“İlin sonuna kimi...” - Putinin işğal edilmiş ərazilərlə bağlı PLANI

“Son iki ayda Rusiya Donbasa döyüş sursatları, hərbi texnika və yanar-sürtkü materialların daimi çatdırılmasını həyata keçirir, həmçinin şəxsi heyət yenidən komplektləşdirilir”.

"Son iki ayda Rusiya Donbasa döyüş sursatları, hərbi texnika və yanar-sürtkü materialların daimi çatdırılmasını həyata keçirir, həmçinin şəxsi heyət yenidən komplektləşdirilir". Bu haqda "İnformasiya müqaviməti" qrupunun koordinatoru, Ukrayna Ali Radasının üzvü ("Xalq cəbhəsi" fraksiyası) Dmitri Tımçuk bildirib.

Onun sözlərinə görə, böyük problemlər olsa da, ilin sonuna kimi 40 minlik şəxsi heyətin komplektləşdirilməsi qarşıya məqsəd qoyulub.

Tımçukun fikrincə, Donbasda bir-birini inkar edən iki proses baş verir: "Bir tərəfdən, Rusiya işğal edilmiş ərazilərdə müxtəlif sosial, inzibati və struktur layihələrə ayrılan vəsaitləri azaldır. Bu, Putinin (Rusiya prezidenti Vladimir Putin -red.) Donbasdan getdiyi barədə versiyanı təsdiq edir. Amma hərbi sferada bunun əksini görürük. Baş verənlər 2014-cü ili xatırladır: Rusiya bu regionda heç bir ictimai-iqtisadi vəziyyətlə maraqlanmır, yalnız hərbi baxımdan güclənir və işğal edilmiş ərazilərə mümkün qədər daha çox silah, döyüş sursatı, hərbi texnika və muzdlular göndərilirdi. Fərq yalnız onan ibarətdir ki, 2014-cü ildə heç bir ştat strukturu - təminat sistemləri və idarələr yox idi. Hazırda bütün bunlar var", - ekspert Deyib.

Bununla belə, deputat təsdiq edib ki, regiondakı vasitələr və güc nisbəti Putinin harasa irəliləməyə hazırlaşdığını göstərmir: "Beləliklə, təəssürat yaranır ki, indi dondurulmuş münaqişə formatına keçmək barədə qərar qəbul edilib. Publika.az "Obozrevatel" nəşrinə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31