Aydın Mirzəzadə və Rasim Musabəyov tələbələrlə görüşüblər

Noyabrın 6-da Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər kafedrasının təşəbbüsü ilə Milli Məclisin deputatı, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Aydın Mirzəzadə və politoloq, millət vəkili Rasim Musabəyov Auditoriya+ proqramı çərçivəsində universitetin tələbələri ilə görüşüblər. Olaylar.az bildirir ki, açılış nitqi ilə çıxış edən Beynəlxalq münasibətlər kafedrasının müdiri, dosent Aidə Yusifzadə qonaqları universitetdə görməkdən məmnun olduğunu bildirib. O, tədbirin kafedranın “Analitik düşüncə” layihəsi çərçivəsində keçirildiyini xatırladıb və bu görüşün tələbələr üçün maraqlı olacağına əminliyini ifadə edib.

Noyabrın 6-da Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər kafedrasının təşəbbüsü ilə Milli Məclisin deputatı, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Aydın Mirzəzadə və politoloq, millət vəkili Rasim Musabəyov Auditoriya+ proqramı çərçivəsində universitetin tələbələri ilə görüşüblər. Olaylar.az bildirir ki, açılış nitqi ilə çıxış edən Beynəlxalq münasibətlər kafedrasının müdiri, dosent Aidə Yusifzadə qonaqları universitetdə görməkdən məmnun olduğunu bildirib. O, tədbirin kafedranın "Analitik düşüncə" layihəsi çərçivəsində keçirildiyini xatırladıb və bu görüşün tələbələr üçün maraqlı olacağına əminliyini ifadə edib.

Tədbirdə "Azərbaycanın geopolitik durumu və beynəlxalq siyasəti" mövzusunda çıxış edən politoloq R.Musabəyov dövlətlərarası münasibətlərin maraqlarla bağlı olduğunu və beynəlxalq münasibətlərin bu maraqlar əsasında formalaşdığını bildirib. O, qeyd edib ki, dünyada baş verən dəyişikliklər nəticəsində yeni kommunikasiyalar əmələ gəlir, dövlətlərin güc nisbətləri dəyişir, bu da öz növbəsində yeni imkanlar və yeni risklər yaradır. 

Daha sonra millət vəkili A.Mirzəzadə Azərbaycanın daxili siyasətindən söz açıb. O, bildirib ki, bizim müstəqilliyimiz, apardığımız siyasət, sabaha olan proqnozlarımız tarixdən gəlir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31