Gündəm
“Kromatix” şüşə panelləri binaları günəş elektrogeneratorlarına çevirəcək
Birləşmiş Ərəb Əmirliklərində öz səthi ilə günəş enerjisi toplayan "Kromatix" adlı şüşə panellər yaradılıb. Panelin şüşə deyil, günəş batareyası olmasını yalnız ona yaxınlaşanda müəyyənləşdirmək olur. Bu səbəbdən tərtibatçılar yeni texnologiyanın böyük perspektivlərə malik olmasını proqnozlaşdırırlar. Bir sıra şirkətlər artıq istehsalda rəngli şüşədən istifadəyə başlayıb.
Gimnastlarımız Belçikada 5 medal qazandı
Ötən həftənin sonu Belçikanın Gent şəhərində bədii gimnastika üzrə “Happy Cup” turniri keçirilib. Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, yığma komandamız 4 qızıl və 1 bir gümüş medal qazanıb. Bütün medalları komandanın üzvü Zöhrə Ağamirova əldə edib.
MÖHTƏŞƏM YENİLİK: Alimlər suyu şəraba çevirən stəkan yaratdılar - VİDEO
Sinqapur Milli universitetinin alimləri “Vocktail” - ona tökülmüş içkinin ətirini və dadı dəyişdirən stəkan yaradıblar. Bu barədə hi-tech.mail.ru yazır. Adi su, maye stəkana tökülən kimi onun rəngi, dadı və qoxusu təəccüblü dərəcədə dəyişir.
Tərtərdə yürüş olacaq
Noyabrın 8-də Təhsil Nazirliyi Müdafiə Nazirliyi və “ASAN xidmət”lə birgə Tərtər rayonunda Dövlət Bayrağı Günü münasibəti ilə “Bayraq yürüşü” keçirəcək. Təhsil Nazirliyindən verilən məlumata görə, yürüşün keçirilməsində əsas məqsəd milli atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hissi və milli-mənəvi dəyərlərin aşılanmasıdır.
Planşetlərin populyarlığında yenidən azalma qeydə alınıb
Cari ilin üçüncü rübündə planşetlər bazarında yenidən azalma qeydə alınıb. "IDC" analitik şirkətinin məlumatına görə, dünyada bazarın beş əsas oyunçusu tərəfindən planşetlərin tədarük həcmi 2016-cı illə müqayisədə 5,4 faiz azalaraq 40 milyon qurğu təşkil edib. Planşet kompüterlərinin tədarükü ardıcıl on ikinci rübdür azalır. Bu, bütün bazar nəhəngləri üçün antirekorddur. Şirkət mütəxəssislərinin fikrincə, bu, smartfonlara tələbatın artması ilə yanaşı, planşetlərin model sırasının yenilənmə müddətinin uzadılması və ənənəvi fərdi kompüterlərin mövqelərinin möhkəmlənməsi ilə əlaqədardır.
Jazzman Isfar Sarabski raises the roof in Reims
Now in its third edition, the Sunnyside Jazz Festival in Reims – produced by Jazzus Productions – is rapidly evolving into one of the foremost French showcases for the world’s great jazz musicians. Established with the “desire to open the public to various original forms of music” and to prove that “jazz is a living music”, the festival constantly pushes the boundaries between different genres of jazz and what is considered by many to fall under the criteria of ‘jazz’. This was particularly evident on the afternoon of 5 November, which featured two groundbreaking musicians. The first was Azerbaijani pianist–composer Isfar Sarabski, winner of the 2009 Solo Piano Prize at the Montreux Jazz Festival, whose appearance was made possible by the Paris office of The European Azerbaijan Society (TEAS). He seamlessly combines jazz and funk with the mugham of his homeland and influences from the classics.
