Zərrabın məhkəməsində mövqelər dəyişəcək
Türkiyə və İran vətəndaşı, azərbaycanlı iş adamı Rza Zərrabın növbəti məhkəməsində şahidlə təqsirləndirilən şəxsin mövqeyinin dəyişdiriləcəyi gözlənilir.
6 Noyabr 2017 17:00 DünyaTürkiyə və İran vətəndaşı, azərbaycanlı iş adamı Rza Zərrabın növbəti məhkəməsində şahidlə təqsirləndirilən şəxsin mövqeyinin dəyişdiriləcəyi gözlənilir. İddialara görə, Rza Zərrab şahid qismində, "Xalqbank" bankının müdiri Mehmet Hakan Atilla isə təqsirləndirilən şəxs qismində çıxış edəcək.
Bu barədə "Sözçü" qəzeti məqalə yayımlayıb. Məqalədə 27 noyabrda keçiriləcək məhkəmənin formatının dəyişdiriləcəyi və Rza Zərrabın hər şeyi etiraf edəcəyi iddia edilib. Belə ki, Rza Zərrab ABŞ-ın məhkəmə sədrləri ilə ortaq işbirliyi edib şahid qismində verdiyi rüşvətləri, adları, tarixləri və yerləri etiraf edəcək, ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaları əzib keçmək üçün qurulmuş rüşvət və fırıldaqçılıq şəbəkəsinin necə işlədiyini detalları ilə söyləyəcək. Publika.az