Gündəm

Meksikada silahlı hücum

7 Noyabr 2017 09:08

Meksikanın Quanaxuato ştatında dəfn mərasiminin iştirakçılarına silahlı hücum nəticəsində 4 nəfər həlak olub, azı 6 nəfər yaralanıb. Bu haqda El Universal qəzeti xəbər verib.

Tramp və xanımı Cənubi Koreyada

7 Noyabr 2017 09:06

ABŞ prezidenti Donald Tramp Cənubi Koreyaya səfər edib. Amerika Birləşmiş Ştatları liderinin təyyarəsi ABŞ-ın Seuldan 60 kilometr məsafədə, Osanada yerləşən hərbi-hava bazasında yerə enib. Təyyarənin uçuş-enmə zolağında Trampı və onun xanımı Melanyeni Koreya Respublikasının xarici işlər naziri Kan Qyon Xva, hökumət nümayəndələri, səfirliyin əməkdaşları, həmçinin ABŞ-ın Cənubi Koreyadakı hərbi kontingentinin komandanlığı qarşılayıb.

Tofiq Quliyevin 100 illiyinə həsr edilən elmi konfrans 

7 Noyabr 2017 09:04

Noyabrın 8-də Azərbaycan Bəstəkarlar İttifaqında görkəmli bəstəkar, Xalq Artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyevin 100 illiyinə həsr edilən elmi konfrans və konsert keçiriləcək.  İttifaqdan Olaylar.az -a bildirilib ki, tədbirdə sənətşünas alimlərin elmi məruzələri dinləniləcək və bəstəkarın həyat və yaradıcılığı bir daha yeni yanaşmalarla diqqətə çatdırılacaq.

Tramp İrana qarşı sanksiyaların müddətini uzatdı

7 Noyabr 2017 09:02

ABŞ prezidenti Donald Tramp 1979-cu ildə İrana qarşı birtərəfli qaydada tətbiq edilmiş sanksiyaların müddətini daha bir il uzadıb. Bu barədə Ağ Evin məlumatında bildirilir.

"Qarabağ" 15 ildir "Kəpəz"ə uduzmur

6 Noyabr 2017 21:55

Premyer Liqanın XI turu "Kəpəz"in "Qarabağ" sindromunun davamı ilə əlamətdar olub. Gəncədə keçirilən görüşdə 0:2 hesabı ilə uduzan qərblilər artıq 22 matçdı ağdamlılara qalib gələ bilmir. "Kəpəz"in son qələbəsindən 15 il 7 ay ötüb. Gəncəlilər sonuncu dəfə yarımçıq qalan 2001/02 mövsümündə qalib gələ bilmişdi. 2002-ci il aprelin 6-da 3:0 hesablı qələbə qazanan qərblilər həmin ev oyunundan sonra "Qarabağ"ı üstələyə bilməyib. 5693 gündü davam edən seriya dövründə "Kəpəz"in qazancı 4 heç-heçə olub. 15 ildən artıq davam edən seriya dövründə 18 dəfə isə ağdamlılar qalib gəlib.

Hacı Özgedən anasını söydüyü üçün ayrılıbmış

6 Noyabr 2017 20:06

Tanınmış model Özge Ulusoyla iş adamı Hacı Sabancının ayrılıq səbəbi üzə çıxıb. İş adamı modeldən anası haqqında təhqiramiz sözlər işlətdiyi üçün ayrılıbmış. Belə ki, Özge ilə anasının telefon danışıqlarını dinləyən Hacı anası Arzu Sabancı haqqında sevgilisinin söyüş dolu sözlər işlətdiyini görüb. Bundan sonra Özgedən ayrılan Sabancı yaxınlarına “Onun bu qədər səviyyəsiz olduğunu bilmirdim” deyib. 

