Gündəm

“Riyad” Mühafizə Xidmətinin lisenziyası ləğv olunmayıb

7 Noyabr 2017 11:23

Mətbuatda yayılan məlumata görə, “Riyad” Mühafizə Ximdətinin lisenziyası ləğv olunub və fəaliyyət göstərmək hüququ əlindən alınıb. RMX-nin mətbuat katibi Fuad Mədətov mətbuata açıqlamasında bildirib ki, yayılan məlumatlar tamamilə yanlışdır.

İrəvanda tələbələr etiraz aksiyası keçirir - Canlı yayım

7 Noyabr 2017 11:20

Ermənistanda tələbələr etiraza qalxıb.  Hazırda İrəvan dövlət universitetinin qarşısında tələbələrin etiraz aksiyası keçirilir. Etirazçılar parlamentdə qəbul edilən "Hərbi xidmət və Hərbi xidmətin statusu haqqında" qanun layihəsinə qarşı olduqlarını deyiblər.

Azərbaycanlı aktrisa eks-ərindən ŞİKAYƏTLƏNDİ

7 Noyabr 2017 11:16

Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva jurnalistlərin suallarını cavablandırıb. O, aktyor olan eks-əri Tolqa Karelin oğlu Cahangirlə maraqlanmamasından şikayətlənib: “Tolqa aylıq 500 lirə alimenti belə vermir. Cahangiri arayıb-axtarmır. Oğlum da atasını soruşmur. Çox çətin günlər keçirdim. Bunların günahkarı Tolqadır. Doğru zamanda qarşıma düzgün insan çıxsa, yenidən evlənərəm”.

Qaçqın gəmisindən DƏHŞƏTLİ görüntü: 26 gənc qızın cəsədi tapıldı

7 Noyabr 2017 11:12

Türkiyənin Aralıq dənizindən keçərək Avropaya getmək istəyən bir qaçqın gəmisində 26 qızın cəsədi tapılıb. Qızların 14-18 yaş aralığında olduğu bildirilb. Cəsədlər İspaniyanın “Cantabria” hərbi gəmisi İtaliya sahillərində apardığı əməliyyatlar zamanı tapılıb. Əməliyyatlarda fərqli qaçqın gəmilərindən 375 nəfər xilas edilib. 

Yeni əməliyyatların SİQNALI verildi: 500 nəfər həbs ediləcək

7 Noyabr 2017 11:11

Səudiyyə Ərəbistanında yeni həbs dalğasının siqnalı verilib. Bir neçə gün ərzində hərbi və mülki bürokratiyadan onlarla 500 ali səviyyəli idarəçi vəliəhd şahzadə Məhəmməd ibn Salmanın başçılıq etdiyi qurum tərəfindən həbs ediləcək. Hələ də Kral Əbdüləzizin 30 oğlunun vəliəhd olduğu Səudiyyə Ərəbistanında Məhəmməd ibn Salmanın kral seçilməsi ilə bir dövr də bağlanmış olacaq.

Fikrət Əmirov və Niyazinin əsərləri Koliforniyada səsləndi

7 Noyabr 2017 11:10

ABŞ-ın Kaliforniya ştatının Sakramento şəhərində tanınmış Sakramento Gənclər Simfoniyasının dahi Azərbaycan bəstəkarı Fikrət Əmirov, həmçinin görkəmli dirijor və bəstəkar Niyazinin əsərlərinin ifa olunduğu geniş konsert keçirilib. Sakramentonun tarixi Krest Teatrında keçirilən konsertdə Kaliforniya paytaxtının siyasi, iqtisadi, elm, təhsil və mədəniyyət ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Olaylar.az bildirir ki, Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun dəstəyilə keçirilən konsertdə Azərbaycan musiqiçisi Mustafa Mehmandarovun dirijorluğu ilə və gənc müğənni Mərziyyə Hüseynovanın ifasında Sakramento Gənclər Simfoniyası Fikrət Əmirov və Niyazinin ən tanınmış əsərlərini səsləndiriblər. Konsert proqramında F.Əmirovun həyat və yaradıcılığını əks etdirən video-çarx da nümayiş etdirilib.

Qadını evinə qonaq çağırdı, əvvəlcə qulaqlarını, sonra isə... - AĞLASIĞMAZ OLAY

7 Noyabr 2017 11:08

Rusiyanın Kurqan şəhərində yaşayan Anatoli Ezkov internet vasitəsilə tanış olduğu İrina Qonçarı axşam yeməyinə dəvət edib. O, 41 yaşlı İrina ilə spirtli içki qəbul etdikdən sonra ona ağlasığmaz işgəncələr verib.

Ekstrasensdən QORXULU XƏBƏRDARLIQ: 11 ölkə DARMADAĞIN olacaq

7 Noyabr 2017 10:30

Hindistanlı ekstasens dağıdıcı yeraltı təkanların olacağını, bir sıra ölkələrin darmadağın olacağını bildirib. Hindistanın Babu Kalayil adlı tanınmış cadugəri qorxunc hadisənin olacağından xəbər verib. Hindli cadugər Hind Okeanında baş verəcək güclü zəlzələ haqda hər kəsi məlumatlandırıb. Zəlzələnin nəhəng sunami yaradacağını iddia edən şəxs Çin, Hindistan, Yaponiya, Nepal, Pakistan, İndoneziya, Əfqanıstan da daxil olmaqla 11 ölkədə dəhşətli dağıntılar gözlənildiyini bildirib.

