Fikrət Əmirov və Niyazinin əsərləri Koliforniyada səsləndi

ABŞ-ın Kaliforniya ştatının Sakramento şəhərində tanınmış Sakramento Gənclər Simfoniyasının dahi Azərbaycan bəstəkarı Fikrət Əmirov, həmçinin görkəmli dirijor və bəstəkar Niyazinin əsərlərinin ifa olunduğu geniş konsert keçirilib. Sakramentonun tarixi Krest Teatrında keçirilən konsertdə Kaliforniya paytaxtının siyasi, iqtisadi, elm, təhsil və mədəniyyət ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Olaylar.az bildirir ki, Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun dəstəyilə keçirilən konsertdə Azərbaycan musiqiçisi Mustafa Mehmandarovun dirijorluğu ilə və gənc müğənni Mərziyyə Hüseynovanın ifasında Sakramento Gənclər Simfoniyası Fikrət Əmirov və Niyazinin ən tanınmış əsərlərini səsləndiriblər. Konsert proqramında F.Əmirovun həyat və yaradıcılığını əks etdirən video-çarx da nümayiş etdirilib.

ABŞ-ın Kaliforniya ştatının Sakramento şəhərində tanınmış Sakramento Gənclər Simfoniyasının dahi Azərbaycan bəstəkarı Fikrət Əmirov, həmçinin görkəmli dirijor və bəstəkar Niyazinin əsərlərinin ifa olunduğu geniş konsert keçirilib. Sakramentonun tarixi Krest Teatrında keçirilən konsertdə Kaliforniya paytaxtının siyasi, iqtisadi, elm, təhsil və mədəniyyət ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Olaylar.az bildirir ki, Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun dəstəyilə keçirilən konsertdə Azərbaycan musiqiçisi Mustafa Mehmandarovun dirijorluğu ilə və gənc müğənni Mərziyyə Hüseynovanın ifasında Sakramento Gənclər Simfoniyası Fikrət Əmirov və Niyazinin ən tanınmış əsərlərini səsləndiriblər. Konsert proqramında F.Əmirovun həyat və yaradıcılığını əks etdirən video-çarx da nümayiş etdirilib.

Konsertdən öncə çıxış edən Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev qonaqları salamlayaraq, bu cür möhtəşəm konsertin Kaliforniyanın paytaxtında keçirilməsinin əlamətdar və tarixi hadisə olduğunu bildirib. O, Azərbaycan haqqında tamaşaçılara məlumat verərək, ölkəmizin qədim tarixə, zəngin mədəniyyətə və musiqiyə sahib olduğunu diqqətə çatdırıb. Azərbaycan klassik musiqisi barədə danışan N.Ağayev, Azərbaycanın müsəlman dünyasında ilk opera, operetta və baletin vətəni olduğunu qeyd edib. Sonda baş konsul konsertin ərsəyə gəlməsində göstərdiyi səylərə görə Sakramento Gənclər Simfoniyasının direktoru Maykl Nyumana, Azərbaycan musiqiçilərinə, həmçinin Sakramentodakı Azərbaycan icmasının fəalı Şəbnəm Qafarovaya dərin təşəkkürünü bildirib.

Konsert proqramı F.Əmirovun "Azərbaycan Kapriççiosu" ilə təntənəli şəkildə yekunlaşıb. 

Qeyd edək ki, dünya şöhrətli dirijor Maykl Nyumanın rəhbərlik etdiyi Sakramento Gənclər Simfoniyası ABŞ-ın ən tanınmış simfonik orkestrlərindən hesab olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31