Evindən köçən müğənni şkafda 1 milyonunu unutdu

6 Noyabr 2017 19:55

Müğənni Demet Akalın illərlə yaşadığı villasını satarkən orada 1 milyon lirəsini (təxminən 500 min manat) yadından çıxarıb.  18 milyon lirəlik yeni evinə köçən müğənni pullarını sellofanda unudub. Belə ki, köhnə evi yenidən təmir etmək üçün yollanan işçilərdən biri yataq otağında şkafda sellofan bükülünü açarkən pullar yerə dağılıb. 

"On minlik brilyant taxmaram" -  Tünzalə

6 Noyabr 2017 19:50

"Müəllifəm, öz cığırımı çəkmişəm. İstədiyim sahəyə özümü yönəldə bilərəm. Bəziləri də var ki, onlar sadəcə ifaçıdılar. Onlara istiqamət verilir. O bu qədərdir. Beləsi özünü mənimlə müqayisə edə bilməz".

Kosmosa səyahətin qiyməti açıqlandı 

6 Noyabr 2017 19:41

Böyük Britaniya milyarderi, “Virgin” korporasiyasının sahibi Riçard Brenson kosmosa müntəzəm reyslər təşkil etməyi planlaşdırır. Milyarder “Virgin Galactic”in hər gün kosmosa çıxacağına söz verib.

Neslihan Atagül 6 şanslı iştirakçını qonaq edəcək

6 Noyabr 2017 19:40

Neslihan Atagül Doğulu 6 şanslı iştirakçını “Pantene Altın Kelebek Mükafatları”-da qonaq edəcək. Bu il Azərbaycandan müsabiqə yolu ilə 6 nəfər Neslihan Atagül Doğulu ilə birlikdə “Pantene Altın Kelebek Mükafatları”-nı izləyə biləcək. Qeyd edək ki, qazananların səyahət xərclərini P&G şirkəti tərəfindən qarşılanacaqdır. Belə ki, bu şanslılardan 4-ü lotereya iştirakçılarından, 2-i isə foto müsabiqə iştirakçıları arasından seçiləcək. Lotereyada iştirak etmək istəyənlər Pantene 3 dəqiqədə möcüzə balzamının satın alaraq, məhsulun özəl kodunu pantenemocuzesi.az saytına daxil edəcəklər. Hər həftə 1 nəfər lotereya vasitəsilə canlı yayımda qalib seçiləcək. Qaliblər Pantene Altın Kelebek Gecəsində izləyici kimi iştirak edərək tədbiri canlı izləyə biləcəklər. 

Aydın Mirzəzadə və Rasim Musabəyov tələbələrlə görüşüblər

6 Noyabr 2017 19:37

Noyabrın 6-da Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər kafedrasının təşəbbüsü ilə Milli Məclisin deputatı, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Aydın Mirzəzadə və politoloq, millət vəkili Rasim Musabəyov Auditoriya+ proqramı çərçivəsində universitetin tələbələri ilə görüşüblər. Olaylar.az bildirir ki, açılış nitqi ilə çıxış edən Beynəlxalq münasibətlər kafedrasının müdiri, dosent Aidə Yusifzadə qonaqları universitetdə görməkdən məmnun olduğunu bildirib. O, tədbirin kafedranın “Analitik düşüncə” layihəsi çərçivəsində keçirildiyini xatırladıb və bu görüşün tələbələr üçün maraqlı olacağına əminliyini ifadə edib.

“Apple” şirkətinin dəyəri bir trilyon dollara çata bilər

6 Noyabr 2017 19:36

“Apple” şirkəti dördüncü maliyyə rübü üçün hesabat dərc edib. Əksər analitiklərin “iPhone X” modelinin buraxılışından sonra satış və mədaxilin azalmasını düşünməsinə baxmayaraq kapitallaşmanın bahalaşması nəticəsində “Apple” dəyəri 900 milyard dolları ötən ilk şirkət olub. 

Eldar Mahmudovun istintaq sonrası gizli fotoları yayıldı - eksklüziv

6 Noyabr 2017 19:33

Bu gün sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılması ilə bağlı məlumatlar yayılmışdı. Sabiq MTN rəhbərinin Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsindən çıxarkən çəkilmiş fotolarını əldə edib.