhkəməsinin Azərbaycan dövlətinə qarşı çıxardığı qərarları ilə "əsaslandırmağa" çalışan N.Məmmədli üstəlik iddia edib ki, sən demə AXCP sədrinin şəhərdə və rayonda yaşadığı mülklərindən başqa heç bir mülkü yoxdur və s (?-R.N.) Halbuki...

Guya Əli Kərimli özünü və partiyasını sən demə üzvlük haqları hesabına dolandırırmış...

Halbuki sonradan özü-özünü ifşa edərək sədrinin torpaq sahələrinin olduğunu deyib və hətta həmin torpaq sahələrini satmaq istədiyini də etiraf edib. Guya Ə.Kərimli "ehtiyaca" düşərək, həmin sahələri satmaq istəsə də "hakimiyyət ona mane olub". Söz yox ki, N.Məmmədli nə vaxt danışırsa, mütləq şəkildə "quş buraxır" və bu dəfə də eyni hal yaşanıb. Ona görə də özü bilmədən Ə.Kərimlinin torpaq sahələrinin olduğunu dilə gətirib. Üstəlik, villalarını da buraya əlavə etsək, artıq cəbhə sədrinin əməlli-başlı mal-mülk sahibi olduğunu görərik.

Başqa tərəfdən, N.Məmmədli AXCP-nin maliyyələşməsi barədə də yalan danışıb. O, qeyd edib ki, təşkilat ianələr və üzvlük haqları əsasında fəaliyyət göstərir və bu barədə hesabat təqdim edir (?!-R.N.) Bu zaman belə bir sual yaranır: nəyə görə AXCP səlahiyyətlilərindən hesabat təqdim edilmədiyi soruşulduqda, onlar bildirirlər ki, üzvlərinin imkanları yoxdur. İndi isə iddia olunur ki, guya Kərimli özünü və partiyasını sən demə üzvlük haqları hesabına dolandırırımış...

Uğursuz aktyor!

Onu da xatırladaq ki, hələ bir müddət əvvəl Ə.Kərimlinin özü də "facebook"dakı səhifəsindəki yaşayışı haqqında məlumat vermişdi. O, Avropa İnsan Haqları Məhkəməsinin Azərbaycana qarşı qərarlarından və İngiltərədə yaşayan oğlu Türkel Kərimlinin göndərdiyi pullar (?-R.N.) hesabına məişət problemlərini həll etdiyini demişdi. Bu zaman yenə də sual meydana çıxır: Ə.Kərimli T.Kərimlinin yüksək maddi vəsait tələb edən təhsil xərclərini haradan qazanıb? Yaxud, T.Kərimli İngiltərədə hansı dairələrlə əməkdaşlıq edir ki, bu qədər maddi gəlir qazanır, üstəlik atasının da cibinə pul qoyur?

Həmçinin, bu iddiaların heç birinin əsl həqiqəti əks etdirmədiyini də bilirik. Çünki Ə.Kərimlinin apardığı bu artistizm kampaniyası kənardan iyrənc görünür. "Real müxalifət" kimi guya hakimiyyətin təzyiqləri nəticəsində ağır məhrumiyyətlər içində yaşamağa məcbur olan "yazıq" obraz yaratmaq cəhdləri məntiqsiz alınır.

Yəni o, aktyorluq etsə də onun oynadığı rol, ya da obraz çox uğursuz görünür. Ümumiyyətlə, Ə.Kərimli lap ermənilər kimi özünü "əzabkeş" göstərmək üçün ən müxtəlif alçaqlıqlara əl atmaqda davam edir.

Belə nəticəyə gəlmək olar ki, Əli Kərimli tüfeyli oğlu Türkel Kərimlinin və məhkəmənin göndərdiyi pulları ilə bu qədər ehtiyacı ödəyə bilməz

Başqa tərəfdən, sirr deyil ki, AXCP sədrinin yeyib-içməklə, qızlara pul xərcləməklə gün keçirən tüfeyli oğlunun göndərdiyi 5-10 manata Avropa Məhkəməsinin kəsəcəyi cərimələrə ehtiyacı yoxdur. Nəzərə alarsaq ki, AXCP sədrinin Bakının mərkəzindəki bahalı mənzilini dəniz kənarındakı nəhəng malikanəsini, və digər villasını ayrı-ayrılıqda qoruyan mühafizəçiləri var və o cümlədən, bahalı son model maşınları da mövcuddur, onda belə nəticəyə gəlmək olar ki, Ə.Kərimli yalnız oğlunun və məhkəmənin göndərdiyi pulları ilə bu qədər ehtiyacı ödəyə bilməz.

Amma N.Məmmədli sədrini malalamağa çalışarkən, real həqiqəti deməyi unudub. Ona görə də yadına salmağı nəzərə aldıq. Misal üçün, Kərimliyə əsas gəlir gətirən sahə "mühacir biznesi"dir. Onun saxta arayışlarla "mühacir" qismində Avropa ölkələrinə göndərdiyi adamların sayı-hesabı ölçülməzdir. Hər arayışın da 3-5, hətta 6-10 min avrya, dollara qədər qiymətləri var. Baxır, ona müraciət edən adam hansı Avropa ölkəsinə getməyə can atır. Yeri gəlmişkən, Ə.Kərimlinin cinayət tərkibli biznesinin Avropadakı "koordinatoru" Fikrət Hüseynli də bu yaxınlarda Ukraynada həbs edilmişdi. Son vaxtlar "Milli Şura"nın keçirdiyi mitinqləri də həmin məsələnin kökünə dayanır.

Seçkilər ərəfəsində qazanılan pullar, xarici səfirliklərin "siyasi məhbus" ailələrinə ayırdığı vəsaitlər və mühacir biznesi!

Eləcə də keçirilən seçkilər ərəfəsində Ə.Kərimlinin qaz vurub-qazan doldurmaq mövzümü xoda düşür. Hələ 2013-cü ildə keçirilən prezident seçkilərində Ə.Kərimlinin qazancı 3 milyon dollara (!!!-R.N.) yaxın olmuşdu. Rusiyanın qaranlıq siyasi dairələərindən "Milli .ura" üçün ayrılan pulların əsas hissəsi onun kassasına cəmləşirdi. O, bu vəsaitlərin böyük hissəsini mənimsədiyi üçün bundan narazı qalan bir sıra partiyalar, o cümlədən, Müsavat partiyası bütövlüklə "Milli Şura"dan istefaya çıxdılar.

Daha bir qazanc mənbəyi Kərimlinin digər pul mənbələrinə bir sıra Qərb ölkələrin və digərlərinin Azərbaycandakı səfirlikləri aiddir. Misal üçün, "siyasi məhbus" ailələri üçün səfirliklərdən ayrılan pullar bütövlükdə AXCP sədrinə çatır və o da həmin pulları istədiyi qədər mənimsəyir. Ailələrə isə uzağı 50-100 manat pul verir. Misal üçün, Nardaran hadisələri zamanı onun həbs olunan dini radikallara görə, bəlli ölkədən ona külli miqdarda pul aldığı iddia olunurdu. Əlavə olaraq, bir dönəm FETÖ ilə əməkdaşlıqdan da yaxşı qazanc keçirildiyi dəqiq məlumatlar sırasındadır. Bütün bunlar isə onun malaçısı N.Məmmədlinin dedikləri ilə 100 faiz üst-üstə düşmür. Çünki yalançılıq, xəyanət və mənəviyyatsızlıq üzərində qurulmuş bu "siyasət" ifşa olunur və faktlar da kifayət qədərdir.

Rövşən NURƏDDİNOĞLU

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31