Məşhur aktrisa ölkənin birinci xanımından üzr istədi

7 Noyabr 2017 09:45

 Məşhur türk aktrisası Selin Şekerci ölkənin birinci xanımı Əminə Ərdoğandan üzr istəyib. Olaylar.az bildirir ki, aktrisa 2016 - cı ildə prezident Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan haqqında söylədiyi fikirlərə görə peşman olub. Belə ki, aktrisa twitter hesabından  "Mən bir neçə il bundan əvvəl paylaşdığım fikir üçün xanım Əminə Ərdoğandan  üzr istədim.

Karabağlı çoçukların yüreğinden - Karabağın sesi

7 Noyabr 2017 09:29

Mayıs ayında Bakü Yunus Emre Enstitüsü ve Uluslararası Evren Entegrasyon Sivil Toplum Örgütü Azerbaycan’ın Karabağ Bölgesi’nde yer alan Ağdam’dan Zengilan’a kadar tüm bölgelerde müzik ve şiir konularında keşfedilmeyi bekleyen Karabağlı çocuklarımızın yeteneklerini sergileyeceği bir yarışma başlattı. Yarışmada dereceye giren çocuklar Bakü’ye gelerek kültürel gezilere katılacak ve bir konser vereceklerdir.

"Qarabağın səsi" - uşaqların ifasında

7 Noyabr 2017 09:28

Noyabrın 7- də Milli Konservatoriyada 2017-ci il may ayında Bakı Yunus Emre İnstitutu və Təkamül və İnteqrasiya Beynəlxalq İctimai Birliyi Qarabağ ərazisinin Ağdamdan Zəngilana qədər bütün bölgələrinin musiqi və şeir müsabiqəsində qalib olan uşaqların "Qarabağın səsi" adlı konserti proqramı olacaq. Olaylar.az- bildirir ki,  Bakı Yunus Emre İnstitutu, Təkamül və İnteqrasiya Beynəlxalq İctimai Birliyi və Türk İş Birliyi və Koordinasiya Agentliyinin birgə təşkilatçılığı və Azərbaycan -Türkiyə İş Adamları Birliyi və Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə həyata keçirilir.

Şahzadə güllələnərək öldürüldü 

7 Noyabr 2017 09:21

Səudiyyə Ərəbistanının keçmiş kralı Fahdın oğlu şahzadə Əbdüləziz ibn Fahd təhlükəsizlik qüvvələri ilə baş verən silahlı atışmada öldürülüb. Bu sözləri ABŞ Federal Tədqiqatlar Bürosunun sabiq əməkdaşı Əli H. Sofan Tvitter hesabında yazıb. Onun sözlərinə görə, 44 yaşlı şahzadəni həbs etmək üçün gələn hüquq-mühafizə orqanlarının əməkdaşları ilə onun mühafizəçiləri arasında silahlı atışma yaşanıb.

Ən yaxşı tələbə filmi - “Od və su”

7 Noyabr 2017 09:19

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində “Azərbaycan ailəsi 2017” IX film festivalının mükafatlandırma və bağlanış mərasimi keçirilib. Olaylar.az bildirir ki, tədbirdə öncə “Həyatdan şəklə” adlı foto müsabiqəyə təqdim olunan fotolar nümayiş olunub. Mədəniyyət və İncəsənət Universitetinin Fotoqrafiya üzrə Kino və televiziya fakültəsinin tələbəsi Fahir İmamquliyev, məzunu Elşən Şirbağırov və Mətbuat ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Arzu Mürvətova iştirak ediblər.

Sərnişin təyyarəsi qəzaya uğradı

7 Noyabr 2017 09:14

Rusiyada АН-2 sərnişin təyyarəsi qəzaya uğrayıb. Hadisə Amur vilayətində qeydə alınıb. Təyyarədə iki pilot olduğu bildirilir. Qəza nəticəsində pilotlardan birinin həlak olduğu, digərinin ağır yaralanaraq xəstəxanaya yerləşdirildiyi qeyd olunub.

Arzu Mürvətova beynəlxalq foto müsabiqədə

7 Noyabr 2017 09:12

Makedoniyada keçirilən "Arxeologiya davam edir” adlı III beynəlxalq foto müsabiqədə Mədəniyyət və İncəsənət Universitetinin əməkdaşı Arzu Mürvətovanın “Balaca arxeoloqlar” adlı fotosu yer alıb. Olaylar.az bildirir ki, Skopye Arxeologiya Tədqiqatları İnstitutunun təşkilatçılığı və Makedoniyanın Milli Arxeologiya Muzeyinin dəstəyi ilə keçirilən sərginin əsas məqsədi arxeologiyanı təbliğ etmək və dünyada mövcud olan arxeoloji əraziləri tanıtmaqdır.