İsfar Sarabski "The Sunnyside Jazz Festival" adlı caz festivalında
"Jazzus Productions" şirkəti tərəfindən Fransanın Reims şəhərində keçirilən "The Sunnyside Jazz Festival" adlı caz festivalı sürətlə populyarlıq qazanmaqdadır. Sayca üçüncü olan bu festivala dünya üzrə məşhur caz musiqiçiləri bir araya gəlirlər. "İctaimaiyyəti müsiqinin müxtəlif üslubları ilə tanış etmək" və "cazın canlı musiqi olduğunu sübut etmək" məqsədi ilə yaradılmış bu festival cazın müxtəlif üslubları arasındakı sərhədləri açmağa cəhd edir. İki qabaqcıl musiqiçinin 450 caz pərəstişkarı qarşısındakı ifası zamanı aydın hiss etmək olurdu. Onlardan biri 2009-cu ildə keçirilmiş "Montreux Jazz Festival" festivalında "Solo Piano Prize" mükafatının qalibi olmuş azərbaycanlı bəstəkar, caz ifaçısı pianoçu İsfar Sarabski idi. Onun özünəməxsus çıxışı Avropa Azərbaycan Cəmiyyətinin Paris nümayəndəliyinin dəstəyi baş tutub. Olaylar.az bildirir ki, 28 yaşlı İsfar Azərbaycan muğamını caz, fank və klassik musiqi janrları ilə yeni və orijinal üslubda asanlıqla sintez etmək bacarığına malik bir caz ustasıdır. Bu ifa İsfarın yaradıcılığı ilə yaxından tanış olan caz sevərlər tərəfindən ifadan kənaraçıxma kimi qəbul edilə bilərdi. Konsertdə tamaşaçılara onun ifasında caz və klassik musiqilərinin sintezi təqdim olundu.
Qurğular üçün “ağıllı” çexol əlavələri tez işə salmağa kömək edəcək
ABŞ Patent və Əmtəə Nişanları İdarəsinin (USPTO) saytında “Samsung” şirkətinin smartfon, fablet və digər qurğular üçün “ağıllı” çexola görə patent hüququ əldə etməsi ilə bağlı müraciəti yerləşdirilib.
Yenilənmiş “Tor” brauzeri şəbəkədə tam anonimliyə zəmanət verir
İnternet istifadəçilərinə olduqları yeri gizlətməyə imkan verən "Tor" proqram təminatının hazırlanması ilə məşğul olan "The Tor Project" şirkəti eyniadlı brauzeri və sistemi yeniləyib.
İspaniya nəşri: Ermənistan təcrid olunub
İspaniyanın “La Vanguardia” nəşrində Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi barədə məqalə dərc edilib. Məqalənin müəllifi Jordi Banyos Bakı-Tbilisi-Qars dəmir yolunun iqtisadi və siyasi əhəmiyyəti barədə fikirlərini diqqətə çatdırır. O hesab edir ki, bu dəmir yolu regionu Avropa ilə Asiya arasında vacib tranzit məntəqəsinə çevirir.
Regionlarda maarifləndirici toplantıların keçirilməsinə start verilir
Səhiyyə Nazirliyinin 20.06.2017-ci il tarixli 45 nömrəli əmri ilə təsdiq edilmiş "Həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsinə dair müvəqqəti Qaydalar" barədə geniş səhiyyə ictimaiyyətini məlumatlandıqmaq məqsədi ilə regionlarda maarifləndirici toplantıların keçirilməsinə start verilir.
Şeydayev millinin matçlarında oynamayacaq
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində noyabrın 9-da Almaniya, noyabrın 14-də isə Kosovo yığması ilə qarşılaşacaq Azərbaycan millisinin heyətində dəyişiklik edilib.
Deniz Seki qardaşını evləndirdi
Türkiyəli müğənni Deniz Seki qardaşı Serkan Sekini evləndirib. İstanbulda otellərin birində təşkil edilən gecədə cütlüyün yaxınları və sənət adamlarının bəziləri iştirak edib.
Akkumlyator oğruları tutulublar
Avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən şəxslər tutulublar. DİN-dən “Olaylar”a verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi və Goranboy RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 4-də rayon ərazisində “Ford” markalı avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Dəliməmmədli şəhər sakinləri Fəxrəddin Məmmədov və Fəsli Ələkbərov tutulublar.
Avtomobil yolu keçən piyadanə vurub öldürdü
Balakən rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, noyabrın 5-də saat 21 radələrində Balakən rayonu ərazisində Qazma kənd sakini Yusif Ukalayev idarə etdiyi “Honda” markalı avtomobillə yolu keçən rayon sakini Tofiq Musayevi vurub və nəticədə piyada hadisə yerində ölüb. Balakən RPŞ tərəfindən araşdırma aparılır.













